• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1115
mod_vvisit_counterDünən1157
mod_vvisit_counterBu həftə5451
mod_vvisit_counterBu ay33829
mod_vvisit_counterÜmumi2464318

Tarix: 29 Mart, 2024

Bu gündən məktəbəhazırlıq qruplarında məşğələlərə başlanılıb

2023-2024-cü tədris ilində muxtar respublikanın ümumtəhsil məktəblərinə  ­­­­­2597 uşaq məktəbəhazırlıq qruplarına qəbul olunub və  bu gündən məşğələlərə başlanılıb. Bu qruplara qəbul üçün qeydiyyat mektebeqebul.edu.az elektron sistemi üzərindən həyata keçirilib. Dövlət ümumtəhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olmuş uşaqlar qəbul olunublar. Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi 11 avqustdan, tədris digər dillərdə aparılan bölmələr üzrə məktəb və müəllim seçimi isə 15 avqustan aktiv edilib. Muxtar respublikanın ümumtəhsil məktəblərinə 168 sinif kompleksində 2597 uşaq qeydiyyatdan keçib ki, onların 1449 oğlanlar  1148 isə qızlardır.

Ardını oxu...

Akademik Zərifə Əliyeva adına İrpen Humanitar Xarici dillər Liseyi ilə Kəngərli rayon Şahtaxtı kənd tam orta məktəbi arasında əməkdaşlıq müqaviləsi imzlanıb

Ukrayna Respublikasında yerləşən Akademik Zərifə Əliyeva adına İrpen Humanitar Xarici dillər Liseyinin direktoru Valentina Antonenko və İrpen şəhər Təhsil İdarəsinin əməkdaşı Oksana Zubenko  muxtar respublikada səfərdə olub. Ukraynalı qonaqlarla yanaşı Bakıda yerləşən Zərifə Əliyeva adına Liseyin direktor müavini Aynur Hüseynova və SOCAR-ın nümayəndəsi Vüsal Əhmədov da Kəngərli rayonunun Şahtaxtı kəndində akademik Zərifə Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbinə gəliblər. Qonaqlar əvvəlcə akademikin - məktəbin foyesində yerləşən büstünü ziyarət edib, qarşısına tər güllər düzüblər. Məktəbdə yerləşən alimin həyat və fəaliyyətini əks etdirən Xatirə Muzeyini ziyarət edəndən sonra siniflərlə tanış olub, tədris prosesini izləyiblər.

Ardını oxu...

Fuad Nəcəfli 27 Sentyabr-Anım Gününə həsr olunmuş dərsdə iştirak edib

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbdə 27 Sentyabr - Anım Gününə həsr olunan dərsdə iştirak edib. 9 A sinfinin şagirdləri Fuad Nəcəflinin 27 Sentyabr - Anım Günü ilə bağlı suallarını cavablandırıblar. 
Azərbaycanın dövlətçilik tarixindən və Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin hər iki dövründən söhbət açan səlahiyyətli nümayəndə bildirib ki, Sovet ittifaqında rəhbər vəzifələrdə çalışan Ümummilli Lider öz gərgin əməyi sayəsində Azərbaycan Respublikasını digər SSRİ respublikaları arasında önə çıxarıb, hər zaman Azərbaycan xalqını, onun maraq və mənafeyini bütün maraqlardan üstün tutub.

Ardını oxu...

Xatirə Muzeyi ilə muxtar respublikanın ümumtəhsil məktəbləri arasında 27 sentyabr- Anım Günü ilə bağlı interaktiv dərs keçirilib, ilk dərs saatları Anım Gününə həsr olunub

İnteraktiv dərsi Şahbuz şəhər 1 nömrəli tam orta məktəbinin tarix müəllimi Rauf Bağırov aparıb. Bildirilib ki,  27 sentyabr Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə Anım Günü kimi qeyd edilir. Bu təqvimin Azərbaycan tarixində çox mühüm əhəmiyyəti var. Məhz 2020-ci ilin bu günündə Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması üçün mübarizəyə qalxmış və 44 gün ərzində öz müqəddəs məqsədinə çataraq Vətənimizin ərazi bütövlüyünü təmin etmişdir.

Ardını oxu...


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg