Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin “Mütaliə aylığıˮnın keçirilməsi ilə bağlı Tədbirlər Planına uyğun olaraq Sədərək rayon Təhsil Şöbəsinin əhatə etdiyi ümumtəhsil məktəblərində Moris Meterlinkin “Göy quş” əsərinin müzakirəsi və esse yazı büsabiqəsi keçirilib.
Keçirilən müzakirələrdə Təhsil Şöbəsinin əməkdaşları, ümumtəhsil məktəblərinin Azərbaycan dili və ədəbiyyatı müəllimləri olmaqla ümumilikdə 75 şagird iştirak edib.
Ordubad Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində “Mütaliə aylığı” ilə əlaqədar “Birlikdə mütaliə edək” adlı tədbir keçirilib. Tədbirdə oxunması zəruri olan kitablardan Qurban Səidin “Əli və Nino” əsərinin mütaliəsi və müzakirəsi aparılıb.
Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbin idman zalında dostluq və idman əlaqələrinin gücləndirilməsi məqsədilə Naxçıvan şəhər ümumtəhsil məktəblərində yaradılan idman klublarının qız komandaları arasında voleybol üzrə yoldaşlıq görüşü keçirilib. Çıxış edənlər görüşün keçirilmə məqsədi haqqında danışıb və komandalara uğurlar arzulayıb. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Uşaq-Gənclər İdman Məktəbinin birgə təşkil etdiyi görüşdə Naxçıvan şəhər 5 və 15 nömrəli tam orta məktəbin komandaları iştirak edib. Yoldaşlıq görüşünün yekununa əsasən 15 nömrəli tam orta məktəbin komandası 3:0 hesabı ilə qalib gəlib. Sonda hər iki komandaya təşkilatçıların diplom və fəxri fərmanları təqdim edilib.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Kəngərli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə aprelin 28-dəgörkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Kəngərli rayon Akademik Zərifə Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbində tədbir keçirilib.Əvvəlcə tədbir iştirakçıları görkəmli akademikin məktəbin foyesindəki büstü önünə gül dəstələri qoyub, alimin həyat və fəaliyyətini əks etdirən muzeylə yaxından tanış olublar.
İmtahanlar saat 11:00-da başlanacaq.