• 1 6.jpg
  • 1.jpg
  • 3 li mekteb.jpg
  • 003.jpg
  • 5 nom9.jpg
  • 005.jpg
  • 20.jpg
  • 22.jpg
  • 24.jpg
  • 25.jpg
  • 26.jpg
  • 27.jpg
  • 28.jpg
  • 111.jpg
  • 112.jpg
  • 112u.jpg
  • 152.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 603.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1798
mod_vvisit_counterDünən2529
mod_vvisit_counterBu həftə8980
mod_vvisit_counterBu ay1798
mod_vvisit_counterÜmumi1519400

Tarix: 01 Dek., 2022

Təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunlara qızıl və gümüş nişanlar təqdim olunub

Avqustun  18-də Naxçıvan Dövlət Texniki Kollecində 2021-2022-ci tədris ilində məktəbi xüsusi nailiyyətlə başa vuran məzunlarla görüş keçirilmişdir.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov qızıl və gümüş nişanlarla təltif olunan məzunları təbrik etmiş, qazandıqları uğurun muxtar respublikada təhsilə göstərilən dövlət qayğısının nəticəsi olduğunu bildirmişdir. Qeyd olunmuşdur ki,  muxtar respublikamızda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilmiş, məktəblər ən müasir informasiya texnologiyaları ilə, o cümlədən kompüter və elektron lövhələrlə təchiz olunmuşdur. Bu işlərin ənənənə halını aldığını bildirən Rəhman Məmmədov qeyd etmişdir ki,  hazırda da 17 təhsil müəssisəsində binaların tikintisi və ya yenidənqurulması davam etdirilir.
Qeyd olunmuşdur ki, yaradılan şərait nəticəsində təhsil müəssisələrində tədrisin keyfiyyəti yüksəlmiş, istedadlı şagirdlərin sayı artmışdır. Öz istedadı ilə seçilən şagirdlər dövlət qayğısı ilə əhatə olunmuş, onların adı gənc istedadların qızıl kitabına yazılmışdır. Bu tədris ilində  də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə idman və STEAM təhsili  sahəsində fərqlənən 2 şagirdin adı Naxçıvan Muxtar Respublikasının Gənc İstedadlarının “Qızıl kitabı”na yazılmış, onlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülmüşlər. Muxtar respublikada yeni təhsil metodlarının  tətbiqinə də geniş yer verildiyini bildirən təhsil naziri bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamına əsasən bugünədək 106 təhsil müəssisəsində STEAM kabinəsi yaradılmış, STEAM tıhsil festivalı keçirilmişdir. Hazırda isə  Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində STEAM Təlim Tədris Mərkəzi yaradılır.
Təhsili naziri tədris ili ərzində keçirilən müsabiqələrdən və əldə olunan uğurlu nəticələrdən də danımışdır. Bildirilmişdir ki, “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində 2021-2022-ci tədris ili ərzində IX-XI siniflərdə təhsil alan 37 şagirdin və 24 elmi rəhbərin iştirakı ilə 28 layihə işlənib hazırlanmışdır. Ölkə üzrə keçirilən “Sabahın alimləri” layihəsində 7 şagird 4 layihə ilə iştirak etmiş, 3 layihə beynəlxalq qurumların mükafatlarına layiq görülmüşdür. Təhsil naziri bildirib ki, istedadı ilə fərqlənən şagirdləri aşkara çıxarmaq, onların potensialını inkişaf etdirmək məqsədilə cari tədris ilində Amerikan Beynəlxalq Riyaziyyat Müsabiqəsi, Kenquru Beynəlxalq Riyaziyyat müsabiqəsi, Məktəblilərin Respublika Fənn Olimpiadası, Lütfi Zadə adına Məntiq Olimpiadası və VII Respublika Fənn Müsabiqəsi, SASMO beynəlxalq riyaziyyat olimpiadası da keçirilmişdir. Keçirilən olimpiada və müsabiqələrdə ümumilikdə muxtar respublika üzrə 5258 şagird iştirak etmiş, onlardan 329-u qalib olmuşdur.
Buraxılış və qəbul imtahanlarının nəticələri haqqında da danışan təhsil naziri qeyd etmişdir ki, muxtar respublikada yaradılan yüksək səviyyəli tədris şəraiti şagirdlərin hər iki imtahanda uğurlu nəticə göstərmələrini təmin etmişdir. Belə ki, 2021-2022-ci tədris ilində keçirilən   buraxılış imtahanlarında  250-300 arası bal toplayan məzunların sayı ötən illə müqayisədə 50 faiz artıb. Qəbul imtahanlarında 200-700 intervalında  bal toplayan abituriyentlərin sayı ötən illə müqayisədə 49, 600-700 intervalında bal toplayan şagirdlərin sayı isə 17 nəfər artıq olmuş, 254 məzun 500-700 arasında bal toplamışdır.
Təhsil naziri qeyd etmişdir ki, mövcud qaydalara əsasən ümumtəhsil məktəblərində təhsil aldığı müddətdə nümunəvi davranışı ilə yanaşı, təhsili xüsusi nailiyyətlərlə başa vuran şagirdlər qızıl və ya gümüş nişanla təltif olunur, onların adı oxuduqları məktəbin “Şərəf kitabı”na yazılır. Bu tədris ilində də tədrisdə və buraxılış imtahanlarında əldə etdikləri nəticələrə görə məzunlardan 105-i təhsili xüsusi nailiyyətlə başa vurmuşdur. Bunlardan 19-u qızıl, 22-si gümüş nişana, 64-ü fərqlənmə attestatına, IX siniflər üzrə isə isə  55 şagird fərqlənmə attestatına layiq görülmüşdür.
Təqdimat mərasimində Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin direktoru Günay Novruzova, Şərur şəhər  2 nömrəli tam orta məktəbin şagirdi Nərmin Vəliyeva, valideyn Çingiz Mehdiyev çıxış edərək ümumtəhsil məktəblərini xüsusi nailiyyətlərlə başa vuraraq qızıl və gümüş nişanlarla, həmçinin fərqlənmə attestatları ilə təltif olunan məzunların  yüksək uğurlar qazanmalarında muxtar respublikada təhsilə göstərilən dövlət qayğısının və yaradılan müasir təhsil infrastrukturunun, təhsildə tətbiq olunan innovasiyaların böyük rol oynadığını qeyd etmiş və yaratdığı bu şəraitə görə Naxçıvan Muxtar Respublikasi Ali Məclisinin Sədrinə   minnətdarlıqlarını  bildirmişlər.
Sonra Naxçıvan Muxtar Respublikasının təhsil naziri ümumtəhsil məktəblərini xüsusi nailiyyətlərlə bitirən məzunlara qızıl və gümüş nişanları təqdim etdi, məzunlarla xatirə şəkli çəkildi.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg