Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başlanır. Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, bu il ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu iki mərhələdə (V ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək istəyən abituriyentlər üçün bir mərhələdə) olmaqla internet vasitəsilə aparılacaq.
Ardını oxu...
|
Martın 6-sı saat 17:00-dan etibarən 2022-2023-cü tədris ili üzrə IX sinif şagirdlərinin yerdəyişməsi dayandırılacaq. Qeyd edək ki, fevralın 21-dən 2022-2023-cü tədris ilinin II yarımili üzrə şagirdlərin yerdəyişməsi prosesi aktivləşdirilib. Yerdəyişmə prosesi sy.edu.az portalı üzərindən həyata keçirilir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Qrant Müsabiqəsində qalib olan Culfa rayon Əlincə kənd tam orta məktəbin müəllimi Səma Həsənlinin “Gənc mühasib şagirdlər” layihəsinin bağlanış tədbiri keçirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi Aparatının baş məsləhətçisi Sahil Əlizadə, bildirib ki, XXI əsr insanına lazım olan bacarıqlardan biri də məhz maliyyə savadlılığıdır. Bu istiqanətdə aparılan təlimlər şagirdlərin gələcək fəaliyyətində gəlir və xərc, investisya, büdcədən düzgün istifadə kimi bir sıra əhəmiyyətli bacarıqların formalaşdırılmasına təkan verəcəkdir.
Ardını oxu... Fevralın 26-da Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin kollektivi Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar Naxçıvan şəhərinin Dövlət Bayrağı Meydanındakı Xatirə Kompleksini ziyarət edib, abidə önünə güllər qoyub, Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad ediblər. Fevralın 25-də Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə Respublika məktəblilərinin fənn olimpiadasının yarımfinal turu keçirilib. Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərinin VIII-XI siniflərindən 240 şagirdin iştirak etdiyi bu bilik yarışında şagirdlər Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, tarix və coğrafiya olmaqla 7 fənn üzrə öz bilik və bacarıqlarını nümayiş etdiriblər. Şagirdlərə hər fənn üzrə qapalı test formasında hazırlanan 30 sual təqdim olunub. Həmin test tapşırıqlarını cavablandırmaq üçün şagirdlərə üç saat vaxt ayrılıb. Fənn olimpiadalarının keçirilməsində əsas məqsəd şagirdlərdə biliklərə marağı artırmaq və özünə inam hisslərini gücləndirmək, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənənləri aşkar etmək, şagirdlərin ixtisas və peşə seçiminə hazırlanmasına dəstək olmaqdır. Qeyd edək ki, ötən il də keçirilən Respublika fənn olimpiadasında muxtar respublika şagirdlərindən 28-i qalib olub. |
|