• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün571
mod_vvisit_counterDünən1386
mod_vvisit_counterBu həftə11220
mod_vvisit_counterBu ay43552
mod_vvisit_counterÜmumi2510817

Tarix: 27 Apr., 2024

Ordubad şəhər tam orta internat məktəbində uşaqlara bayram sovqatı çatdırılıb

“31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il” bayramı münasibətilə Naxçıvan Muxtar Respublikasının Təhsil və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Ordubad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ordubad şəhər tam orta internat məktəbində tədbir keçirilmişdir.

Çay süfrəsi ətrafında keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparat rəhbəri Vüsal Süleymanlı çıxış etmişdir.

 

Çıxış edənlər ölkəmizdə uşaqlara göstərilən diqqət və qayğıdan bəhs etmiş, bu sahədə görülən işlər haqqında ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, Ordubad şəhər tam orta internat məktəbində də tədris üçün geniş imkanlar yaradılıb Muxtar respublikada tək valideyn himayəsində yaşayan və ya valideyn himayəsindən məhrum, xüsusi qayğıya ehtiyacı olan uşaqlar da bu məktəbdə təhsil alırlar. Bu kateqoriyadan olan uşaqlara hər zaman dövlət qayğısı göstərilir, onların təhsili, təlim-tərbiyəsi, mənəvi inkişafı, sağlamlıqlarının qorunması daim diqqət mərkəzində saxlanılır, istedadlarının üzə çıxarılması, bilik və bacarıqlarının möhkəmləndirilməsi məqsədilə mühüm tədbirlər həyata keçirilir. Asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə tarix-memarlıq abidələrinə, muzeylərə, istirahət guşələrinə ekskursiyaları təşkil olunur.

Çıxışlarının sonunda uşaqları qarşıdan gələn bayram münasibətilə təbrik edən təşkilatçılar onlara təhsillərində, gələcək həyatlarında uğurlar arzulamışdır.

Sonra təşkilatçılar tərəfindən 43 uşağa hədiyyələr verilmişdir.

Tədbirin bədii hissəsində isə Naxçıvan Dövlət Kukla Teatrının aktyorlarının ifasında səhnəciklər və Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin mahnı və rəqs qrupunun çıxışları nümayiş etdirilmişdir.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg