• 1 6.jpg
  • 1.jpg
  • 3 li mekteb.jpg
  • 003.jpg
  • 5 nom9.jpg
  • 005.jpg
  • 20.jpg
  • 22.jpg
  • 24.jpg
  • 25.jpg
  • 26.jpg
  • 27.jpg
  • 28.jpg
  • 111.jpg
  • 112.jpg
  • 112u.jpg
  • 152.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 603.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün917
mod_vvisit_counterDünən1222
mod_vvisit_counterBu həftə10060
mod_vvisit_counterBu ay41522
mod_vvisit_counterÜmumi1234295

Tarix: 25 İyun, 2022

Ümumtəhsil məktəblərində pedaqoji təcrübədə olacaq tələbələrlə görüş keçirilmişdir

Naxçıvan Müəllimlər İnstitutunda 2018-2019-cu tədris ilinin  birinci yarısında əyani təhsil formasının IV kurs tələbələrinin ikinci pedaqoji təcrübəsinə  həsr olunmuş başlanğıc konfransı keçirilib.

 

 

 

 

 

 

 

 

 

“Təhsildə sosial psixoloji xidmət” və “Təsviri incəsənət müəllimliyi” ixtisasları tələbələrinin iştirak etdiyi tədbirdə  Naxçıvan Müəllimlər İnstitutunun  rektoru  Elbrus İsayev bildirib ki, ali məktəbin 48 tələbəsi  Naxçıvan şəhərindəki təhsil müəssisələrinə 8 həftəlik pedaqoji  təcrübəyə göndərilir. Bu dəfəki pedaqoji təcrübələr  Naxçıvan şəhərindəki 8, 10, 11 və 14 nömrəli məktəblərdə keçiriləcək. Konfransda iştirak edən Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov qeyd edib ki, 2018-ci ilin  birinci yarım ili ərzində Naxçıvan Dövlət Universitetindən 678, Naxçıvan Universitetindən 112 və Naxçıvan Müəllimlər İnstitutundan 149 olmaqla  ümumilikdə 939 III və IV kurs tələbəsi ümumtəhsil məktəblərində pedaqoji təcrübə keçib.  Naxçıvan şəhər ümumtəhsil məktəbləri ilə yanaşı  Babək rayonunun Şıxmahmud və Kərimbəyli kənd tam orta məktəblərində  də tələbələrin  pedaqoji təcrübə keçmələri təmin olunub.

 

Pedaqoji təcrübə müddətində  tələbələrə müasir yanaşma formaları, müəllim, şagird, valideyn əlaqələrinin yaradılması, şagirdlərlə psixoloji işin aparılması, ümumilikdə təhsil sahəsində mövcud olan yeniliklərin çatdırılması həyata keçiriləcək.

Tədbirdə pedaqoji təcrübənin  təşkili və  keçirilməsi, təcrübə zamanı pedaqoqun və psixoloqun vəzifələri barədə tədbir iştirakçılarına məlumat verilib.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg