• 1 6.jpg
  • 1.jpg
  • 3 li mekteb.jpg
  • 003.jpg
  • 5 nom9.jpg
  • 005.jpg
  • 20.jpg
  • 22.jpg
  • 24.jpg
  • 25.jpg
  • 26.jpg
  • 27.jpg
  • 28.jpg
  • 111.jpg
  • 112.jpg
  • 112u.jpg
  • 152.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 603.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün663
mod_vvisit_counterDünən2349
mod_vvisit_counterBu həftə5150
mod_vvisit_counterBu ay37331
mod_vvisit_counterÜmumi1182819

Tarix: 25 May, 2022

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə interaktiv dərs keçirilib

Muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün interaktiv dərs olub. AMEA-nın Naxçıvan Bölməsində baş tutan dərs 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunub.

Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan MəmmədovXX əsrin 80-90-cı illərində ölkədə mövcud olan vəziyyətdən bəhs edərək həmrəyliyimizə gedən yolun tarixi haqqında ətraflı məlumat verib. Hələ Azərbaycanda hakimiyyətinin birinci dövründə ümummilli lider Heydər Əliyev tərəfindən xalqın birliyinə yönəlik məqsədyönlü tədbirlərin görüldüyünü diqqətə çatdıraraq bildirib ki, 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunması dahi rəhbərin xalqımız üçün qəbul etdiyi mühüm tarixi addımlardan biridir.

Tədqiqatçı milli birliyimizin möhkəmləndirilməsi istiqamətində görülən ardıcıl işləri məktəblilərin diqqətinə çatdırıb. Qeyd olunub ki, dünya azərbaycanlılarının birlik və həmrəyliyini təcəssüm etdirən dörd qurultayın keçirilməsi dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız üçün ən əlamətdar hadisə olmuşdur.

2020-ci ilin sentyabr ayında başlayan haqq savaşımızda dünya azərbaycanlılarının “Dəmir yumruq”altında birləşdiyini söyləyən alim bildirib ki, bu zəfər ordumuzun, dövlətimizin hərb və siyasət meydanında qələbəsi olmaqla yanaşı, həm də azərbaycançılıq ideologiyasından qidalanan xalq həmrəyliyinin haqq zəfəri idi.Bu birliyin ideya mərkəzində isə milli məfkurə, azərbaycançılıq ideologiyası dayanır.

Bəzi statistik məlumatları şagirdlərin diqqətinə çatdıran Elxan Məmmədov artıq dünyanın əksər ölkələrində diaspor təşkilatlarının uğurla fəaliyyət göstərdiyini söyləyib. Qeyd olunub ki, bu uğur qısa zaman kəsiyində həyata keçirilən məqsədyönlü fəaliyyətin nəticəsidir.O, ulu öndər Heydər Əliyev və ölkə başçısı cənab İlham Əliyevin həmrəyliyimizlə bağlı fikirlərindən sitatlar gətirib. Vurğulayıb ki, vətənimizin, xalqımızın gələcəyini düşünmək onu müdafiə etmək hər bir azərbaycanlının ən müqəddəs vəzifəsidir. Bu məqsədlə hər bir məktəbli onlara öyrədilən biliklərə, xüsusilə tarixi gerçəkliklərə dərindən yiyələnməli, gələcəkdə harada olmasından asılı olmayaraq öz vətəndaşlıq missiyasını yerinə yetirilməli, milli ideyaları təbliğ etməyi bacarmalıdır.

İnteraktiv dərs muxtar respublikanın 200-ə yaxın ümumtəhsil məktəbinin şagirdləri tərəfindən dinlənilib.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg