• 1 6.jpg
  • 1.jpg
  • 3 li mekteb.jpg
  • 003.jpg
  • 5 nom9.jpg
  • 005.jpg
  • 20.jpg
  • 22.jpg
  • 24.jpg
  • 25.jpg
  • 26.jpg
  • 27.jpg
  • 28.jpg
  • 111.jpg
  • 112.jpg
  • 112u.jpg
  • 152.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 603.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1755
mod_vvisit_counterDünən2529
mod_vvisit_counterBu həftə8937
mod_vvisit_counterBu ay1755
mod_vvisit_counterÜmumi1519357

Tarix: 01 Dek., 2022

Babək rayonunun Sirab kəndi abad kəndlər sırasına qoşulub

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib: “Bu gün Naxçıvanın gələcək inkişafı ilə bağlı əlavə sözlərə ehtiyac yoxdur. Çünki bütün işlər burada ən yüksək səviyyədə görülübdür”.
Son illər həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq tədbirləri, sosial sahəyə qayğı və yeni infrastrukturun yaradılması muxtar respublikanın kənd yaşayış məntəqələrini müasirləşdirib. Babək rayonunun böyük yaşayış məntəqələrindən olan Sirab kəndində də quruculuq işləri aparılıb, əhalinin rahat yaşayışı təmin olunub.
Sirab kənd məktəbi yenidən qurulub
Sentyabrın 26-da Sirab kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov məktəbdə yaradılan şəraitlə tanış olub.
Məlumat verilib ki, zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan 960 şagird yerlik məktəbdə 49 sinif otağı, kimya, biologiya, fizika laboratoriyaları, 3 elektron lövhəli sinif, 2 şahmat sinfi, 2 kompüter, 2 müəllimlər, psixoloq və direktor otaqları, hərbi kabinə, STEAM kabinəsi, kitabxana, qarderob, bufet, idman zalı və texniki otaqlar yerləşir.
Məktəbin kitabxana fondunda 10 min 292 kitab vardır. Kitabxanaya “Fərdi paylayıcı-öyrədici vəsaitlər toplusu” təqdim olunub. Fərdi paylayıcı materialların tətbiqinin əsas məqsədi uşaqların öyrəndikləri mövzuları müstəqil mənimsəmələrinə, müxtəlif məlumat mənbələri ilə işləmək bacarıqlarının formalaşdırılmasına, təlim fəaliyyətinin aktivləşdirilməsinə, eyni zamanda yeni materialı daha dərindən qavramalarına səbəb olur.
STEAM kabinəsində 1 elektron lövhə, 2 kompüter, 3D printer quraşdırılıb. Kabinə mikrobit, arduino setləri və digər öyrədici STEAM qurğuları, həmçinin yeni nəşr olunan ədəbiyyat və dərsliklərlə təchiz edilib. Şagirdlər hazırladıqları “Yuxu əleyhinə ağıllı eynək” və “İstehsalatda rəngli maddələri çeşidləyən robot” layihələrini təqdim ediblər.
Müəllimlərdən Dilbər Qasımzadə və Çinarə Babayeva yaradılan şəraitə görə minnətdarlıq edibər.
Məktəbdə internetə çıxışı olan 51 kompüter və 5 elektron lövhə quraşdırılıb. Ali Məclisin Sədri elektron lövhəli sinifdə Xatirə Muzeyi ilə 200-dən artıq təhsil müəssisəsi arasında “Şəhidlər unudulmur” mövzusunda keçirilən interaktiv dərsi izləyib.
2022-2023-cü tədris ilində məktəbin birinci sinfinə 62 şagird qəbul olunub. Birinci sinif şagirdi Zəhra Novruzova ümummilli liderimiz Heydər Əliyevə həsr olunmuş şeir söyləyib.
Gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi, onların hərbi biliklərə yiyələnməsi sonrakı dövrdə peşəkar hərbçi kimi yetişmələrinə xidmət edir. İstifadəyə verilən hərbi kabinə bu mənada mühüm əhəmiyyət daşıyır. Bildirilib ki, məktəbin 1 məzunu Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin birinci kursunda, 1-i isə Heydər Əliyev adına Hərbi Liseyin ikinci kursunda təhsillərini davam etdirir.
Məktəbin bütün lazımi əyani vasitələrlə təchiz olunmuş şahmat sinfi, geniş idman zalı və açıq idman qurğuları şagirdlərin fiziki sağlamlığına və əqli inkişafına kömək edəcəkdir.
Sonra məktəbin pedaqoji kollektivi ilə görüş olub.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov və məktəbin gənc müəllimi Çimnarə Şahbazova çıxış ediblər. Çıxışlarda muxtar respublikada təhsilin inkişafı sahəsində görülən işlərdən bəhs olunub, yaradılan şəraitə görə minnətdarlıq edilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Sirab kənd tam orta məktəbinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edib, tədrisdə uğurlar arzulayıb.
Binanın həyətində qazanxana tikilib, açıq idman qurğuları quraşdırılıb, abadlıq  və yaşıllaşdırma işləri görülüb.
Ali Məclisin Sədri məktəbin tikintisində əməyi olanlara təşəkkür edib, tədrisin keyfiyyətinə, nizam-intizama ciddi diqqət yetirilməsi və qurulanların qorunması barədə tapşırıqlar verib.

 


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg