• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün420
mod_vvisit_counterDünən5078
mod_vvisit_counterBu həftə9683
mod_vvisit_counterBu ay42015
mod_vvisit_counterÜmumi2509280

Tarix: 26 Apr., 2024

Qəbul imtahanlarında Şahbuz rayonunun 9 məktəbi 100 faiz nəticə göstərib

2021-2022-ci tədris ilində buraxılış, ali və orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələrinə görə Şahbuz Rayon Təhsil Şöbəsinin tabeliyində olan təhsil müəssisələrinin məzunlarından 89-u tələbə adını qazanmışdır. Uğurlu nəticə göstərən məktəblərin mükafatlandırılması ilə bağlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rafael Babayev qeyd etmişdir ki, təhsilin keyfiyyətinin yüksəldilməsi bir çox amillərlə səciyyələnən proses, kompleks tədbirlərlə əhatə olunan, intensiv innovasiyaların tətbiqi ilə bilavasitə əlaqələnən mürəkkəb əməliyyatlar sistemindən ibarətdir. Qabaqcıl təcrübənin öyrənilməsi, müasir təlim texnologiyalarının tətbiqi, təhsilalanların stimullaşdırılması, təhsilverənlərin yüksək hazırlığa malik olması və məktəblərdə müasir tədris şəraitinin yaradılması kimi faktorlar da burada önəmli əhəmiyyət daşıyır. Keyfiyyətli təhsil isə öz nəticələrini qəbul imtahanlarında şagirdlər tərəfindən qazanılan nailiyyətlərdə göstərir. Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov bildirib ki, muxtar respublikamızda təhsilə göstərilən yüksək dövlət qayğısının nəticəsində ötən illərdə olduğu kimi 2021-2022-ci tədris ilində də həm kəmiyyət, həm də keyfiyyət baxımından yüksək nəticələr əldə olunmuşdur. Şagirdlərin təlim nailiyyətlərinə nəzarət gücləndirilmiş, bunun da nəticəsində ümumi təhsil üzrə keyfiyyət göstəricilərində, xüsusilə də buraxılış imtahanları, ali və orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələrində əvvəlki illərlə müqayisədə nəzərəçarpan irəliləyişlər müşahidə olunmuşdur.
Təhsil naziri qeyd etmişdir ki, Şahbuz Rayon Təhsil Şöbəsinin tabeliyində 23 tam orta məktəb fəaliyyət göstərir. Təhsilə göstərilən dövlət qayğısı sayəsində rayon ərazisində yerləşən ümumtəhsil müəssisələrində müasir tədris şəraiti yaradılıb. Məktəblərdə 276 kompüter və 60 elektron lövhə quraşdırılıb. Məktəblərin kitabxanaları 48 mindən çox latın qrafikalı bədii ədəbiyyat və 23 mindən çox dərsliklə təmin olunmuş, bütün təhsil müəssisələrində idman zalları, açıq idman qurğuları, STEAM kabinələri yaradılmışdır. Müəllimlərin işə qəbulu üzrə keçirilən müsabiqələrdə son 4 ildə Şahbuz rayonunun ümumtəhsil məktəblərinə təyin olunan gənc kadrlardan 74-ü müəllim kimi fəaliyyətə başlamış, 27-si isə müxtəlif vəzifələrə təyin olunmuşdur.
Təhsil naziri qeyd etmişdir ki, Şahbuz rayonunun ümumtəhsil məktəblərində yaradılan müasir tədris şəraiti şagirdlərin yaxşı təhsil almasına, buraxılış və qəbul imtahanlarında uğurlu nəticə göstərmələrinə öz müsbət təsirini göstərmişdir. 2021-2022-ci tədris ilində muxtar respublika üzrə 47 məktəb ali və orta ixtisas təhsil müəssisələrinə qəbul nəticələrinə görə 100 faiz nəticə göstərmişdir ki, onlardan da 9-u Şahbuz Rayon Təhsil Şöbəsinin tabeliyində olan məktəblərdir. Ötən tədris ili üzrə Şahbuz rayon ümumtəhsil məktəblərindən 123 şagird məzun olmuşdur ki, onlardan da 121-i, yaxud 98 faizi ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmişdir. Sənəd verənlərin 89-u, yaxud 74 faizi ali və orta ixtisas təhsil müəssisələrinə qəbul olmuş, 9-u 500-700 arası nəticə göstərmişdir. 1 məzun qızıl nişana, 2 məzun isə fərqlənmə attestatına layiq görülmüşdür. 17 şagird 2021-2022-ci tədris ilində keçirilən olimpiada və müsabiqələrin qalibi olmuşdur.
Şahbuz rayonunda fəaliyyət göstərən məktəblərdən 11-i qəbul nəticələrinə görə muxtar respublika orta göstəricisindən yüksək nəticə əldə etmişdir. Şahbuz şəhər 1 nömrəli tam orta məktəbin məzunu Yusif Kazımlı isə Prezident təqaüdünə layiq görülmüşdür.
Təhsil naziri qazandıqları uğurlu nəticəyə görə Şahbuz Rayon Təhsil Şöbəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin pedaqoji kollektivinə təşəkkürünü bildirmişdir.
Sonra Şahbuz Rayon Təhsil Şöbəsinin müdiri Araz Məmmədov çıxış edərək 2021-2022-ci tədris ilində gördükləri işlər və 2022-2023-cü tədris ili üzrə gözlənilən nəticələr barədə məlumat vermiş, təhsil müəssisələrində yaradılan şəraitin təhsilin yüksəlməsinə və uğurlu nəticələrin qazanılmasına birbaşa təsir etdiyini vurğulamış, bu qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə minnətdarlığını bildirmişdir.
Sonda ötən tədris ilində keçirilən qəbul imtahanlarında əldə etdikləri uğurlu nəticələrə görə Şahbuz şəhər 1 və 2 nömrəli, Badamlı qəsəbə, Şahbuzkənd, Mahmudoba, Badamlı, Ayrınc, Sələsüz, Daylaqlı, Şada, Nursu kənd tam orta məktəblərinə diplomlar təqdim edildi, xatirə şəkli çəkildi.

 


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg