• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1163
mod_vvisit_counterDünən5078
mod_vvisit_counterBu həftə10426
mod_vvisit_counterBu ay42758
mod_vvisit_counterÜmumi2510023

Tarix: 26 Apr., 2024

Beynəlxalq turnirin qalibi olan gimnastlar mükafatlandırılıb

Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının "Bədii gimnastika" bölməsinin 1 məşqçi müəllimi və 5 gimnastı Gürcüstanın Tblisi şəhərində "Gimnastika hamı üçün" beynəlxalq turnirdə qazandıqları uğura görə mükafatlandırılıblar.
Keçirilən tədbirdə məşqçi və gimnastları təbrik edən Atletika Federasiyasının sədri Rəhman Məmmədov bildirib ki, ölkəmizdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən uşaq, yeniyetmə və gənclərin sağlam həyat tərzinə istiqamətləndirilməsi, fiziki və mənəvi hazırlığının yüksəldilməsi, idmana marağının artırılması, asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzində saxlanılır. Bunun üçün muxtar respublikanın şəhər və rayonlarında müasir idman infrastrukturu yaradılıb, zallar, idman obyektləri, şahmat məktəbləri tikilərək gənclərin ixtiyarına verilib. Ölkəmizdə Bədii gimnastikanın inkişafından da danışan Rəhman Məmmədov qeyd edib ki, birinci xanım, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın bu idman növünə göstərdiyi    diqqət və qayğı sayəsində bədii gimnastika yüksək inkişaf dövrünü yaşayır. Həyata keçirilən məqsədyönlü  tədbirlərin nəticəsidir ki, Azərbaycanda bədii gimnastika üzrə dünya və Avropa çempionatları keçirilib. Rəhman Məmmədov bildirib ki, federasiyanın tərkibində fəaliyyət göstərən bədii gimnastika bölməsinin, Naxçıvan  Qızlar Liseyində, Naxçıvan Dövlət Texniki Kollecində, Heydər Əliyev Uşaq Gənclər Yaradıcılıq Mərkəzində Naxçıvan şəhər, Şərur, Babək, Ordubad, Kəngərli və Şahbuz rayonlarının məktəktəbdənkənar təhsil müəssisələrində 14 qrupu yaradılıb. Bölmə ilk yaradılanda 70 uşaqla fəaliyyətə başlamışdısa, hazırda bu qruplarda 300-dən artıq    uşaq gimnastikanın sirlərinə yiyələnir. Bölmənin rəhbəri Humay Qafarova Bakı şəhərində keçirilən hakimlik və məşqçilik kurslarında iştirak edərək məşqçilik sertifikatı və hakimlik vəsiqəsi alıb. Bildirilib ki, bölmədə kadr çatışmazlığını aradan qaldırmaq, peşəkar məşqçi-müəllimləri hazırlamaq üçün məşqçilər üçün praktik seminar, bədii gimnastika və xoreo­qrafiya kursları təşkil olunub. Bölmədə yaradılan hərtərəfli şəraitin nəticəsidir ki, gimnastlar bir sıra ölkə və beynəlxalq səviyyəli yarışlarda uğurlu nəticələr əldə edirlər.
Qeyd olunub ki, 27-30 mart 2023-cü il tarixlərində Gürcüstanın Tblisi şəhərində "Gimnastika hamı üçün" beynəlxalq turnir keçirilib. Üç ölkədən 33 komandanın iştirak etdiyi gimnastradada Federasiyasının "Bədii gimnastika" bölməsinin 1 məşqçi müəllimi və 5 gimnastı da iştirak edərək birinci pillədə qərarlaşıb.
Əldə edilən bu uğurlu nəticələrə görə federasiyanın sədri  gimnastları təbrik edib, onlara uğurlar arzulayıb.
Sonra Atletika Federasiyasının sədr müavini İntiqam Rəhimov qazanılan uğurlar barədə məlumat verib.
Tədbirdə Humay Qafarova onlar üçün   yaradılan şəraitə, göstərilən dövlət qayğısına görə  minnətdarlığını bildirib.
Valideyin Abuzər Hüseynov minnətdarlıq edib.
Tədbirdə bölmənin rəhbəri Humay Qafarovaya və bölmənin gimnastları, Mədinə Novruzluya, Nilufər Kərimliyə, Aydan Hüseyinliyə, Təranə Əlizadəyə,  İlay Sanguraya mükafatlar  təqdim edilib.
Sonda xatirə fotosu çəkilib və gimnastların nümunəvi çıxışlarına baxış olub.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg