• 1 6.jpg
  • 1.jpg
  • 3 li mekteb.jpg
  • 003.jpg
  • 5 nom9.jpg
  • 005.jpg
  • 20.jpg
  • 22.jpg
  • 24.jpg
  • 25.jpg
  • 26.jpg
  • 27.jpg
  • 28.jpg
  • 111.jpg
  • 112.jpg
  • 112u.jpg
  • 152.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 603.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1803
mod_vvisit_counterDünən2529
mod_vvisit_counterBu həftə8985
mod_vvisit_counterBu ay1803
mod_vvisit_counterÜmumi1519405

Tarix: 01 Dek., 2022

Naxçıvan Muxtar Respublikası təhsil işçilərinin konfransı keçirilib

Sentyabrın 8-də Naxçıvan Muxtar Respublikası təhsil işçilərinin sentyabr konfransı keçirilib. Konfransda muxtar respublikanın təhsil müəssisələrinin rəhbərləri, Təhsil Nazirliyinin əməkdaşları, qabaqcıl müəllimlər iştirak ediblər.
Konfransı giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov açaraq bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində təhsil müəssisələrinin maddi-tədris bazasının möhkəmləndirilməsi sahəsində işlər 2021-2022-ci tədris ili ərzində də davam etdirilmiş, Şərur rayonunun Dərvişlər, Çərçiboğan, Babək rayonun Göynük, Ordubad rayonun Əndəmic, Dırnıs kənd tam  orta məktəblərinin və Babək rayonun  Araz kənd ümumi orta  məktəbinin  yeni binası istifadəyə verilmiş, məktəblərin maddi-tədris bazası gücləndirilmişdir. Hazırda Naxçıvan Şəhərində Kimya-Biologiya Təmayüllü Lisey, STEAM Təlim-Tədris Mərkəzi, Naxçıvan şəhər 8 nömrəli körpələr evi-uşaq bağçası, Distant Tədris Mərkəzi, Şərur rayonunda Alışar, Həmzəli, Vərməziyar, Babək rayonunda Sirab, Vayxır və Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəbi, Ordubad rayonunda Pəzməri, Xanağa, Unus, Kələki və Azadkənd tam orta məktəbləri, o cümlədən Babək və Şahbuz rayonlarında yerləşən məktəbdənkənar tərbiyə müəssisələrinin  tikintisi və ya yenidən qurulması istiqamətində işlər davam etdirilməkdədir. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamları ilə  2022-ci ilin yanvarın 1-dən Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının qiymətləndirilməsi aparılmış müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin aylıq vəzifə maaşları orta hesabla 20 faiz, gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin aylıq vəzifə maaşları orta hesabla 40 faiz, dövlət peşə təhsili müəssisələrində idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları orta hesabla 20 faiz artırılmışdır. Həmçinin Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 31 avqust    2022-ci il tarixli 171 nömrəli Qərarı ilə ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərinin vəzifə maaşlarına təhsilalanların sayına görə, təhsilverənlərin maaşlarına isə sertifikatlaşdırmanın nəticəsinə görə aylıq əlavələr edilmişdir.
Diqqətə çatdırılmışdı ki, hesabat dövründə təhsilin inkişafında xidmətlərinə görə 4 müəllim Azərbaycan Respublikasının Əməkdar müəllimi, 6 müəllim Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi fəxri adı ilə, 4 müəllim isə Tərəqqi medalı ilə təltif olunublar.   Həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə STEAM təhsili və idman sahəsində fərqlənən  2 şagirdin adı Gənc İstedadların “Qızıl kitabı”na yazılmış, onlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülmüşdür.
Təhsil naziri bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 22 dekabr tarixli Sərəncamı ilə məktəbəqədər təhsil müəssisələri  Təhsil Nazirliyinin tabeliyinə verilmiş, nazirliyin tabeliyində Distant Təhsil Mərkəzi yaradılmışdır.  Həmçinin Təhsil Nazirliyi tərəfindən “Naxçıvan Gənc Müəllimlər Assosiasiyası” İctimai Birliyi təsis edilmişdir.
Muxtar respublikada yeni təhsil metodlarının  tətbiqinə də geniş yer verildiyini bildirən təhsil naziri bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamına əsasən bugünədək 106 təhsil müəssisəsində STEAM kabinəsi yaradılmış, STEAM təhsil festivalı keçirilmişdir. Hazırda isə  Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində STEAM Təlim Tədris Mərkəzi yaradılır.
Vurğulanmışdır ki, istedadlı şagirdlərin üzə çıxarılması, onların yaradıcılıq potensiallarının inkişaf etdirilməsi də diqqətdə saxlanılmış,  “Məktəblilərin dram, Təsviri və dekorativ-tətbiqi sənət”, “Milli musiqi və m rəqs” “Gənc istedadlar” müsabiqələri  keçirilmiş, “Sabahın müəllimi”, “Sabahın tədqiqatçıları” layihələri, “Tariximizi qoruyaq və yaşadaq” aksiyası uğurla davam etdirilmişdir.
Vurğulanmışdır ki, ötən tədris ilində kadr hazırlığı istiqamətində zəruri tədbirlər həyata keçirilmiş, 1200-dən çox müəllim müxtəlif təlimlərə, kurslara cəlb olunmuş, təhsilverənlərin sertifikasiyası aparılmışdır. İşə qəbulla bağlı keçirilən müsabiqələrdə uğurlu nəticə qazanan gənc kadrlardan 195 müəllim, 52-i isə məktəblərdə müxtəlif vəzifələrə təyin olunmuş, 1543 müəllim sertifikatla təmin olunmuşdur. 2022-ci ildə ilk dəfə olaraq məktəbəqədər təhsil müəssisələrinə də işə qəbul üçün müsabiqə elan edilmiş, 26 gənc kadr müvafiq vəzifələrə təyin olunmuşdur.
Müəllimlərin işə qəbulu müsabiqəsində  ən yüksək nəticə göstərən 163 gənc kadr 2022-2023-cü tədris ilindən pedaqoji fəaliyyətə başlayacaqdır. Bunlarla yanaşı Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsində muxtar respublika müəllimlərindən 8-i qalib olmuşdur.
Diqqətə çatdırılıb ki, yeni dərs ilinə hazırlıqla əlaqədar 2022-2023-cü tədris ili üçün yeni tədris planlarının təsdiqi həyata keçirilmiş, dərslik və metodiki vəsaitlərin bir hissəsi muxtar respublikaya gətirilmişdi.
Rəhman Məmmədov iştirakçıların diqqətinə çatdırıb ki, məzunlarımız yaradılmış müasir tədris imkanlarından yararlanaraq buraxılış imtahanlarında, eləcə də ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunda da uğurlu nəticələr qazanmış, təhsili xüsusi nailiyyətlərlə başa vurmuşlar. Belə ki. 2021-2022-ci tədris ilində ümumtəhsil məktəblərini tam orta təhsil bazasından bitirən məzunlardan 19-u qızıl, 22-si gümüş nişana, 64-ü fərqlənmə attestatına, ümumi orta təhsil bazasından isə 55-i fərqlənmə attestatına layiq görülmüşdür.
Ümumilikdə 2021-2022-ci tədris ili üzrə ümumtəhsil məktəblərini Heydər Əliyev adına Hərbi Lisey də daxil olmaqla    2990 məzun bitirmiş, onlardan 2848-i, yaxud 95 faizi ali və orta ixtisas təhsili müəssisələrinə sənəd vermişdir.
Məzunlarımızın buraxılış və qəbul imtahanlarındakı nəticələri ötən illə müqayisədə xeyli artmışdır. Belə ki, 250-300 bal arası nəticə göstərən məzunların sayı ötən ildəki göstəricidən 49 faiz, 200 baldan yuxarı nəticə göstərənlər  ötən ilki göstəricidən 6 faiz çox, yüksək nəticə göstərən məzunlarda keyfiyyət göstəriciləri yaxşılaşmış, 600-700 arası bal toplayan məzunların sayı isə ötən ilə nisbətdə 36 faiz artmışdır. 254 nəfər isə 500-700 arasında bal toplamışdır.
Yüksək nəticə göstərən 100 məktəbdən 71-i ucqar kənd məktəbləridir.
Qeyd olunmuşdur ki, istedadı ilə fərqlənən şagirdləri aşkara çıxarmaq, onların potensialını inkişaf etdirmək məqsədilə cari tədris ilində Amerikan Beynəlxalq Riyaziyyat Müsabiqəsi, Kenquru Beynəlxalq Riyaziyyat müsabiqəsi, Məktəblilərin Respublika Fənn Olimpiadası, Lütfi Zadə adına Məntiq Olimpiadası və VII Respublika Fənn Müsabiqəsi, SASMO beynəlxalq riyaziyyat olimpiadası da keçirilmişdir. Keçirilən olimpiada və müsabiqələrdə ümumilikdə muxtar respublika üzrə 5258 şagird iştirak etmiş, onlardan 329-u qalib olmuşdur.
Nazir bildirib ki, “Kanal 35” Televiziyası öz fəaliyyətini müəyyən edilmiş proqram əsasında qurmuş, yarımil ərzində Televiziya və Radio Verilişləri Redaksiyasının texniki imkanları baxımından müasir standartlara tam cavab verən yeni internet saytı və studiyası istifadəyə verilmiş, televiziyada müxtəlif maarifləndirici videomateriallar efirə təqdim olunmuşdur.
Təhsil naziri ümumtəhsil müəssisələrinin fəaliyyətindəki nöqsanlardan da danışaraq bildirmişdir ki, tədris prosesindən səmərəli istifadə edən, şagirdlərin bilik səviyyəsinin daim yüksəldilməsinə çalışan pedaqoji kollektivlərlə yanaşı, tədrisin keyfiyyətinə lazımi şəkildə nəzarət etməyən məktəblər də vardır.
Bildirilmişdir ki, təhsilin müasir yanaşmalar əsasında inkişaf etdrilməsi mühüm bir məsələ kimi muxtar respublika təhsil işçiləri qarşısında qoyulan vəzifələrdəndir. Təhsil naziri 2022-2023-cü tədris ilində təhsil müəssisələrinin binalaranın qorunması, yaradılan şəraitdən səmərəli istifadə edilməsi, tədrisin yüksək səviyyədə aparılması, şagirdlərdə mütaliə mədəniyyətinin formalaşdırlması, tədris prosesində informasiya texnologiyalarından və labortoriyaların imkanlarından səmərəli istifadə olunması, metodiki kabinetlərin fəaliyyətinin gücləndirilməsi ilə bağlı tapşırıqlar vermişdir.
Məruzə ətrafında müzakirələr aparılmış, Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri Baba Əliyevin, Ordubad Rayon Təhsil Şöbəsinin müdiri Samir Zeynalovun, Naxçıvan Dövlət Texniki Kollecin direktoru Asəf Rüşanovun, Heydər Əliyev adına tam orta məktəbin direktoru Elmira Həsənovanın, Təhsil nazirliyi Aparatının şöbə müdiri Vüsal Abdullayevin və Təhsil Nazirliyi  Aparatının sektör müdiri Murad Babayevin çıxışları dinlənilmiş, konfransın qərarı qəbul edilmişdir.
Konfrasın sonunda muxtar respublikada təhsilin inkişafı ilə bağlı Kanal 35 televiziyasının hazırladığı “Naxçıvan təhsili müstəqillik illərində” filminə baxış olmuşdur.
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin Mətbuat xidməti




 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg