• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün621
mod_vvisit_counterDünən1452
mod_vvisit_counterBu həftə7150
mod_vvisit_counterBu ay30979
mod_vvisit_counterÜmumi2498244

Tarix: 20 Apr., 2024

Heydər Əliyev adına tam orta məktəbdə 15 sentyabr- Bilik Günü ili ilə bağlı tədbir keçirilib

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov çıxışında “Heydər Əliyev ili” ndə yeni tədris ilinin Ümummilli Lider Heydər Əliyevin adını daşıyan məktəbin önündə qarşılamağın xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.  Ötən tədris ilinin muxtar respublika təhsili üçün uğurlu olduğunu qeyd edən İcra Hakimiyyətinin başçısı müəllim və şagirdlərə müvəffəqiyyətlər arzulayıb.
Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini, nazir vəzifələrinin müvəqqəti icra edən Ovni Muradov bildirib ki, bu gün muxtar respublikada  Ulu Öndərin müəllifi olduğu təhsil strategiyası  prezident cənab İlham Əliyev tərəfindən  uğurla həyata keçirilir. Ölkə başçısının müvafiq Sərəncamı ilə qəbul edilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”da digər sahələr kimin təhsilin bütün pillələrinin inkişafı üçün də prioritet istiqamətlər müəyyənləşdirilib. Dövlət Proqramının icrası muxtar respublikada təhsilin inkişafına öz töhfəsini verəcək.

Ardını oxu...

Pedaqoji profilli ixtisasları bitirən 136 gənc müəllim işlə təmin olunub

Müəllimlərin İşə Qəbulu üzrə keçirilən  imtahanlarda müvafiq keçid balını toplayaraq işə qəbul edilən gənc müəllimlərlə sentyabrın 14-də görüş keçirilib.
Naxçıvan Muxtar Respublikasının təhsil nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Ovni Muradov  tədbiri giriş sözü ilə açaraq ölkəmizdə, o cümlədən muxtar respublikada  təhsilə göstərilən dövlət qayğısından danışıb. Qeyd olunub  ki, bu gün muxtar respublikada  müəllim nüfuzunun artırılması, təhsil işçilərinin fəaliyyətinin stimullaşdırılması, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər  davamlı xarakter almış, öz fəaliyyəti ilə seçilən müəllimlərin əməyi yüksək qiymətləndirilmişdi. Bu günə qədər  400-dən çox müəllim Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının “Əməkdar müəllimi” fəxri adına layiq görülmüş, “Tərəqqi” medalı ilə təltif edilmişdir.

Ardını oxu...

Sosial qayğıya ehtiyacı olan uşaqlara məktəbli forması və dərs ləvazimatları verilib

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət uşaq siyasəti bu gün ölkəmizdə uğurla həyata keçirilir. Muxtar respublikada da bütün kateqoriyadan olan uşaqlara, o cümlədən sosial qayğıya ehtiyacı olan uşaqlara daim diqqət və qayğı göstərilir, onların sosial reabilitasiyası, təlim-tərbiyələri, asudə vaxtlarının təşkili, cəmiyyətə inteqrasiyası, təhsil hüquqlarının həyata keçirilməsi və intellektual səviyyələrinin yüksəldilməsi diqqət mərkəzində saxlanılır. Bu tədbirlərin davamı olaraq 14 sentyabr 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə   15 sentyabr- Bilik Günü mühasibətilə aztəminatlı, valideynlərini itirmiş, sağlamlıq imkanları məhdud uşaqlara məktəbli forması və dərs ləvazimatları verilib.
Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi Aparatının əməkdaşı Pənah Mehdiyev ölkəmizdə digər sahələr kimi təhsilə göstərilən xüsusi diqqət və qayğıdan danışıb.

Ardını oxu...

Şagirdlər dərslik, müəllimlər isə metodik vəsaitlərlə təmin olunublar

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən 2023-2024-cü tədris ili üçün hazırlıqla bağlı  həyata keçirilən tədbirlərdən biri də şagirdlərin dərsliklərlə vaxtında təminatıdır. Bunun üçün nazirlik tərəfindən ümumtəhsil məktəblərindəki dərsliklərin təhlili aparılmış, yeni dərsliklərə tələbat müəyyənləşdirilmiş, cari ilin aprel ayında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə  193 min 447 dərsliyin sifarişi verilmişdi. Avqust ayını əvvəllərindən başlayaraq sifariş verilən dərsliklərin  və müəllimlər üçün metodiki vəsaitlərin  muxtar respublikaya gətirilərək məktəblərə təhvil verilməsi təmin olunmuşdur.
Sentyabrın 13-dən isə  muxtar respublikanın bütün ümumtəhsil məktəblərində şagirdlərə dərsliklərin, müəllimlər üçün isə metodiki vəsaitlərin paylanılmasəna başlanılıb. Bu addım tədris ili başlananadək şagirdlərin bütün dərsliklərlə təmin edilməsinə və məzmunla tanış olmalarına imkan verəcəkdir. Müəllimlərə veriləcək metodik vəsaitlər isə onların tədris prosesini planlaşdırmalarına və metodik hazırlıq səviyyələrini artırmalarına yaxından köməklik edəcəkdir. Bu tədris ilində ümumtəhsil məktəblərinin  IV,VIII, XI siniflərində istifadə olunacaq  üçün bütün  dərsliklər və VI sinif “Təbiət” dərsliyi yeni nəşrlərdir.

Ardını oxu...


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg