• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün517
mod_vvisit_counterDünən1386
mod_vvisit_counterBu həftə11166
mod_vvisit_counterBu ay43498
mod_vvisit_counterÜmumi2510763

Tarix: 27 Apr., 2024

“Tariximizi qoruyaq və yaşadaq” aksiyasında məktəblilər 225 eksponat toplayıb

Ümumtəhsil müəssisələrində “Tariximizi qoruyaq və yaşadaq” devizi altında keçirilmiş aksiyada toplanan eksponatlar Mədəniyyət Nazirliyinə təqdim edilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası mədəniyyət  nazirinin müavini Həsən Kərimov bildirib ki, müstəqillik illərində Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə olduğu kimi, mədəniyyətin və incəsənətin inkişafında əldə edilən uğurların əsasında ulu öndər Heydər Əliyevin təməlini qoyduğu inkişaf və tərəqqi strategiyası dayanmışdır. Bu illər ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən mədəni irsimizin qorunması, yeni muzeylərin yaradılması, onların maddi-texniki bazasının möhkəmləndirilməsi, xalq yaradıcılığının inkişaf etdirilməsi, tarixi abidələrin mühafizəsi və bərpası, görkəmli şəxsiyyətlərimizin xatirəsinin əbədiləşdirilməsi və yubileylərinin qeyd olunması sahəsində çoxsaylı fərman və sərəncamlar imzalanmışdır. Təkcə onu qeyd etmək kifayətdir ki, əgər 1997-ci ilədək Naxçıvan Muxtar Respublikasında 13 muzey vardısa, bu gün Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində 30 muzey və muzeytipli müəssisə fəaliyyət göstərir. Muxtar respublikanın muzeylərində xalqımızın tarixini, həyat tərzini, adət-ənənələrini özündə əks etdirən 140 mindən çox maddi-mədəniyyət nümunəsi mühafizə olunaraq qorunub saxlanılır. Muxtar respublikanın muzeylərinə ötən il 2 min 863, bu ilin 4 ayında isə 617 yeni eksponat daxil olmuşdur.
Vurğulanmışdır ki, muxtar respublikada muzey fondlarının zənginləşdirilməsi daim diqqət mərkəzində saxlanılır. Bu prosesdə muzeylərin əməkdaşları və muxtar respublika vətəndaşları, xüsusilə ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivləri yaxından iştirak edirlər.
Qeyd olunub ki, Təhsil Nazirliyi tərəfindən yeni eksponatların muzeylərə hədiyyə edilməsi   zəngin mədəni irsimizin yaşadılması və gələcək nəsillərə çatdırılmasına xidmət edir.
Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini Heyran Əhmədova bildirib ki, muxtar respublikanın ümumtəhsil məktəblərində yaradılan müasir təhsil şəraitinin nəticəsidir ki, Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı mövzuların tədrisi prosesində Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi və muzeylərlə canlı bağlantılar yaradılır,  şagirdlərə muxtar respublikamızın qədim tarixi, dövlətçilik ənənələri, milli-mənəvi dəyərləri öyrədilir. Bu da şagirdləri qədimliyi saxlanılmaqla müasirləşən Naxçıvanımız haqqında daha da dolğun məlumat toplamağa, eyni zamanda onları tariximizi, mədəniyyətimizi, adət-ənənələrimizi araşdırmağa sövq edir.
Heyran Əhmədova vurğulayıb ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən təhsil müəssisələrində şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, tariximizin öyrənilməsi ilə bağlı müxtəlif səpkili tədbirlər həyata keçirilir. Bu tədbirlərdən biri də 2019-cu ildən ümumtəhsil məktəblərində keçirilən “Tariximizi qoruyaq və yaşadaq” devizi altında aksiyadır. Aksiyanı keçirməkdə əsas məqsəd tariximizin öyrənilməsi ilə yanaşı onun qorunması və yaşadılması istiqamətində müəllim və şagirdləri fəal iştirakçıya çevirmək, onlara qədim maddi mədəniyyət nümunələrini toplayaraq muzeylərin zənginləşdirilməsi işinin vətəndaşlıq borcu olduğunu aşılamaqdır. Bu ildə davam etdirilən aksiya çərçivəsində müəllim və şagirdlərimiz tərəfindən qədim maddi mədəniyyət nümunələri, o cümlədən şəxsi kolleksiyalarda toplanmış tarixi və bədii əhəmiyyət daşıyan 225 eksponat- toxuculuq məmulatları, məişət əşyaları, təsərrüfat alətləri, daş əmək alətləri, pul nümunələri və digər məmulatlar toplanaraq bir araya gətirilmişdir.
Heyran Əhmədova aksiyanın 2021-2022-ci tədris ilində də davam etdiriləcəyini, ümumtəhsil məktəblərində maddi-mədəni irsimizin qorunması baxımından əhəmiyyətli tədbirlərin müntəzəm olaraq keçiriləcəyini bildirmişdir.
Tədbirdə“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin direktoru Rəhim Rəhimov aksiyanın əhəmiyyətindən danışıb, Şərur rayon Kosacan kənd tam orta məktəbinin müəllimi Təhminə Şəfiyeva və Naxçıvan şəhər 6 nömrəli tam orta məktəbin      VII sinif şagirdi Səadət Tarverdiyeva, belə aksiyaların onlarda böyük maraq doğurduğunu, asudə vaxtlarında axtarışda olaraq eksponatların toplanmasında həvəslə iştirak etdiklərini diqqətə çatdırıblar.
Tədbirdə “Tariximizi qoruyaq və yaşadaq” devizi altında keçirilmiş aksiyada fəal iştirak müəllim və şagirdlərə  təşəkkürnamələr verilmişdir.
Tədbirin sonunda toplanmış eksponatlardan ibarət sərgiyə baxış olub. Qədim maddi-mədəniyyət nümunələri, o cümlədən şəxsi kollegiyalarda toplanmış tarixi və bədii əhəmiyyət daşıyan toxuculuq məmulatları, məişət əşyaları, təsərrüfat alətləri, daş əmək alətləri pul nümunələri və digər tarixi əhəmiyyət daşıyan məmulatlar Təhsil Nazirliyi tərəfindən Mədəniyyət Nazirliyinə hədiyyə edilmişdir.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg