• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1690
mod_vvisit_counterDünən417
mod_vvisit_counterBu həftə1690
mod_vvisit_counterBu ay47302
mod_vvisit_counterÜmumi2514567

Tarix: 29 Apr., 2024

Naxçıvan Muxtar Respublikası təhsil işçilərinin konfransı keçirilib

Sentyabrın 11-də Naxçıvan Muxtar Respublikası təhsil işçilərinin sentyabr konfransı keçirilib. Konfransda muxtar respublikanın təhsil müəssisələrinin rəhbərləri, Təhsil Nazirliyinin əməkdaşları, qabaqcıl müəllimlər iştirak edib.

Konfransda təhsil naziri Rəhman Məmmədov 2022-2023-cü tədris ilində təhsil sahəsində görülən işlər və qarşıda duran vəzifələrlə bağlı məruzə edib. Bildirilib ki, 2023-cü ildə də təhsil quruculuğu sahəsində işlər davam etdirilmiş, fevral ayının 1-də Babək rayon Vayxır, 9-da Ordubad rayon Xanağa, 23-də Şərur rayon Həmzəli, martın 15-də Şərur rayon Vərməziyar kənd tam orta məktəbləri, iyunun 14-də isə STEAM Təlim-Tədris Mərkəzi istifadəyə verilib. Şahbuz və Babək rayonu üzrə məktəbdənkənar təhsil müəssisələrinin, 954 şagird yerlik Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəbin, 456 yerlik Hacıvar kənd tam orta məktəbinin, 270 şagird yerlik Azadkənd tam orta məktəbinin binasının yenidən qurulması, Şərur rayon Təzəkənd tam orta məktəbinin əsaslı təmiri, Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə isə bərpa-gücləndirmə işləri istiqamətində işlər davam etdirilməkdədir.

Qeyd olunub ki, “Heydər Əliyev İli” çərçivəsində təhsil müəssisələrində Ümummilli Lider Heydər Əliyevin həyat və yaradıcılığına həsr edilmiş 13 diskussiya, 154 dəyirmi masa, 213 açıq dərs, 78 tədbir keçirilmişdir. Diqqətə çatdırılıb ki, hesabat dövründə təhsilverənlərlə iş sahəsində mühüm işlər diqqətdə saxlanılmış, təhsilin inkişafında xidmətlərinə görə 4 müəllim Azərbaycan Respublikasının Əməkdar müəllimi, 4 müəllim Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi fəxri adı ilə, 4 müəllim isə Tərəqqi medalı ilə təltif olunublar.Hesabat dövründə müəllimlərin işə qəbulu üzrə keçirilən müsabiqələrdə uğurlu nəticə qazanan gənc kadrlardan 230-u müəllim kimi fəaliyyətə başlamış, 1000-dən çox müəllim müxtəlif təlim və konfranslara cəlb edilmiş, 2 müəllim qrant müsabiqənin qalibi olmuşdur.

 

Təhsil naziri muxtar respublika şagirdlərinin əldə etdiyi uğurlardan da danışaraq bildirib ki, cari tədris ilində istedadı ilə fərqlənən şagirdləri aşkara çıxarmaq, onların potensialını inkişaf etdirmək məqsədilə olimpiada hərəkatı gücləndirilmiş, 2022-2023-cü tədris ilində 5000-ə yaxın şagird olimpiada və fənn müsabiqələrində iştirak etmiş, onlardan 42-si birinci yer, 77-si ikinci yer, 132-si isə üçüncü yer olmaqla 251-i qalib olub. Beynəlxalq STEAM Azərbaycan Festivalında muxtar respublika məktəbliləri 1-ci, 2-ci, və 3-cü yerlərin qalibi olmuşdur. Həmçinin muxtar respublika məktəbliləri Bakıda keçirilən Dünya Robot Olimpiadasında iştirak edərək ölkə birincisi olmuş, 7-9 noyabr 2023-cü il tarixlərdə Panama Respublikasında keçiriləcək olimpiadanın final mərhələsində ölkəmizi təmsil edəcəkdir.

Ölkə üzrə keçirilən “Sabahın alimləri” müsabiqəsində 7 şagird 6 layihə ilə iştirak etmiş, 1 layihə 2-ci yerə, 2 layihə beynəlxalq qurumların mükafatlarına layiq görülmüşdür.

Diqqətə çatdırılmışdı ki, ümumtəhsil məktəblərini tam orta təhsil bazasından bitirən məzunlardan 20-si qızıl, 24-ü gümüş nişana, 32-si fərqlənmə attestatına, ümumi orta təhsil bazasından isə 88-i fərqlənmə attestatına layiq görülmüş, 196 məzun 500-dən yuxarı bal toplamışdır. II ixtisas qrupunda ölkə üzrə ən yüksək nəticəni muxtar respublika məktəblisi toplamışdır.

Təhsil naziri qeyd etmişdir ki, hesabat dövründə şagirdlərin asudə vaxtlarının səmərəli təşkili də diqqətdə saxlanılmış, “İnnovativ dərnəklər” layihəsi çərçivəsində bir sıra tədbirlər, o cümlədən “Dram”, “Təsviri və dekorativ tətbiqi sənət”, “Milli musiqi və rəqs” müsabiqələri, o cümlədən müxtəlif idman yarışları keçirilmişdir. Ümumilikdə 20 mindən çox şagird bu müsabiqələrin iştirakçıları olmuşdur.

Rəhman Məmmədov ümumtəhsil müəssisələrinin fəaliyyətindəki nöqsanlardan da danışaraq bildirmişdir ki, tədris prosesindən səmərəli istifadə edən, şagirdlərin bilik səviyyəsinin daim yüksəldilməsinə çalışan pedaqoji kollektivlərlə yanaşı, tədrisin keyfiyyətinə lazımi şəkildə nəzarət etməyən məktəblər də vardır.

Bildirilmişdir ki, təhsilin müasir yanaşmalar əsasında inkişaf etdrilməsi mühüm bir məsələ kimi muxtar respublika təhsil işçiləri qarşısında qoyulan vəzifələrdəndir. Təhsil naziri 2023-2024-cü tədris ilində təhsil müəssisələrinin binalaranın qorunması, yaradılan şəraitdən səmərəli istifadə edilməsi, tədrisin yüksək səviyyədə aparılması, şagirdlərdə mütaliə mədəniyyətinin formalaşdırlması, tədris prosesində informasiya texnologiyalarından və labortoriyaların imkanlarından səmərəli istifadə olunması, metodiki kabinetlərin fəaliyyətinin gücləndirilməsi ilə bağlı tapşırıqlar vermişdir.

Təhsil naziri qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 5 iyun 2023-cü il tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Dövlət Proqramında digər sahələr kimin təhsilin bütün pillələrinin inkişafı üçün də proritet istiqamətlər müəyyənləşdirilib. Hazırda Dövlət Proqramının icrası istiqamətində mühüm tədbirlər həyata keçirilir. Qeyd olunub ki, proqrama uyğun olaraq  Naxçıvan şəhərində yeni internat tipli məktəb binasının, həmçinin əlavə olaraq 1000 şagird yerlik yeni məktəb binasının inşası, əmək bazarının tələblərinə cavab verən müasir tipli peşə təhsili müəssisələrinin təşkili, ümumi təhsil müəssisələrinə rəhbər və pedaqoji heyətin mərkəzləşdirilmiş müsabiqə vasitəsilə işə qəbulu, STEAM siniflərinin zənginləşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi, “Rəqəmsal bacarıqlar” layihəsinin tətbiqi, “Beynəlxalq Olimpiadalara Hazırlıq Mərkəzi”nin, ümumtəhsil məktəblərinin nəzdində icma əsaslı məktəbəqədər təhsil qruplarının yaradılması, İKT üzrə maddi-texniki bazasının təkmilləşdirilməsi, təhsil müəssisələrinin kompüter, proyektor və elektron lövhələr ilə təmin edilməsi, veb kameraların quraşdırılması planlaşdırılır.

Rəhman Məmmədov proqram çərçivəsində həyata keçiriləcək bu tədbirlərin 2023-2024-cü tədris ilinin innovasiyalar ili kimi yadda qalacağına əminliyini bildirib, proqram üzrə nəzərdə tutulmuş tədbirlərin vaxtlı-vaxtında keçirilməsi ilə bağlı təhsil işçilərinə tapşırıqlarını verib.

Məruzə ətrafında müzakirələr aparılmış, Ordubad Rayon Təhsil Şöbəsinin müdiri Samir Zeynalovun, Naxçıvan Qızlar Liseyinin direktorüu Aidə Alllverdiyevanın, Ordubad Rayon Texniki Peşə və Sürücülük Məktəbinin direktoru Nicat Rzayevin,  Naxçıvan Şəhər 1 nömrəli Körpələr Evi –Uşaq Bağçasının müdiri Fərizə Salahlının  çıxışları dinlənilmiş, konfransın qərarı qəbul edilmişdir.

Konfrasın sonunda muxtar respublikada təhsilin inkişafı ilə bağlı “Naxçıvan təhsili müstəqillik illərində” filminə baxış olmuşdur.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg