
Murad Babayev STEAM üzrə keçirilən müsabiqələrin əhəmiyyətini vurğulayaraq bildirib ki, təşkil edilən müsabiqələr həm də şagirdlərin ölkə və beynəlxalq səviyyəli müsabiqələrə hazırlanmasına öz müsbət təsirini göstərir. Görülən işlərin nəticəsi olaraq, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə 5-9 dekabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən, müxtəlif kateqoriyalar üzrə 1300-ə yaxın iştirakçının qatıldığı “Beynəlxalq STEAM Azərbaycan Festivalı”nda şagirdlərimiz 2 qızıl və 2 bürünc medalla mükafatlandırılıblar.
Sektor müdiri iştirakçıların diqqətinə çatdırıb ki, STEAM kabinələrinin imkanlarından yararlanaraq şagirdlərin mühəndislik, proqramlaşdırma və texnoloji biliklərinin artırılması məqsədi ilə Təhsil Nazirliyi tərəfindən təşkil olunan müsabiqə və yarışlardan biri də bu gün keçirilən “Kodunu yaz-layihəni yarat” müsabiqəsidir. Murad Babayev müsabiqənin əhəmiyyətini vurğulayaraq iştirakçılara uğurlar arzulayıb və müsabiqəyə start verilib.
Müsabiqədə şagirdlərin hazırladıqları layihələrə baxış olub. Şagirdlər komanda şəkilində hazırladıqları layihələri təqdim ediblər. Qeyd edək ki, Müsabiqədə muxtar respublikanın təhsil müəssisələrindən “Kodunu yaz-layihəni yarat” üzrə VI-VII sinif şagirdləri üzrə 60, VIII-IX sinif şagirdləri üzrə 40 olmaqla 100 komanda iştirak edib, 300 şagirdin 100 layihəsi nümayiş olunub.Onlar gündəlik həyatımızda qarşılaşdığımız məsələlərə praktiki həll yolu tapmaq üçün mikrobit platformasında kodlaşdırma bacarıqlarından istifadə edərək müxtəlif layihələr hazırlayıblar. Prototiplərlə quraşdırılan layihələr mexaniki və eyni zamanda avtomatik idarə olunaraq iştirakçının ideyası üzərində hər hansı bir funksiyanı yerinə yetirib.
Qeyd edək ki, layihələr iştirakçıların öz sərbəst ideyaları üzərində qurularaq elm, təhsil, tibb, sənaye sahələri, kənd təsərrüfatı və bir çox digər sahələrə aid olub. Müsabiqə iştirakçıları proqram təminatında hazırladıqları eskiz layihələrini və onların kodlarını kompüterdə münsiflər heyətinə təqdim ediblər.
Qiymətləndirmə və qaliblərin seçilməsi üçün isə koordinatlardan ibarət münsiflər heyəti yaradılıb. Mühəndislik-dizayn, Problemin həllinə yararlılığı, İnnovativlik –İdeya, proqram təminatı və idarəetmə mühəndisliyinə baxılan seçim kriteriyalarında dəyərləndirilib. Yekunda öz ideyasının innovativ həllini təqdim edən və gündəlik həyatımızda istifadə üçün yararlı olan layihələr qalib olub.