• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün8
mod_vvisit_counterDünən1452
mod_vvisit_counterBu həftə7161
mod_vvisit_counterBu ay30366
mod_vvisit_counterÜmumi2497631

Tarix: 20 Apr., 2024

Kəngərli rayonunda voleybol yarışına yekun vurulub

21-22 noyabr 2019-cu il tarixlərdə Kəngərli Rayon Təhsil Şöbəsinin və Uşaq-Gənclər İdman Məktəbinin  birgə təşkilatçılığı ilə Yurdçu kənd tam orta məktəbinin idman zalında Naxçıvan Muxtar Respublikasının 95 illiyi münasibətilə rayonun ümumtəhsil məktəblərinin VII-IX siniflərinin oğlanlardan və qızlardan ibarət komandaları arasında voleybol yarışı keçirilib.

Yarışı giriş sözü ilə açan Təhsil Şöbəsinin əməkdaşı Ələkbər  Ələkbərov bildirib ki, ölkəmizdə idman sahəsində həyata keçirilən tədbirlər Azərbaycanın ayrılmaz tərkib hissəsi olan muxtar respublikada da öz bəhrəsini verməkdədir.

Ardını oxu...

Naxçıvan Döyüş Şöhrəti Muzeyində novbəti açıq dərs keçirilib

Vətənpərvər vətəndaş tərbiyəsi ümumtəhsil məktəblərinin tədrisində ən vacib istiqamətlərindən biridir. Bu gün ümumtəhsil məktəblərində təkcə savadlı, intelektil gənclər deyil, həm də yüksək mənəviyyatlı, Azərbaycan xalqının milli dəyərlərinə sadiq, vətənpərvər gənclər yetişdirilməsi diqqətdə saxlanılır. Bu məqsədlə ümumtəhsil məktəblərində şagirdlərə vətənpərvərlik duyğusunu aşılamaq, onlarda vətənə, torpağa, orduya məhəbbət ruhunu daha da mğhkəmləndirmək istiqamətində tədbirlər keçirilir. Bu tədbirlərin davamı olaraq Naçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərində Açıq Səma Altında Naxçıvan Döyüş Şöhrəti Muzeyində “Şanlı Ordum” mövzusunda açıq dərs təşkil olunub.

Ardını oxu...

Yeni Azərbaycan Partiyası: Xalqa və dövlətə xidmət amalı

1992-ci il noyabrın 21-də ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasında yaradılan Yeni Azərbaycan Partiyası müstəqil dövlətçilik tariximizin əsasını qoymuşdur. Bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası dövlət müstəqilliyimizin möhkəmləndirilməsində, ictimai-siyasi sabitliyin, milli həmrəyliyin, güclü və sosialyönümlü iqtisadiyyatın formalaşmasında başlıca siyasi qüvvəyə çevrilmişdir. Ölkəmizdə, eləcə də muxtar respublikada aparılan genişmiqyaslı quruculuq işləri, iqtisadiyyatın inkişafı və əhalinin rifahının yaxşılaşdırılması Yeni Azərbaycan Partiyasının proqramında nəzərdə tutulan tədbirlərin uğurlu icrasının nəticəsidir.

Noyabrın 21-də - Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümündə Şahbuz rayonunun Türkeş kəndində yeni sosial obyektlər istifadəyə verilmişdir.

Ardını oxu...

Ümumdünya Uşaq Günü ilə əlaqədar tədbir keçirilmişdir

20 noyabr-Ümumdünya Uşaq Günü, Uşaq Hüquqları haqqında Bəyannamənin qəbul olunmasının 60 illiyi və Uşaq Hüquqları haqqında Konvensiyanın qəbul olunmasının 30 illiyi ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının Təhsil, Mədəniyyət nazirlikləri və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində tədbir keçirilmişdir. Əvvəlcə tədbirin aparıcıları bu günün tarixi haqqında qısaca olaraq məlumat verərək bildirmişlər ki, uşaqların rifahı naminə və onların hüquqlarının müdafiəsini təmin etmək məqsədilə 1959-cu il noyabrın 20-də Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi Uşaq Hüquqları Bəyannaməsini, 1989-cu il noyabr ayının 20-də 54 maddədən ibarət Uşaq Hüquqları Konvensiyasını qəbul etmişdir. Ona görə də noyabrın 20-si Ümumdünya Uşaq Günü kimi tarixə düşmüşdür. Bu gün dünyanın əksər ölkələrində, eləcə də ölkəmizdə xüsusi qeyd edilir.

Ardını oxu...


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg