Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində “Oxunması zəruri olan kitablar”ın siyahısına daxil olan M.T.Sidqinin “Məktəb hekayələri” əsərinin onlayn müzakirəsi keçirilib. Dərnək üzvlərinin iştirakı ilə keçirilən müzakirədə əsərin geniş müzakirəsi aparılmış, şagirdləri maraqlandıran suallar cavablandırılmışdır. Eyni zamanda Texniki Yaradıcılıq Mərkəzində şagirdlərin yay tətili müddətində asudə vaxtlarının səmərəli təşkili məqsədilə onlayn məşğələ keçirilmiş, məşğələdə ”Bacarıqlı əllər” dərnəyinin rəhbəri Nüranə İbrahimova milli dəyərlərimizdən sayılan qədim yel dəyirmanı, ondan istifadə qaydalarını dərnək üzvlərinə izah edərək müxtəlif materiallardan istifadə etməklə yel dəyirmanı modelinin hazırlanması qaydasını dərnək üzvlərinə göstərmişdir.
22 iyul 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə Naxçıvan Şahmat Məktəbində muxtar respublika ümumtəhsil məktəblərində şahmat fənnini tədris edən müəllimlərin praktik biliklərinin yoxlanılması məqsədilə sertifikasiya imtahanlarının ikinci mərhələsi keçirilib. Sertifikasiya imtahanının ikinci mərhələsində birinci mərhələdə uğur qazanmış 18 müəllim iştirak edib.
Vətəni sevmək və öz ömrünü, həyatını xalqa, xalqın xoşbəxt gələcəyinə fəda etmək olduqca şərəflidir.
21 iyul 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən Şəhər və Rayon Təhsil şöbələrinin əməkdaşları və muxtar respublika ümumtəhsil məktəblərinin direktorlarının iştirakı ilə pedaqoji fəaliyyətlə məşğul olan təhsilverənlərin sertifikasiyası ilə bağlı onlayn müşavirə keçirilib.
