AMEA Naxçıvan Bölməsinin yaradılmasının 20 illiyi qeyd olunub

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin yaradılmasından 20 il ötür. Bu münasibətlə tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət edib, abidə önünə gül dəstəsi düzüb, ulu öndərin xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Heydər Əliyev Muzeyini ziyarət edən kollektiv ümummilli liderimizin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlarla tanış olub. 
Daha sonra bölmənin 20 illik fəaliyyətini əks etdirən sərgiyə baxış olub.
Tədbir rəsmi hissə ilə davam edib.

Ardını oxu...

Qəbul imtahanında I ixtisas qrupu üzrə 400 bal toplayaraq muxtar respublika birincisi olan Şərur şəhər 2 nömrəli tam orta məktəbin şagirdi Nərmin Vəliyeva ilə görüş keçirilib

Şərur şəhər  2 nömrəli tam orta məktəbin şagirdi Nərmin Vəliyeva qəbul imtahanında  I ixtisas qrupu üzrə 400 bal toplayaraq muxtar respublika birincisi olub. Bu münasibətlə Nərmin Vəliyeva ilə təhsil aldığı  məktəbdə görüş keçirilib. Görüşdə məktəbin pedaqoji kollektivi ilə yanaşı, Nərminin Vəliyevanın valideynləri də iştirak edib.

Tədbirdə Naxçıvan Muxtar Respubikasının təhsil naziri Rəhman Məmmədov bildirib ki, bu gün dövlətimiz tərəfindən ümumtəhsil məktəblərinin maddi-tədris bazası ildən–ilə  möhkəmləndirilir, şagirdlərin yüksək təhsil alması, istedad və bacarıqlarının inkişaf etdirilməsi üçün ən ucqar kəndlərdə belə müasir məktəb binaları inşa olunaraq məktəblilərin ixtiyarına verilir.

Ardını oxu...

Bədii Gimnastika bölməsinin məşqçi-müəllimlərinə sertifikatlar təqdim olunub

Avqustun 4-də Atletika Federasiyasının Bədii Gimnastika bölməsinin məşqçi- müəllimləri üçün Azərbaycan Gimnastika Federasiyasının məşqçi-müəllimləri tərəfindən keçirilən kursu uğurla başa  vuran  müəllimlərə Atletika Federasiyası tərəfindən sertifikatlar verilib.
Bu münasibətlə keçirilən tədbirdə Atletika Federasiyasının sədri Rəhman Məmmədov  çıxış edərək bildirib ki, bu gün muxtar respublikada uşaq,yeniyetmə və gənclərin sağlam həyat tərzinə istiqamətləndirilməsi, fiziki və mənəvi hazırlığının yüksəldilməsi, idmana marağının artırılması, asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzində saxlanılır. Federasiyanın sədri bildirib ki, hazırda federasiyanın tərkibində  bədii gimnastika bölməsi  fəaliyyət göstərir.

Ardını oxu...

Fənn Müsabiqələri və Olimpiadaların qalibləri mükafatlandırılıb

Avqustun 4-də Respublika Fənn Olimpiadalarının, Lütfi Zadə adına Məntiq Olimpiadasının və  Respublika Fənn Müsabiqələrinin qalibi olan məktəblilərə medal və sertifikatlar təqdim olunub.
Naxçıvan Dövlət Texniki Kollecində keçirilən tədbirdə olimpiadanın qalibləri ilə yanaşı şagirdlərin valideynləri də iştirak edib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının  təhsil naziri Rəhman Məmmədov olimpiada və müsabiqə  qaliblərini təbrik edərək bildirib ki, əldə olunan uğurlu nəticə muxtar respublikada  təhsilə göstərilən  dövlət qayğısının, yaradılan müasir tədris şəraitinin nəticəsidir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində kollegiya iclası keçirilib

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında qarşıya qoyulan vəzifələrə və yarım ilin yekunlarına həsr olunan kollegiya iclası keçirilib.
Kollegiya iclasında  təhsil naziri Rəhman     Məmmədov bildirib ki, 2022-ci ilin birinci yarısında muxtar respublikada bütün sahələrdə əldə olunan uğurlar,  təhsildə də nailiyyətlərin qazanılmasına səbəb olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində təhsil müəssisələrinin maddi-tədris bazasının möhkəmləndirilməsi sahəsində işlər 2022-ci  ildə də davam etdirilmiş, ötən müddət ərzində Şərur rayonunun Çərçiboğan kənd tam orta məktəbinin yeni binası istifadəyə verilmiş, məktəbin maddi-tədris bazası gücləndirilmişdir. Qeyd olunmuşdur ki, hazırda Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyin, Naxçıvan şəhərində  STEAM Təlim-Tədris Mərkəzinin, Naxçıvan şəhər 8 nömrəli körpələr evi-uşaq bağçasının,  Şərur rayonunun  Alışar, Həmzəli,  Vərməziyar, Babək rayonunun  Sirab, Vayxır, Nehrəm qəsəbə 3 nömrəli,  Ordubad rayonunun  Pəzməri, Xanağa, Unus, Azadkənd, Kələki kənd tam orta məktəblərinin, Babək və Şahbuz  rayonlarında  məktəbdənkənar tərbiyə müəssisələrinin binalarında tikinti işləri davam etdirilir.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg