Sədərək Rayon Təhsil Şöbəsinin əhatə etdiyi ümumtəhsil məktəblərində “Mütaliə aylığı”na həsr olunmuş “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan “Kitabi-Dədə Qorqud” dastanının müzakirəsi keçirilmişdir. Müzakirələrdə çıxış edənlər vuğlayıblar ki, “Kitabi-Dədə Qorqud” dastanından günümüzə gəlib çatan bir müqəddimə və on iki boy böyük oğuznamə mədəniyyətini əks etdirən ensiklopedik səciyyəli çoxlaylı, çoxqatlı nadir bir ədəbi-tarixi qaynaqdır. Kökləri mifoloji dünyagörüşünə gedib çıxan Dədə Qorqud dastanları b.e. XI yüzilliyində “Kitabi-Dədəm Qorqud” adı altında yazıya alınmış, əlimizdə olan nüsxələr isə XVI əsrdə üzü köçürülmüş əlyazmalarıdır.
Kəngərli Rayon Təhsil Şöbəsi və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Akademik Zərifə Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbində rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında “Xəmsə” Milli İntellektual Oyunu keçirilib.
“Mütaliə aylığı” çərçivəsində Naxçıvan Qarnizonu tam orta məktəbinin kitabxanasında Azərbaycan dili və ədəbiyyatı müəllimləri və V sinif şagirdlərinin iştirakı ilə Güney Azərbaycanın yazıçısı Səməd Behrənginin “Balaca qara balıq” kitabının müzakirəsi keçirilib.
“Mütaliə aylığı” çərçivəsində aprelin 20-də Naxçıvan Muxtar Respublika Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə “Azərbaycanın görkəmli ədibləri” mövzusunda növbəti interaktiv dərs keçirilib. Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinin bələdçisi tərəfindən aparılan dərsi muxtar respublikanın 200-dən çox məktəbinin şagirdləri izləyib.
Şagirdlər özlərinin imtahana buraxılış vərəqəsini çap edə bilərlər. Təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər.