
Muxtar respublikanın bütün ümumtəhsil məktəblərində təşkil olunan sınaq imtahanının sualları Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin İmtahan Mərkəzi tərəfindən hazırlanaraq, çap olunub.
Sualların cavablandırılması üçün şagirdlərə 180 dəqiqə vaxt ayrılıb.
İmtahanın nəticələri 1 həftə ərzində elan olunacaq. Şagirdlər keçirilən sınaq imtahanın nəticələrini iş nömrəsini Naxtel nömrəsindən 7070-ə göndərməklə öyrənə bilərlər.