• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1210
mod_vvisit_counterDünən5078
mod_vvisit_counterBu həftə10473
mod_vvisit_counterBu ay42805
mod_vvisit_counterÜmumi2510070

Tarix: 26 Apr., 2024

Naxçıvanda keçirilən elm bayramından – STEAMFEST-dən təəssüratlar

Azərbaycanın qədim və ayrılmaz  hissəsi olan "Şərqin qapısı" Naxçıvan  neçə - neçə mötəbər beynəlxalq bilik, elm, musiqi, idman yarışları və festivalların keçirildiyi məkana çevrilib. Bu dəfə  ecazkar diyarımızın ev sahibliyi etdiyi festival digərlərindən tamamilə fərqli idi. 11 iyun tarixində “Naxçıvanqala Tarix Memarlıq Muzey Kompleksi” qapılarını gənc ixtiraçılara, gələcəyin peşəkar mütəxəssislərinə açdı.
İçəri daxil olarkən gözlərimiz önündə açılan nəhəng panorama “STEAMFEST” yazısı və müasir texnologiya ilə təmin olunmuş bir-birindən rəngarəng stendlər hər kəsi, sözün əsl mənasında, heyran edirdi. Aparıcıların “Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Naxçıvanda ilk dəfə keçirilən “STEAM Təhsil” Festivalında hər birinizi salamlayır və festivala xoş gəlmisiniz deyirik” sədaları iştirakçıları və qonaqları daha da ruhlandıraraq festivalın möhtəşəm keçəcəyindən xəbər verirdi.
Naxçıvanda STEAM-in icrasına 2021-ci il 7 iyun tarixində “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında” imzalanan Sərəncamla başlanıldı. Qısa zamanda 106 təhsil müəssisəsində STEAM  kabinəsi yaradıldı, hazırda da 4-cü layihə olaraq əlavə 50 ümumtəhsil məktəbində  kabinələrin, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində “STEAM Təlim-Tədris Mərkəzi”nin yaradılması istiqamətində işlər davam etdirilir.
Bu yola böyük həvəs və ümidlə çıxan Naxçıvan STEAM-çiləri muxtar respublikada STEAM-in tətbiqi və gələcəyin peşəkar gənclərinin yetişməsi üçün var gücləri ilə çalışaraq inamlarını tez bir zamanda gerçəkləşdirdilər. Bu möhtəşəm bacarıqların təqdim olunduğu və izdihamın yaşandığı festival onların zəhmətlərinin bəhrəsidir. Festivalda elm və tərəqqini özündə əks etdirən, müasir çağırışlara cavab verən müxtəlif kateqoriyalar üzrə məktəbli və tələbələrin təqdim etdiyi bu layihələri  görmək hər birimizi çox sevindirdi.
Şagirdlərin üzündə təbəssümü görməmək mümkün deyildi. Çünki onlar neçə müddətdir ki, bu günü həvəslə gözləyirdilər. Və nəhayət istəkləri reallığa çevrildi. Onlar yüksək zəkaları və istedadları sayəsində hazırladıqları layihələri nümayiş etdirdilər. Hər kateqoriya üzrə hazırlanan stendlərə yaxınlaşan qonaqlara çox böyük maraqla və motivasiya ilə layihələrini təqdim etdilər.
İştirakçı qismində çıxış edən şagirdlərdən Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Kənan Rzayev söhbət zamanı vurğuladı: “Düşünürəm ki, bu festivalda iştirak etmək bizim gələcək karyeramıza da müsbət təsir göstərəcək. Növbəti illərdə nailiyyətlərimizi daha da artıracağımıza ümidvaram. Festival çox yüksək səviyyədə təşkil olunub. Belə festivalların hər il keçirilməsini arzu edirəm”.
Əlbəttə, şagirdlər tərəfindən səslənən bu cür fikirlər keçirilən festivalın şagirdlərin potensiallarını ortaya qoyması və öz bacarıqlarının nümayiş etdirilməsi baxımından çox əhəmiyyətli olduğunu göstərir.
Şagirdlərin bilik və elmi təxəyyüllərinin məhsulu kimi festivalda sərgilənən bir-birindən maraqlı layihələr, özünəməxsusluğu, yeniliyi ilə seçilirdi. 2019-2020-ci tədris ilindən ölkəmizdə tətbiqinə başlanılan STEAM təhsil metodu muxtar respublika şagirdləri tərəfindən qısa müddətdə mənimsənilərək istedadlı gənclərin   məharətlərinin üzə çıxarılmasına xidmət etdi. Əslində, bu festival Naxçıvan STEAM-çiləri üçün bir elm bayramıdır. Sözün həqiqi mənasında, əsl bayram əhvali-ruhiyyəli festivalda təşkil edilən musiqi nömrələri, ifalar və rəqslərin hər kəsin simasında xoş ovqat yaratdığının şahidi olduq.
Müasir təhsilin innovativ və yaradıcı gənclərini bir araya gətirən “Steam Təhsil” festivalı yerli və digər ölkələrdən gələn qonaqların da diqqətini cəlb etdi. Hər kəsi öz layihələri ilə tanış edən şagird və tələbələr hazırladıqları modellər və layihələr barədə məlumatları  həvəslə bölüşürdülər.
Festivalda hər kateqoriyadan olan iştirakçıların layihələri ilə də tanış olmaq imkanımız oldu. Şərur rayon İbadulla kənd tam orta məktəbinin VI sinif şagirdi Fidan Abdullayeva bizimlə söhbətində  qeyd etdi: “Festivalda digər şagirdlərin layihələri ilə də tanış oduq. Bu festivalda biz komanda işinin necə həyata keçirildiyini öyrəndik. Özümüzə çoxlu dostlar tapdıq. Layihələrlə bağlı bir-birimizdən xeyli şeylər öyrəndik”.
Bəli, güclü olmağın sirri birlikdə olmaq, komanda olaraq bərabər çalışmaqdadır. Və bu gün də bu festivalda Naxçıvan STEAM-çiləri birgə çalışaraq bunu bir daha sübut etdilər.
Festivalda şagird və tələbələrlə yanaşı valideynlərin də sevincini görməmək mümkün deyildi. Hətta valideynlər arasında “Festival övladlarımızın nə qədər ağıllı, savadlı, güclü və yaradıcı olacağını göstərən bir  imkandır. Bu şəraiti yaradanlara minnətdarlığımızı bildiririk” söhbətlərinin də qulaq şahidi olduq.
Yaşadığı dövrə uyğun ixtira etmək, biliklərini artırmağa, daha çox araşdırma aparmağa sövq edən bu layihə çərçivəsində şagirdlər müasir təhsilin qarşıya qoyduğu əsas hədəflərə tərəf uğurla addımlayırlar. Gənclərin layihələrini uğurla təqdim etməsi, qonaqlar tərəfindən maraqla izlənməsi və qiymətləndirilməsi onların ölkəmizin gələcəyini təmin edəcək yüksək hazırlıqlı, əmək bazarında  yer tuta biləcək kadrlar kimi formalaşmasına bir daha inam yaratdı.
Qürur hissi ilə deyə bilərik ki, muxtar respublikada da təhsilin inkişafı ən yüksək səviyyədədir. Təhsilin inkişafına göstərilən qayğı, yaradılan şərait təhsildə yeni təlim metodlarının tətbiqinə geniş imkanlar açıb. Gələcəyin peşəkar mütəxəssisinə çevrilmək və sərhədsiz imkanlara malik olmaq istəyən hər kəs yolunu STEAM təhsildən başlatmalıdır. Bu festival STEAM təhsil metodunun muxtar respublikamızda uğurla tətbiq olunduğunu bir daha sübut etdi.
Doğma diyarımız qürurverici bir tarixi məqama bir daha şahidlik etdi. Çünki günümüzdə belə bir festivalın keçirilməsi muxtar respublikamızda olan inkişafın, təhsilə göstərilən diqqət və qayğının bir nümunəsidir. Ulu öndərin dediyi kimi: “Hər bir millətin, hər bir ölkənin gələcəyi gənclərdir. Biz gənclərimizi nə qədər yüksək təhsilli etsək, onların müəyyən ixtisaslara mükəmməl yiyələnməsinə şərait yarada bilsək, müstəqil Azərbaycanın gələcəyi və demək, müstəqil Azərbaycanın iqtisadiyyatının inkişafı, elminin inkişafı, təhsilinin inkişafı, insanların rifah halı o qədər də yaxşı olacaqdır”.
Tarixi və mədəni simasını, milli ruhunu özündə qoruyub saxlayan “Naxçıvanqala Tarix Memarlıq Muzey Kompleksi”nin ilk dəfə ev sahibliyi etdiyi möhtəşəm “STEAM Təhsil” festivalı Naxçıvan təhsil tarixinin yaddaşlardan silinməyəcək ilk imzası oldu.

Günel Mustafabəyli
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin Televiziya və Radio Verilişləri Redaksiyasının redaktoru


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg