• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün426
mod_vvisit_counterDünən5078
mod_vvisit_counterBu həftə9689
mod_vvisit_counterBu ay42021
mod_vvisit_counterÜmumi2509286

Tarix: 26 Apr., 2024

Səfəvilərin tarixi Şərur döyüşü

 

V əsrdə Səfəvi təriqətinə Şeyx Cüneyd və Şeyx Heydər başçılıq etmişdir. Onlar uğurlu yürüşlər ilə öz mövqelərini gücləndirmişdilər. Lakin hər ikisiAzərbaycanın hakim qüvvələri olan Ağqoyunlu və Şirvanşahlar tərəfindən məğlub edilib öldürülmüşdülər. Eyni aqibəti Şeyx Heydərin böyük oğlu Sultanəli də yaşamışdı. Bu hadisələrdən sonra Şeyx Heydərin digər oğlu, gələcəkdə adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdıracaq 13 yaşlı İsmayıl qızılbaşların başına keçdi. Gənc İsmayılın iki əsas məqsədi var idi. Bunlardan biri düşmənlər tərəfindən xaincəsinə öldürülmüş atasının, qardaşının və babasının qisasını almaq, ikincisi isə Səfəvilərin başında durduğu Ərdəbil şeyxliyini böyüdüb dövlətə çevirmək idi. Bunları həyata keçirmək üçün öncə İsmayıl ətrafına güclü ordu yığmalı idi. Bunun üçün o, 1499-cu ildə Lahicandan Ərdəbilə, burada möhkəmlənə bilməyərək Ərzincana doğru hərəkət etdi. Yol boyunca onun tərəfdarlarının sayı dayanmadan artırdı. 1500-cü ildə Ərzincanda qızılbaşların müşavirəsi oldu və qərara alındı ki, ilk zərbəni Şirvanşahlara endirsinlər. Bunun səbəbi o idi ki, əgər İsmayıl öncə Ağqoyunlular üzərinə hücum etsə idi, Səfəvilər Əlvənd, Murad və Fərrux Yasarın qüvvələri arasında qalacaqdı. Beləliklə, Səfəvilər öncə Şirvanşahlar üzərinə yürüş etməyi qərara aldı. 1500-cü ilin sonunda, Gülüstan qalası yaxınlığında, Cabanı adlı yerdə İsmayılla Şirvanşah arasında döyüş başlandı. Qızılbaş qoşununun sağ cinahında şamlı, solunda isə ustaclı tayfalarının döyüşçüləri mövqe tutmuşdular. İsmayıl özü isə mərkəzdə idi: təkəli, rumlu və zülqədər tayfaları gözətçi dəstələri (çərxçiyan) təyin edilmişdilər. Bu döyüşdə hələ 14 yaşı tamam olmamışİsmayılın döyüş meydanında göstərdiyişəxsi igidlik onun gələcəkdə qüdrətli bir hökmdar olacağından xəbər verirdi. Bir müddət sonra Səfəvilər Bakı qalasını mühasirəyə aldı və çətinliklə olsa da, oranı tuta bildilər. Səfəvilərin sonrakı hədəfi Gülüstan qalası oldu. Onların məhz bu qalanı tutmaq istəməsinin səbəbi o idi ki, orada Səfəvilərə başağrısı ola biləcək xeyli sayda Şirvan qoşunu varidi və Səfəvilər buranı tutmadan başqa istiqamətə yürüş etsə idi, Şirvan yenidən müstəqilliyini bərpa edə bilərdi. Gülüstan qalası yaxşı müdafiə olunan möhkəm qala idi. Buranı tutmaq Səfəvilər üçün çətin olacaqdı. Onlar qalanı mühasirəyə aldı və gözlənilən kimi mühasirə uzun çəkdi, qalanı tam tuta bilmədilər. Qalanın ələ keçirilməsinin yaxınlaşdığı bir vaxtda Səfəvilər mühasirəni yarımçıq qoyub cənuba doğru irəlilədilər. Buna əsas səbəb kimi, İsmayılın Əlvəndin 30 minlik qoşunla Şirvana yürüşə başlamasından xəbər tutması idi. Əgər İsmayıl Əlvəndi məğlub etsə idi, o, Azərbaycanı birləşdirmək uğrunda ən böyük rəqibinə qalib gəlmiş olacaqdı. İsmayıl təcili qaydada mühasirəni dayandırıb, Əlvənd Mirzənin ordusunu Şirvana buraxmamaq üçün tədbirlər gördü və onun olduğu Naxçıvana doğru hərəkət etdi. Kür çayını keçmək niyyəti baş tutmayan Əlvənd Mirzə İsmayıla məktub göndərib, Şirvana qayıtmağı və həmin vilayəti idarə etməklə kifayətlənməyi tələb etsə də, rədd cavabı aldı. Belə olduqda, o, Naxçıvandan çıxıb şimal-qərbə doğru getdi və Şərur düzündə dayanaraq qəti döyüşə hazırlaşmağa başladı. Bu zaman Gülüstandan gələn qızılbaşlar Naxçıvana çatdı,Ağqoyunlu qoşunlarının burada olmadıqlarını görüb onlar da qərbə doğru irəlilədilər. Tez bir zamanda Ağqoyunlu düşərgəsinin yaxınlığına yetişərək orada yerləşdilər. Həsən bəy Rumlu səfəvi qüvvələrin 7000-i keçmədiyi məlumatını verirdi. Qızılbaş ordusunun sol cinahında Xadim bəy Xülafə, Məhəmməd bəy Ustaclı və Bayram bəy Qaramanlı, sağ cinahında isə Qaraca İlyas Bayburtlu, Piri bəy Qacar, Əli bəy Rumlu və digərləri mövqe tutmuşdu. Mərkəzə isə İsmayıl özü başçılıq edirdi.Ağqoyunlu ordusunun təqribi sayı isə bəzi mənbələrdə 10 min, bəzilərində isə 30 minə yaxın göstərilmişdir.Ağqoyunlu qüvvələrinin sağ cinahına Məmməd bəy və Qulabu bəy, sol cinahına isə Qaraca Mahmud və Xəlil bəy başçılıq edirdi. Mərkəzdə isə Əlvənd Mirzə özü yer tutmuşdu. LakinAğqoyunlu qoşununun sayca üstün olmasına baxmayaraq, Əlvənd Mirzənin qələbəyə ümidi az idi. Bu haqda İsgəndər bəy Münşi yazır ki, İsmayılın şücaəti və qorxmazlığı, həmçinin ölümü əbədi həyat bilən qızılbaşların fədakarlığıAğqoyunluları bərk qorxuya salmışdı. Elə bu səbəbdən də Əlvənd Mirzə ordusunun döyüş meydanından qaçmasının qarşısını almaq üçün dəvələri ordu sırasının arxasına düzməyi və zəncirləməyi əmr etmişdi. O, ordusunun çoxluğuna güvənərək hücum əmri verdi. Döyüş 1501-ci ilin avqust ayında başladı. Səfəvi cinahı aypara şəklində açılaraq Ağqoyunluları ox atəşinə tutdu. Ağqoyunlular böyük itkilər verərkən İsmayıl Mirzənin əmri ilə mərkəz cinahda hücuma keçdi. Döyüş zamanı İsmayıl Mirzə başda Kərçiqay bəy olmaqla bir çox rəqibini qılıncdan keçirərək öz sərkərdəlik məharətini və şəxsi hünərini göstərdi. Qızılbaşların ardıcıl ümumi hücumu zamanı Ağqoyunlulardan Lətif bəy, Sidi Qazi bəy, Musa bəy, Qaraca Mahmud bəy öldürüldü. Vəziyyətin getdikcə Səfəvilərin xeyrinə dəyişdiyini görən Əlvənd Mirzə ordusuna geri çəkilmə əmri verdi. Bir tərəfdən zəncirlənmiş dəvələr, digər tərəfdən isə Səfəvi qüvvələri arasında qalan Ağqoyunlu ordusu darmadağın edildi. Döyüş Səfəvilərin qalibiyyəti ilə nəticələndi. Əlvənd Mirzə canını qurtararaq Ərzincana (bəzi mənbələrdə Diyarbəkirə) qaçdı. İsmayıl bu döyüşdən sonra Təbrizə daxil oldu və hakimiyyətini elan etdi. Səfəvilərin bu döyüşdə qələbə çalmasının əsas səbəblərindən biri yerli əhalinin Ağqoyunlulara rəğbət bəsləməməsi, əksinə, qızılbaşlara heç bir müqavimət göstərməyərək açıqcasına onların tərəfinə keçməsi idi. Deməli, Səfəvilərin burada uğur qazanmasında Naxçıvan əhalisinin də rolu olmuşdur. Digər tərəfdən isə yerli əhali hələ ilk vaxtlardan qızılbaşların hakimiyyətinə üstünlük vermişdir. Tarixçi-alim Rauf Məmmədov mənbələrə istinadən göstərmişdir ki, Naxçıvan bölgəsinin Səfəvi idarəçiliyinə daxil edilməsi qızılbaşların qüvvəsini müəyyən qədər möhkəmləndirmişdir. Bu qələbə gənc İsmayıla Naxçıvan və Qarabağ bölgələri ilə birlikdə bütün CənubiAzərbaycanı və indiki Ermənistan Respublikasının şimalını qazandırdı. Yəni həmin vaxtAğqoyunlu dövlətinin Əlvənd Mirzənin hakimiyyəti altında olan əraziləri tutuldu. Bəs bu döyüşün Naxçıvan ərazisində olmasını kim seçmişdi? Və yaxud döyüş Naxçıvan Muxtar Respublikasının hansı ərazisində baş vermişdi? Tarixçi-alim Mehman Süleymanovun apardığı tədqiqatlara əsasən Şərur düzünün döyüş meydanıseçilməsi Əlvənd Mirzənin təşəbbüsü idi. Buna görə də Əlvənd öz qoşunu iləTəbrizdən Naxçıvana gəlmiş və elə döyüşü burada keçirtmək istəmişdi. Lakin sonradan fikrini dəyişmişdi. Çünki Naxçıvan və ətrafı böyük qoşunun fəaliyyəti üçün yararlı deyildi. Bir tərəfdənAraz çayı, digər tərəfdən dağlıq ərazi 30 minlik qoşunun hərəkətinə mane ola bilərdi. Buna görə də Əlvənd qərbə, yəni Çuxursədə doğru hərəkət etdi. O, Şərur düzünə çatanda buranın döyüş üçün əlverişli olduğunu görüb məhz burada düşərgə salmağı qərara aldı. Şərur düzünün hansı ərazidə yerləşməsinə gəldikdə isə bu düzənlik Vəlidağ-Dəhnə yüksəkliyindən Qarabağlar-Qıvraq tirəsinədək uzanaraq Arazboyu düzənliyin böyük bir hissəsini tutur. Dəniz səviyyəsindən 780-850 metr mütləq yüksəklikdə yerləşməklə Araz çayı boyunca 14 kilometr enində və 30 kilometr uzunluqda olan bir ərazidə uzanır. Dağətəyi maili düzənlik olan Şərur düzənliyi cənub-şərqə doğru Qaraçoban, Tənənəm və Qarabağlar-Qıvraq kimi daha kiçik maili düzənliklərə bölünür. Döyüş üçün məhz Naxçıvanın seçilməsi ilə bağlı digər məşhur bir iddiaya görə, İsmayıl Mirzə Gülüstan qalasının mühasirəsində olarkən ona xəbər gəldi ki, Əlvənd böyük bir qoşunla Kür çayı tərəfə gəlir. Bunu öyrənən İsmayıl Mirzə əmr etdi ki, Səfəvi qoşunu tez bir zamanda Kürün cənubuna keçərək Əlvəndin üzərinə hücum etsin. Lakin Səfəvilərin kəşfiyyatçısı Məhəmməd Xəlilin yolladığı çapar xəbər verdi ki, Əlvənd Naxçıvanda düşərgə salıb. Bunu eşidən İsmayıl Naxçıvana doğru irəliləməyə başladı. Yolüstü Əlvəndin göndərdiyi Osman bəy Mosullunu məğlub edərək özünü Ağqoyunluların düşərgəsinə çatdırdı. Səfəvilərin tarixi Şərur döyüşü Mayın 18-də Mədəniyyət və Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində Beynəlxalq Muzeylər Günü və “Tariximizi qoruyaq və yaşadaq” aksiyasının yekunu ilə bağlı tədbir keçirilmişdir. Tədbiri Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini Həsən Kərimov açaraq qeyd etmişdir ki, YUNESKO-nun Beynəlxalq Muzeylər Şurasının 1977-ci ildə qəbul etdiyi qərara əsasən 18 may bütün dünyada “Beynəlxalq Muzeylər Günü” kimi qeyd edilir. Vurğulanmışdır ki, Naxçıvan Muxtar Respublikasında muzeylərin fəaliyyətinin canlandırılması, yeni muzeylərin yaradılması sahəsində mühüm işlər görülür, bu mədəniyyət ocaqları muzeyşünaslığın yeni nailiyyətlərinə əsaslanaraq yaradılır, Azərbaycan tarixinin yeni uğurlu səhifələri muzey ekspozisiyalarında əksini tapır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə muzeylərimiz müasir tələblərsəviyyəsində yenidən qurulmuş, bu sahədə mühüm tədbirlər həyata keçirilmişdir. Bildirilmişdir ki, muxtar respublikada muzey fondlarının yeni eksponatlarla zənginləşdirilməsi daim diqqət mərkəzində saxlanılır. Bu prosesdə muzeylərin əməkdaşları ilə yanaşı, muxtar respublika vətəndaşları, xüsusilə ümumtəhsil məktəblərinin müəllim və şagirdləri yaxından iştirak edirlər. Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini Heyran Əhmədova qeyd etmişdir ki, şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, onlara tariximizin öyrədilməsi ilə bağlı müxtəlifsəpkili tədbirlər həyata keçirilir. Bu tədbirlərdən biri də 2019-cu ildən ümumtəhsil məktəblərində keçirilən “Tariximizi qoruyaq və yaşadaq!” aksiyasıdır. Bu il də davam etdirilən aksiya çərçivəsində müəllim və şagirdlərimiz tərəfindən qədim maddi mədəniyyət nümunələri, o cümlədən şəxsi kolleksiyalarda toplanmış tarixi və bədii əhəmiyyət daşıyan 225 eksponat toxuculuq məmulatları, məişət əşyaları, təsərrüfat alətləri, daş əmək alətləri, pul nümunələri və digər məmulatlar toplanaraq bir araya gətirilib. Çıxış edənlər muxtar respublikada muzey işinin inkişafına, muzeylərin fəaliyyətinə göstərilən böyük diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova muxtar respublikanın mədəniyyət ictimaiyyəti adından minnətdarlıqlarını bildirmişlər. Digər çıxışlardan sonra “Tariximizi qoruyaq və yaşadaq!” devizi altında keçirilən aksiyada fəal iştirak edənlər mükafatlandırılmış, hədiyyə olunan eksponatlardan ibarət sərgiyə və muzeyin ekspozisiyasına baxış keçirilmiş, toplanmış eksponatlar Təhsil Nazirliyi tərəfindən Mədəniyyət Nazirliyinə hədiyyə edilmişdir. Xəbərlər şöbəsi Beynəlxalq Muzeylər Günü münasibətilə tədbir keçirilib Beləliklə, Azərbaycanın dövlətçilik tarixində mühüm əhəmiyyət kəsb edən Azərbaycan Səfəvilər dövlətinin qurulmasına aparan yol məhz qədim Azərbaycan torpağı olan Naxçıvandan keçmişdir. Fikrimizcə, bu hər zaman olduğu kimi, bəhs edilən dövrdə də Naxçıvanın Azərbaycanın dövlətçilik tarixində mühüm mövqeyə sahib olduğundan xəbər verir.
Məhəmməd Allahverdiyev, Elnar Əhmədlii Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbin X sinif şagirdləri, “Sabahın tədqiqatçıları – 2022” layihəsinin iştirakçıları elmi rəhbər: ilhami ƏLiyev AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim və orta əsrlər tarixi şöbəsinin müdiri


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg