• 1 6.jpg
  • 1.jpg
  • 3 li mekteb.jpg
  • 003.jpg
  • 5 nom9.jpg
  • 005.jpg
  • 20.jpg
  • 22.jpg
  • 24.jpg
  • 25.jpg
  • 26.jpg
  • 27.jpg
  • 28.jpg
  • 111.jpg
  • 112.jpg
  • 112u.jpg
  • 152.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 603.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün724
mod_vvisit_counterDünən1293
mod_vvisit_counterBu həftə6319
mod_vvisit_counterBu ay16020
mod_vvisit_counterÜmumi835639

Tarix: 16 Okt., 2021

Tarixi həqiqətlərədən bəhs edən növbəti dərs maraqla qarşılanıb

AMEA-nın Naxçıvan Bölməsində muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün keçilən növbəti interaktiv dərs Qars müqaviləsinin imzalanmasının 100 illiyinə həsr olunub.

Bölmənin sədri, akademik İsmayıl Hacıyev dərsdə ötən əsrin əvvəllərində Cənubi Qafqazda mövcud olan ağır siyasi vəziyyət, xarici qüvvələrin Naxçıvanla bağlı planları, Moskva və Qars müqavilələrinin imzalanmasını labüd edən səbəblərdən bəhs edib. Alim 1918-1920-ci illərdə erməni daşnaklarının Naxçıvanı Azərbaycandan qoparmaq üçün izlədikləri qeyri-leqal siyasi xətt, törədilən qırğınlar haqqında ətraflı məlumat verib. Naxçıvan əhalisinin daşnaklara qarşı inadlı müqaviməti, Behbud ağa Şahtaxtinskinin fəaliyyətinin Naxçıvan dövrü, Türkiyənin bu məsələdəki dəstəyi və rolu, zəruriləşən muxtariyyət məsələsi dərsin aparıcı xəttini təşkil edib.

Akademik şagirdlərə 1921-ci ildə Naxçıvanda keçirilən referendumun muxtariyyət statusunun qazanılmasındakı, Moskva və Qars müqavilələrində Naxçıvanla bağlı müddəanın qeyd olunmasındakı əhəmiyyətini izah edib, onlara tarixi Qars konfransı haqqında məlumat verib. Konfransda Türkiyə heyətinin dayanıqlı mövqeyindən, Rusiyanın müzakirə olunan əraziləri özünə birləşdirməkniyyətlərindənsöz açıb.O, aparılan müzakirə və mübahisələrin ardından imzalanan Qars müqaviləsinin mühüm əhəmiyyəti, sazişlə təsbit edilən ərazilər, eləcə də ermənilərin, ermənipərəst qüvvələrin fiaskoya uğrayan siyasətindən bəhs edərək bildirib ki, Qars müqaviləsinin V maddəsi və III əlavəsi Naxçıvanın ərazi mənsubiyyəti məsələsini təsdiqləmiş, onun sərhədlərini qəti şəkildə müəyyənləşdirmişdir.

“Müddətsiz imzalanmış müqavilə ilə Ermənistan Naxçıvanı Azərbaycan ərazisi kimi tanıdı, Naxçıvan vilayətinin Azərbaycanın himayəsinə verildiyini və Azərbaycanın müdafiəsini qəbul etdiyini təsdiqlədi”, - deyən alim Qars müqaviləsini Türk diplomatiyasının mühüm qələbəsi adlandırıb.

Azərbaycan xalqının ümummilli lideri Heydər ƏliyevinNaxçıvanın muxtariyyət əldə etməsində Moskva və Qars müqavilələrinə böyük əhəmiyyət verdiyi qeyd edən bölmə rəhbəridahi liderdən və böyük sərkərdə Mustafa Kamal Atatürkdən sitatlar gətirib.Qars müqaviləsinin 100 illiyi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı 8 fevral 2021-ci il tarixli Sərəncam və təsdiq olunan Tədbirlər Planının tarixi keçmişimizə mühüm diqqət olduğunu söyləyib.

Qeyd edək ki, dərsdə gənc nəslin tarixi gerçəkliklərə daha dərindən yiyələnməsi, onların milli vətənpərvərlik ruhunda tərbiyəsi məsələsi əsas amil olmuş, bu qayə uğurla həyata keçirilmişdir.  Akademik İsmayıl Hacıyev sonda diqqətə çatdırıb ki,hər bir gənc tarixi həqiqətləri dərindən öyrənməli,əsl vətənpərvər kimi yetişməyi həyatının əsas amalı kimi müəyyənləşdirməlidir, çünki bu günün savadlı məktəblisi Azərbaycanın sabahkı inkişafının qarantıdır.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg