• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün428
mod_vvisit_counterDünən5078
mod_vvisit_counterBu həftə9691
mod_vvisit_counterBu ay42023
mod_vvisit_counterÜmumi2509288

Tarix: 26 Apr., 2024

Gözdən əlil uşaqlar üçün Xüsusi İbtidai Məktəbdə və Ordubad şəhər tam orta internat məktəbində “1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş tədbirlər keçirilib

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin nəzdində gözdən əlil uşaqlar üçün Xüsusi İbtidai Məktəbdə keçirilən tədbirdə təhsil nazirinin müavini Heyran Əhmədova bildirmişdi ki, bu gün muxtar respublikada dövlətimiz tərəfindən digər uşaqlar kimi fiziki imkanı məhdud uşaqların da təhsili diqqət mərkəzində saxlanılır. Bu məqsədlə muxtar respublikada    Gözdən Əlillər üçün Xüsusi İbtidai Məktəb, Distant Tədris Mərkəzi, əmək terapiyası, audio və elektron kitabxana xidmətləri yaradılmış, nitq problemləri olan uşaqlar üçün defektoloji bölmə fəaliyyətə başlamış, təhsilin təşkili ilə əlaqədar görmə qabiliyyəti məhdud uşaqlar üçün brayl kurslar təşkil edilmişdir. Qeyd olunub ki, yaradılan şəraitin nəticəsidir ki, fiziki, psixi, intellektual və digər xüsusiyyətlərindən asılı olmayaraq həmin kateqoriyadan olan uşaqların öz həm yaşıdları ilə bərabər təhsilə cəlbinin davamlılığı təmin edilmişdir. Heyran Əhmədova “1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə bağlı şagirdləri təbrik edib, onlara hədiyyələr təqdim olunub. “1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə bağlı Ordubad şəhər tam orta internat məktəbində keçirilən tədbirdə  Ordubad Rayon Təhsil Şöbəsinin müdiri Samir Zeynalov və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının baş məsləhətçisi Sahil Əlizadə   uşaqları təbrik edib, onlara  göstərilən dövlət qayğısında danışıblar. Qeyd edilib ki, muxtar respublikamızda bütün qəbildən olan uşaqlar hər cür dövlət qayğısı ilə əhatə olunur, onların sağlam böyümələri, biliklərə  yiyələnmələri, intellektual inkişafı, milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər gənc kimi formalaşması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Diqqətə çatdırılıb ki, asudə vaxtlarının səmərəli  keçirilməsi məqsədilə uşaqlar dərnəklərə, idman klublarına cəlb olunur, tarix-memarlıq abidələrinə, muzeylərə, istirahət guşələrinə ekskursiyaları təşkil olunur.
Tədbirdə uşaqlara hədiyyələr təqdim olunub.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg