• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün891
mod_vvisit_counterDünən699
mod_vvisit_counterBu həftə4070
mod_vvisit_counterBu ay32448
mod_vvisit_counterÜmumi2462937

Tarix: 28 Mart, 2024

Elxan Nəcəfov Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini təyin edilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini Anar İbrahimov oktyabrın 16-da Elxan  Tarqulu oğlu Nəcəfovun Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini təyin edilməsi haqqında Sərəncam imzalayıb.
Elxan Nəcəfov həm də Naxçıvan Muxtar Respublikasının təhsil nazirinin səlahiyyətlərini müvəqqəti icra edəcək.
Qeyd edək ki, 1982-ci ildə Babək rayonunun Nehrəm kəndində anadan olan Nəcəfov Elxan Tarqulu oğlu bu təyinatadək Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri vəzifəsində çalışıb. O, bu gün kollektivə təqdim edilib.

Naxçıvanın bir sıra təhsil işçilərinə "Əməkdar müəllim" fəxri adı verilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini Anar  İbrahimov oktyabrın 10-da “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamda deyilir:
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 30-cu maddəsini və 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:
Naxçıvan Muxtar Respublikasında təhsil sahəsində səmərəli fəaliyyətlərinə görə:
Babayeva Gülnar Həsən qızı
Cəfərova Ruhiyyə Orucəli qızı
Əliyev Zülfəli Novruzəli oğlu
Əliyeva Lamiə Səftər qızı
Əliyeva Vəsilə Tahir qızı
Həsənova Sara Məmməd qızı
Hüseynova Sənubər Cəbi qızı
Məmmədova Əfsanə Yaqub qızı
Məmmədova Rəxşəndə Mahmud qızı
Nəsirov Əsgər Vəli oğlu
Sadıqbəyli Turac Ağa qızı
Səyyadova Aynur Rəhim qızına – “Əməkdar müəllim” fəxri adı verilsin”.

Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində “5 Oktyabr-Beynəlxalq Müəllimlər Günü”nə həsr olunmuş tədbir keçirilib

Tədbirdə    Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli müəllimləri 5 oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib, onlara pedaqoji fəaliyyətlərində uğurlar arzulayıb.
Bildirib ki, Ulu Öndər  ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə müəllimə hörmət və ehtiramla yanaşıb, onların maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının  qayğısına qalıb.
Samir Seyidəhmədli qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də diqqət və qayğısı, təsdiq edilmiş strategiya və proqramların icrası nəticəsində ölkəmizdə təhsilin inkişafı sahəsində əhəmiyyətli nailiyyətlər əldə olunub.
Müəllim əməyinə verilən yüksək qiymətin nəticəsidir ki, muxtar respublikada da 400-dən çox müəllim Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi fəxri adlarına layiq görülüb, “Tərəqqi” medalı ilə təltif edilib.

Ardını oxu...

Naxçıvanda ilk dəfə Karyera Forumu keçirilib

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə keçirilən Forumda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli, Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Ceyhun Cəlilov, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev, Naxçıvan Muxtar Respublikasının Təhsil nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Ovni Muradov, Naxçıvan Muxtar Respublikasının gənclər və idman nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Məcid Seyidov, Naxçıvan Muxtar Respublikası rabitə və yeni texnologiyalar nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Rahid Ələkbərli, dövlət və özəl qurumların nümayəndələri, karyera məsləhətçiləri, yerli və xarici spikerlər, insan resursları mütəxəssisləri, təhsil ekspertləri və digər qonaqlar iştirak edib.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg