• 1 6.jpg
  • 1.jpg
  • 3 li mekteb.jpg
  • 003.jpg
  • 5 nom9.jpg
  • 005.jpg
  • 20.jpg
  • 22.jpg
  • 24.jpg
  • 25.jpg
  • 26.jpg
  • 27.jpg
  • 28.jpg
  • 111.jpg
  • 112.jpg
  • 112u.jpg
  • 152.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 603.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1930
mod_vvisit_counterDünən2529
mod_vvisit_counterBu həftə9112
mod_vvisit_counterBu ay1930
mod_vvisit_counterÜmumi1519532

Tarix: 01 Dek., 2022

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının 30-cu ildönümü 5-ci sərhəd zastavası üçün yeni xidməti-yaşayış kompleksinin istifadəyə verilməsi ilə qeyd olunub

Avqustun 22-də  - “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının yaranmasının 30-cu ildönümündə 5-ci sərhəd zastavası üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.
“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri, general-leytenant Niyaməddin Tağıyev Ali Məclisin Sədrinə raport verib.
Bildirilib ki, 5-ci sərhəd zastavası 1932-ci ildən fəaliyyət göstərir və xidmət sahəsi 9 kilometrdir. Yeni xidmət və yaşayış kompleksinin inşasına 2021-ci ilin sentyabr ayında başlanılıb. İkimərtəbəli qərargah binasında əsgərlər üçün 40, subay zabitlər üçün 8 yerlik yataqxana, sinif, silah, rabitə və 3 iş otağı, 28 yerlik yeməkxana, ərzaq və tərəvəz anbarları, qurutma otağı və sığınacaq yerləşir. Ərazidəki yardımçı binada camaşırxana, mərkəzi qazanxana, 2 avtomobil saxlancı, əşya, yanacaq-sürtkü materialları və silah anbarları vardır. Zastavada 12 sabit və 3 idarəolunan kameralı video-müşahidə sistemi, İP telefon, müşahidə qülləsində 2 ədəd 1000 metr radiuslu projektor, xidməti ərazidə 9000 metr məsafədə mühəndis-texniki çəpər və işarəverici qurğu quraşdırılıb, sərhəd yolları yenidən çəkilib və çınqıl örtüyü ilə bərkidilib. 4 müşahidə qülləsi, 1 isinmə məntəqəsi və 2 körpü əsaslı təmir olunub.
Ali Məclisin Sədri sərhədçi ailələrini yeni xidməti-yaşayış kompleksinin istifadəyə verilməsi münasibətilə təbrik edib, onlara rahat həyat arzulayıb.
Sərhədçi ailələri adından minnətdarlıq edən Əminə Əhmədova deyib: “Sərhədçi ailələrinə göstərilən yüksək qayğı sayəsində ailə-məişət şəraitimiz xeyli yaxşılaşdırılıb. Bu gün yeni yaşayış binası istifadəmizə verilir. Görülən işlər, yaradılan şərait rahat yaşayışımızı təmin edir”.
Ali Məclisin Sədri sərhədçi uşaqlarına hədiyyələr təqdim edib, onlardan Xavər Həsənli ulu öndər Heydər Əliyevə həsr olunan şeir söyləyib.
Ali Məclisin Sədri mənzillərdə yaradılan şəraitlə tanış olub. Bildirilib ki, hərbi qulluqçuların ailələri üçün nəzərdə tutulan 2 mərtəbəli yaşayış binası hər biri 2 otaqlı olmaqla, 8 mənzildən ibarətdir. Mənzillər mebel dəstləri, televizor, soyuducu, paltaryuyan və mərkəzləşmiş istilik sistemi ilə təmin olunub. Mənzillə təmin olunan ailələrə meyvə, tərəvəz və ərzaq payları verilib.
Sonra şəxsi heyətlə görüş olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sərhədçiləri salamlayıb, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının yaranmasının 30-cu ildönümü və 5-ci sərhəd zastavası üçün yeni xidməti-yaşayış kompleksinin istifadəyə verilməsi münasibətilə diviziyanın şəxsi heyətini və sərhədçi ailələrini təbrik edib, gələcək xidmətdə uğurlar arzulayıb.
“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri, general-leytenant Niyaməddin Tağıyev diviziyanın yaradılmasının 30-cu ildönümündə 5-ci sərhəd zastavası üçün yeni xidmət və yaşayış kompleksinin istifadəyə verilməsində iştirak etdiyinə görə şəxsi heyət adından Ali Məclisin Sədrinə minnətdarlıq edib, göstərilən qayğıdan və yaradılan şəraitdən səmərəli istifadə edərək bundan sonra da muxtar respublikada sərhədlərimizin etibarlı mühafizəsini təmin edəcəklərinə söz verib.
Şəxsi heyət “Hamı bir nəfər, bir nəfər hamı üçün” şüarını səsləndirib.
Əsgər Təbriz Fərəcli minnətdarlıq edərək deyib: “Yaradılan şəraitin qarşılığında biz də Vətən sərhədlərini göz bəbəyimiz kimi qoruyacaq, qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gələcək, xidmətimizlə göstərilən etimadı doğruldacağıq”.
Ali Məclisin Sədri sərhədçilərlə xatirə şəkli çəkdirib, onlarla səmimi söhbət edib.
Zastavada sıra meydanı, voleybol və futbol meydançası, idman və ləpirçilik şəhərciyi, atəş, mühəndis hazırlığı, xidməti heyvanların təlim yeri, tək əsgərin nəzarət zolağı olan təlim şəhərciyi yaradılıb. Həmçinin burada yeraltı sığınacaq və müdafiə səngərləri, istirahət və uşaq əyləncə yerləri, nəzarət-buraxılış məntəqəsi, avtomobillərin yuyulması yeri, helikopter meydançası, 63 kilovatlıq transformator və 30 kilovatlıq elektrik generatoru qurulub. 6 hektar ərazidə abadlıq işləri aparılıb, 2 subartezian quyusu qazılaraq 3 nasos quraşdırılıb, 2,5 hektar sahədə yaşıllıq salınıb.
Ali Məclisin Sədri yaradılan şəraitə uyğun xidmətin təşkili, ərazidə meyvə ağaclarının artırılması barədə müvafiq tapşırıqlar verib.
Gətirilmiş ərzaq məhsulları zastavanın anbarına təhvil verilib.

 


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg