• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün244
mod_vvisit_counterDünən2214
mod_vvisit_counterBu həftə13107
mod_vvisit_counterBu ay45439
mod_vvisit_counterÜmumi2512704

Tarix: 28 Apr., 2024

Fənn olimpiadasının şəhər və rayon mərhələsi keçirilib

IX-XI sinif şagirdləri arasında məktəblilərin muxtar respublika fənn olimpiadasının şəhər və rayon mərhələsi olub. Olimpiadada 629 şagird iştirak edib.

Şagirdlər Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya,  informatika, tarix və coğrafiya fənləri üzrə biliklərini sınayıblar. Onlara hər fənn üzrə 20-30 sual təqdim olunub və  cavablandırmaq üçün şagirdlərə 3 saat vaxt verilib. Şəhər və rayon mərhələsinin nəticələrinə əsasən, hər fənn üzrə hər sinifdən ən yüksək bal toplayan 3 şagird  muxtar respublika mərhələsinin yekun turuna vəsiqə qazanacaq.

Ardını oxu...

Dövlət ümumtəhsil müəssisələrində vakant vəzifələrə işə qəbul üçün test imtahanları keçirilir

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən muxtar respublikanın dövlət ümumtəhsil müəssisələrində psixoloq, laborant, kitabxana müdiri, kitabxanaçı, tərbiyəçi və uşaq birliyi təşkilatının rəhbəri vəzifələrinə işə qəbul üçün 4 sentyabr 2019-cu il tarixdə elan edilmiş müsabiqənin test imtahanlarına başlanılıb. Müsabiqəyə çıxarılan 148 vakant vəzifənin tutulması üçün 225 namizəd sənəd təqdim edib. Test imtahanında iştirakçılara 80 sual təqdim olunub, sualları cavablandırmaq üçün 120 dəqiqə vaxt verilib.

Ardını oxu...

“Ümumtəhsil məktəblərində kitabxana işinin təşkili” mövzusunda seminar keçirilib

Təhsil müəssisələrində kitabxanaların fəaliyyətinin gücləndirilməsi, yaradılan əlverişli şəraitdən səmərəli istifadənin təşkili, şagirdlərdə mütaliə mədəniyyətinin formalaşdırılması məqsədilə 31 oktyabr 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və Kəngərli Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Xok kənd tam orta məktəbində ümumtəhsil məktəblərində kitabxana işinin təşkilinə həsr edilmiş seminar keçirilib. Məktəb kitabxanaçılarının, tərbiyə işləri üzrə direktor müavinlərinin və uşaq birliyi təşkilat rəhbərlərinin iştirakı ilə keçirilən seminarı giriş sözü ilə Kəngərli Rayon Təhsil Şöbəsinin müdiri Emin Məmmədxanlı açaraq muxtar respublikamızda təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.

Ardını oxu...

“Naxçıvan tarixi” dərsliyi muxtar respublikanın 95 illiyinə dəyərli töhfədir

 

Naxçıvan Dövlət Texniki Kollecində Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin təşkilatçılığı ilə muxtar respublikanın ümumtəhsil məktəblərinin 7-ci siniflərində dərsdənkənar məşğələ üçün tədrisi nəzərdə tutulan “Naxçıvan tarixi” dərsliyinin təqdimat mərasimi keçirilib. Təhsil naziri Rəhman Məmmədov tədbirdəki çıxışında bildirib ki, qədim diyarımızın tarixi ilə əlaqədar müstəqillik illərinədək aparılan tədqiqatlarda keçmiş sovet ideologiyasına xas olan prinsiplər əsas götürülmüş, Naxçıvanın tarixi düzgün yazılmamış, elmdə boşluq yaranmışdı. Müstəqillik illərində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində qədim diyarımızın tarixinin öyrənilməsi istiqamətində mühüm işlər görülüb.

Ardını oxu...


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg