• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün2552
mod_vvisit_counterDünən2479
mod_vvisit_counterBu həftə5031
mod_vvisit_counterBu ay38211
mod_vvisit_counterÜmumi2604057

Tarix: 25 İyun, 2024

“Sərhəd” hərbi-idman oyunlarında qalib olan Ordubad Şəhər tam orta İnternat məktəbinin komandasının üzvləri mükafatlandırılıb

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, Elm və Təhsil, Gənclər və İdman nazirliklərinin birgə tədbirlər planı əsasında hər il təşkil olunan “Sərhəd” hərbi-idman oyunlarında Ordubad Şəhər tam orta İnternat məktəbinin komandası I yerin qalibi olub.
“Sərhəd” hərbi-idman oyunlarında qalib olan komandanın üzvləri ilə mayın 8-də görüş keçirilib. Görüşdə  Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov bildirib ki, bu gün muxtar respublikada şagirdlərin təhsili ilə yanaşı, onların hərbi vətənpərvərlik ruhunda tərbiyyə olunması da daim diqqət mərkəzində saxlanılır. Ümumtəhsil məktəblərində  şagirdlərin hərbi hazırlığının və vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi məqsədilə  hərbi kabinələr   yaradılıb. Təhsil naziri şagirdlərin hərbi hazırlığının və vətənpərvərlik tərbiyəsinin yüksəldilməsində “Gənclərin çağırışaqədərki hazırlığı” fənnini tədris edən müəllimlərin rolundan da danışaraq bildirib ki, bu fənni tədris edən   hərbi rəhbərlərin  üzərinə böyük vəzifə düşür. Qeyd olunub ki, bu məqsədlə də  çağrışaqədərki hazırlıq fənnini tədris edən hərbi rəhbərlərin yeni təlim metodlarından istifadə bacarıqlarının və dərslərə yaradıcılıqla yanaşılması vərdişlərinin təkmilləşdirilməsi  məqsədi ilə təlim toplantılar keçirilir. Bildirilib ki,  hazırda muxtar respublika ümumtəhsil məktəblərində 208   hərbi rəhbər fəaliyyət göstərir. Vurğulanıb ki, “Gənclərin çağırışaqədərki hazırlığı” fənnini tədrisi şagirdlərin milli mənlik və vətənpərvərlik ruhuda böyüməsində mühüm rol oynayır. Bu fənn öz məzmunu etibarı ilə şagirdlərdə  vətənpərvərlik, əqidəlilik, dözümlülük, cəsurluq, intizam və şəxsi məsuliyyət hissi kimi mənəvi keyfiyyətlərin inkişaf etdirilməsini, mülki müdafiə və ilkin tibbi yardım bacarıqlarının formalaşdırılmasını nəzərdə tutur. Elə bu məqsədlə də  ümumtəhsil məktəblərində  hərbi hazırlıq və idman dərslərinə  mühüm əhəmiyyət verilir. Bunun nəticəsidir ki, son illər gənclər arasında hərbi təhsilə maraq da xeyli artmışdı. Belə ki, 2022-ci tədris ilində muxtar respublikanın ümumtəhsil məktəblərindən Heydər Əliyev adına Hərbi Liseyə 143, Xüsusi təyinatlı məktəblərə isə 21 şagird qəbul olunmuşdur.
Muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdlərinin hərbi vətənpərvərlik istiqamətində keçirilən yarışlarda da yüksək nəticə əldə etdiyini diqqətə çatdıran təhsil naziri bildirmişdi ki, ötən il Ordubad rayonunun Sabirkənd tam orta məktəbinin komandası “Şahin” hərbi-idman oyununda ölkə üçüncüsü olmuşdu. Bu il isə “Sərhəd” hərbi-idman oyunlarında Ordubad Şəhər tam orta İnternat məktəbinin komandasının ölkə üzrə  I yerin qalibi olması,  ümumtəhsil məktəblərində hərbi hazırlıq dərslərinin yüksək səviyyədə tədris olunduğunu göstərir.
Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş və ümumilikdə üç mərhələdə keçirilmiş “Sərhəd” hərbi-idman oyunlarında  35 sərhədyanı və digər rayonların 161 məktəbinin 805 şagirdi iştirak etmiş, ilk iki mərhələnin yekunlarına görə 11 komanda aprel ayının 28-dən may ayının 4-dək final mərhələsində mübarizələrini davam etdirmişlər. Bildirilmişdi  ki, Naxçıvanda keçirilən “Sərhəd” hərbi-idman oyunlarının  rayon mərhələsində muxtar respublikanın sərhədyanı tam orta məktəblərini əhatə edən 16 komanda iştirak etmiş, onlardan 6-sı zona mərhələsinə vəsiqə qazanmışdı. Zona mərhələsində isə Ordubad Şəhər  tam orta İnternat məktəbinin komandası qalib kimi, final mərhələsində  muxtar respublikanı təmsil etmişdir. Final mərhələsinin yekunlarına əsasən Ordubad rayonunun İnternat məktəbinin “Xətailər” komandası birinci olmuşdu.
Təhsil naziri Ordubad Şəhər tam orta İnternat məktəbinin komandasının üzvlərinə, məktəbin kollektivinə və hərbi rəhbəri Şaban Tağızadəyə   təşəkkür edib, təhsildə uğurlar arzulayıb.
Məktəbin hərbi rəhbəri Şaban Tağızadə göstərilən diqqətə görə minnətdarlıq edib.
Sonda komandanın üzvülərinə Təhsil Nazirliyinin təşəkkürnamələri təqdim olunub.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg