• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün439
mod_vvisit_counterDünən5078
mod_vvisit_counterBu həftə9702
mod_vvisit_counterBu ay42034
mod_vvisit_counterÜmumi2509299

Tarix: 26 Apr., 2024

Naxçıvan şəhər Əkbər Ağayev adına 8 nömrəli tam orta məktəbdə “Bərabər imkanlar, yaradıcı inkişaf” – “İnkişafa dəstək Dərnəyi"nin yaradılması, onlayn inklüziv təlimlərin təşkili" adlı layihəsinin açılış tədbiri keçirilmişdir

13 oktyabr 2021-ci il tarixdə Naxçıvan şəhər Əkbər Ağayev adına 8 nömrəli tam orta məktəbdə Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsində fərdi kateqoriya üzrə qalib olan məktəbin direktoru Günay Novruzovanın  “Bərabər imkanlar, yaradıcı inkişaf” – “İnkişafa dəstək  Dərnəyi"nin yaradılması, onlayn inklüziv təlimlərin təşkili" adlı layihəsinin açılış tədbiri keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Günay Novruzova qonaqları salamladıqdan sonra çıxış üçün sözü Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri Baba Əliyevə verdi. Şöbə müdiri dövlətin təhsilə və sağlamlıq imkanları məhdud şagirdlərə göstərdiyi diqqət və qayğıdan bəhs edərək layihənin işinə uğurlar arzuladı.

Layihə rəhbəri Günay Novruzova layihənin məqsədi və görüləcək işlər haqqında bəhs etmiş, o bildirmişdir ki, sağlamlıq imkanları məhdud, inklüziv təhsilli uşaqların təhsili, ümumi və yaradıcılıq inkişafı və cəmiyyətə inteqrasiyası müasir təhsilimizin başlıca vəzifələrindəndir. Belə ki, bu uşaqlar həm inkişaf etməli, həm də özünü cəmiyyətin bir üzvü kimi hiss etməlidirlər. Ümumiyyətlə, inklüziya bütün vətəndaşların, ilk növbədə, əlilliyi olan, o cümlədən müəyyən səbəblərdən fiziki və əqli inkişafında çətinlikləri olan insanların cəmiyyətdə iştirak səviyyəsinin artırılması, ictimai həyata aktiv qatılma prosesidir. Naxçıvan şəhər Ə.Ağayev adına 8 nömrəli tam orta məktəbdə  19 inklüziv uşaq ümumi təhsilə cəlb olunub. Bu uşaqlar proqrama uyğun adi uşaqlar kimi təhsil alsalar da onların özünəməxsus inkişaf problemləri də var. Belə ki, bu uşaqların tibbi-psixoloji saglamlığı və yaradıcılıqlarının inkişafı üçün xüsusi dərnəyə, bəzi texniki və əyani vəsaitlərə, elektron planşetlərə, böyük hərfli kitablar, intellektual-əyləncəli oyuncaqlar, leqo konstruktorlar, rəsm, animasiya, dizayn və s. ləvazimatlara ehtiyac vardır. Onların spesifik problemlərini nəzərə almaqla fərdi və yaradıcılıq qabiliyyətlərinin bərabər inkişafı üçün region məktəbləri üçün baza rolunu oynayacaq inklüziv təhsilli uşaqlar üçün “İnkişafa dəstək Dərnəyi”nin müxtəlif profilli fəaliyyətinə tələbat zəruridir. Təcrübə göstərir ki, bu proqram həyata keçirilərkən təkcə bir məktəbdə deyil, bir çox məktəblərdə bu uşaqlarla işləyən şəxslər də (valideynlərin və müəllimlərin) spesifik, əlavə bilik və bacarıqlara yiyələnməsinə ehtiyac vardır  inklüziv uşaqlarla işləyən müəllim və valideynlər üçün  təlimlər pandemiya qaydalarına uyğun, şəraitdən asılı olaraq canlı və onlayn həyata keçiriləcəkdir.

Sonra Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin qalibi Naxçıvan Şəhər Təhsil Şöbəsinin metodkabinet müdiri Gülxarə Tarverdiyevaya söz verildi. Gülxarə müəllimə ötən ilki təcrübəsini bölüşərək layihənin uğurlu olması üçün öz tövsiyələrini verdi.

Tədbirdə Naxçıvan Şəhər Təhsil Şöbəsinin baş məsləhətçisi, Naxçıvan Gənc Müəllimlər Assosasiyasının sədri, layihənin eksperti Gülxanım Orucova Layihənin icra planı, yerinə yetirilmə müddəti və qurulacaq əməkdaşlıqlar haqqında məlumat vermişdir. O bildirmişdir ki, layihə 01 oktyabr 2021-ci il tarixdən -30 yanvar 2022-ci il tarixləri əhatə edəcək. Layihə üzrə uşaqlarla təlim, yaradıcı-intellektual inkişaf, valideyn və müəllimlərlə təlim maarifləndirmə proqram və iş planları hazırlanacaq.Yaranacaq dərnək texniki avadanlıqla təchiz ediləcək  1 ədəd stolüstü kompüter və uşaqlar üçün elektron planşet, yaradıcı-intellektual əyani vəsaitlər, leqo, rəsm, dizayn ləvazimatlar, əyləncəli oyun və oyuncaqlar alınacaq. Naxçıvan şəhər Ə.Ağayev adına 8 nömrəli tam orta məktəbində inklüziv təhsilli uşaqlar üçün “İnkişafa dəstək Dərnəyi” yaradılacaq, dərnəkdə 20 uşaqla 4 qrupda sosial-pedaqoji, yaradıcı-intellektual təlim, praktik əyləncəli iş (leqo, rəsm, animasiya, dizayn) aparılacaq. Həmin məktəbdə uşaqların sağlamlığına yönəlik, praktik loqoped, defektoloq və psixoloji xidmət dəstəyi təşkil ediləcək. Bu məktəbdəki uşaqlarla işləyən hər qrupda 10 nəfər olmaqla iki qrupda 20 nəfər valideynlərlə inklüziv uşaqlarla davranış istiqamətində təlimlər keçiriləcək. Uşaqlarla işləyən, hər qrupda 10 nəfər olmaqla iki qrupda 20 nəfər müəllim üçün inklüziv təhsil və uşaqlarla iş istiqamətində təlimlər keçiriləcək. Naxçıvan şəhəri üzrə   10 ümumtəhsil məktəbinin hər birindən 2 müəllim və 2 valideyn olmaqla  40 nəfərə  təlimlər təşkil olunacaq. Sonda layihənin hesabatı hazırlanacaq və təqdim olunacaq.

Sonra İnklüziv təhsilin təşkili mövzusunda layihənin psixoloqu Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin müəllim-psixoloqu Ağabəyim Bağırova çıxış edərək layihə çərçivəsində şagirdlərə göstəriləcək xidmətlərdən bəhs etmişdir.

Sonda tədbir iştirakçılarından Naxçıvan şəhər 16 nömrəli tam orta məktəbin direktoru “Azərbaycan Respublikasının əməkdar müəllimi” Məlahət Rüstəmova və Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbin direktoru, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin qalibi Nazim Rəhimov çıxış edərək layihə haqqında fikirlər söyləmiş və təbrik bildirmişlər.

Tədbirdə Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşları,  ümumtəhsil məktəblərinin direktor və psixoloqları iştirak etmişdir.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg