• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün901
mod_vvisit_counterDünən1386
mod_vvisit_counterBu həftə11550
mod_vvisit_counterBu ay43882
mod_vvisit_counterÜmumi2511147

Tarix: 27 Apr., 2024

20 noyabr – Ümumdünya Uşaq Hüquqları Günü qeyd edilib

20 noyabr – Ümumdünya Uşaq  Hüquqları Günü ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində tədbir keçirilmişdir.

Əvvəlcə tədbirin aparıcıları bu günün tarixi haqqında qısaca olaraq məlumat verərək bildirmişlər ki, uşaqların rifahı naminə və onların hüquqlarının müdafiəsini təmin etmək məqsədilə 1959-cu il noyabrın 20-də Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi Uşaq Hüquqları Bəyannaməsini, 1989-cu il noyabr ayının 20-də 54 maddədən ibarət Uşaq Hüquqları Konvensiyasını qəbul etmişdir. Ona görə də noyabrın 20-si Ümumdünya Uşaq Günü kimi tarixə düşmüşdür. Bu gün dünyanın əksər ölkələrində, eləcə də ölkəmizdə xüsusi qeyd edilir. Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aytən Məmmədova çıxış edərək bildirib ki, cəmiyyətin gələcək inkişafının əsasını təşkil edən uşaqlara diqqət və qayğının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilməsi ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Hazırda dövlət uşaq siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Diqqətə çatdırılmışır ki, Naxçıvan Muxtar Respublikasında da uşaqlar dövlət qayğısı ilə təmin edilir, onların təhsili, sağlamlıqlarının qorunması, istedadlarının üzə çıxarılması, intellektual və mənəvi inkişafı, asudə vaxtının və tərbiyəsinin düzgün təşkili, cəmiyyətin ictimai-mədəni həyatındakı iştiraklarını təmin etmək məqsədilə dövlət proqramlarının qəbul olunması da bu sahədə atılan mühüm addımlardan biridir. Komitənin sədr müavini çıxışının sonunda muxtar respublikada uşaqlara göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova dərin minnətdarlığımı bildirmişdir.
Sonra Naxçıvan Muxtar Respublikasının təhsil nazirinin müavini Heyran Əhmədova və Naxçıvan Muxtar Respublikasının mədəniyyət nazirinin müavini Həsən Kərimov muxtar respublikada həyata keçirilən uğurlu dövlət uşaq siyasəti haqqında danışmış, bu sahədə möhkəmlədirilmiş qanunvericilik bazası və qəbul olunan normativ hüquqi aktların əhəmiyyətinə toxunmuşlar.
Sonra tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 2022-2023-cü tədris ilində təhsil, idman, incəsənət nominasiyaları üzrə 15 uşağa diplom təqdim olunmuşdur.Tədbirin bədii hissəsində Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin “Gənc Heydərçilər” dərnəyinin, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının mahnı və rəqs qruplarının, Naxçıvan şəhərində fəaliyyət göstərən uşaq bağçalarının balaca fidanlarının vətənpərvərlik mövzusunda çıxışları olmuşdur.

 


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg