• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1078
mod_vvisit_counterDünən5078
mod_vvisit_counterBu həftə10341
mod_vvisit_counterBu ay42673
mod_vvisit_counterÜmumi2509938

Tarix: 26 Apr., 2024

Mental arifmetika dərnəyinin üzvləri arasında müsabiqə keçirilib

Noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə məktəbdənkənar təhsil müəssisələrinin Mental arifmetika dərnəyinin üzvləri arasında müsabiqə keçirilib. Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində təşkil edilən müsabiqədə 10-14 yaşlı 50 dərnək üzvü iştirak edib. Müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərdə yaddaş, qavrama, xəyal gücünü, məntiqi düşünmə bacarığını, riyazi hesablamaların zehində sürətli aparılmasını və zehni arifmetika əməliyyatlarını doğru şəkildə icra etmələrini inkişaf etdirməkdən ibarət olub. Müsabiqədə Təhsil Nazirliyi Aparatının sektor müdiri Rasim Rüstəmov çıxış edərək bildirib ki, məktəbdənkənar təhsil müəssisələrində yaradılan mental arifmetika dərnəyi şagirdlərin zehni bacarıqlarının artırılmasında əhəmiyyətli rol oynayır. Mental arifmetika dərnəyinin proqramı 6-14 yaş arası şagirdlər üçün nəzərdə tutulmuş, uşaq beyninin hərtərəfli inkişafına yönəlmişdir. Şagirdlər bu dərnəkdə iştirak edərək, onlarda güclü yaddaş və müşahidə bacarıqları, diqqət və zəngin təxəyyül qazanırlar. Bu kimi müsabiqələrdə şagirdlər maraqla iştirak edir, biliklərini sınayırlar. Müsabiqədə kağız, qələm, kompüter və ya kalkulyator kimi hesab vasitələrindən istifadə etmədən yalnız beyin vasitəsi ilə verilən sualları sürətli şifahi hesablayaraq qısa müddətdə cavablandırırlar. Müsabiqədə əsasən ən fəal şagirdlər seçilir, onların gələcəkdə ölkə və beynəlxalq səviyyəli zehni hesablama yarışlarında iştirak etməkləri nəzərdə tutulur.
Müsabiqənin qaydaları haqqında Mental arifmetika üzrə təlimçi müəllim Vüqar Məmmədov iştirakçıları şərtlərlə tanış edib. Sualları cavablandırması üçün hər bir şagirdin qarşısında abak, cavab vərəqəsi və qələm qoyulub. İştirakçılara seçimdə 30-u anzan, 5-i abak, final turunda isə 25-i Anzan proqramında olmaqla, ümumilikdə 60 sual təqdim olunub. Müsabiqənin sualları elektron lövhədə Flash Anzan proqramında və abak hesablama aləti ilə praktiki təqdim olunub. Suallar elektron lövhədə tək və cüt rəqəmli zehni toplama və çıxma əməllərini ən azı 8, ən çoxu 10 say ilə yerinə yetirilib. Flash Anzan proqramında suallar yavaş, orta və yüksək keçid sürəti ilə təqdim olunub. Sualları şagirdlər abakda iki əl ilə say və vahidlərdən istifadə edərək, riyazi əməliyyatlar apararaq cavablandırıblar. Sualların cavablandırılması üçün vaxt təyin olunub.
Düzgün cavablar 3, 5, 7 bal sistemi ilə qiymətləndirilib. Ən yüksək bal toplayan dərnək üzvləri müsabiqənin qalibləri olublar.
Yekun nəticəyə görə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvü Abbaslı Nihad Elçin oğlu I, Ordubad Rayon Texniki Ytaradıcılıq Mərkəzinin dərnək üzvü Ağayeva Əsma İlqar qızı II, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvü Hüseynli Kamran İsa oğlu isə III yerin qalibi olub.
Müsabiqənin sonunda qaliblər Təhsil Nazirliyinin diplomu ilə təltif olunublar.

 


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg