“Naxçıvan Muxtar Respublikasında ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və gümüş nişanla təltif olunması, ümumi və tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi Qaydası”nın təsdiq edilməsi barədə Qərar qəbul edilib. Qərara əsasən ümumtəhsil məktəbində təhsil aldığı müddətdə təhsildə xüsusi nəticələri ilə bərabər nümunəvi davranışı ilə fərqlənən tam orta təhsil səviyyəsinin məzunlarının namizədliyi tam orta təhsil haqqında fərqlənmə attestatının verilməsi və onların qızıl və ya gümüş nişanla təltif olunması, ümumi orta təhsil səviyyəsində isə nümunəvi davranışı ilə fərqlənənlərin namizədliyi ümumi təhsil haqqında fərqlənmə attestatının verilməsi üçün təqdim edilir.
Naxçıvan Muxtar Respublikası Təhsil və İqtisadiyyat nazirliklərinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki Mərkəzi bazarda yeni tədris ili ərəfəsində müəllim və şagirdlərin məktəbli ləvazimatlarına olan ehtiyaclarını daha asan, rahat və çevik şəkildə təmin etmək məqsədilə ənənəvi məktəbli yarmarkası təşkil olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən müəllimlərin işə qəbulu üçün 30 iyun 2020-ci il tarixdə elan edilmiş müsabiqənin test imtahanlarına start verilib.
Sədərək Rayonunun yaradılmasının 30 iliyi və Qardaş Türkiyənin Zəfər Bayramı münasibəti ilə Türkiyənin İzmir Şəhər Deha Satranç Spor Kulübü ilə Naxçıvan Muxtar Respublikasının Sədərək Rayon Uşaq-Gənclər Şahmat Məktəbinin şahmatçıları arasında yoldaşlıq görüşü keçiriləcək.