• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün68
mod_vvisit_counterDünən997
mod_vvisit_counterBu həftə5769
mod_vvisit_counterBu ay28974
mod_vvisit_counterÜmumi2496239

Tarix: 19 Apr., 2024

Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbdə "Həmrəy olaq-bir olaq" adlı tədbir keçirildi

28 dekabr 2019-cu il tarixdə Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbdə Təhsil Şöbəsinin əməkdaşlarının iştirakı ilə “Həmrəy olaq-bir olaq” adlı tədbir keçirilmişdir. Tədbirdə məktəbin direktoru Sevda Cabbarova çıxış edərək qeyd etdi ki, 31 dekbar artıq 30 ildir ki, “Dünya Azərbaycanlılarının Həmrəliyi Günü” kimi qeyd olunur.

Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq prosesində mühüm rol oynayır.

Ardını oxu...

Sınaq test imtahan nəticələrinin müzakirəsi keçirildi


Sədərək Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Sədərək kənd 2 nömrəli tam orta məktəbində IV-VIII və IX-XI siniflərinin sinif müəllimləri ilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən sınaq test imtahan nəticələrinin  müzakirəsi keçirilmişdir. Müzakirə zamanı çıxış edən Sədərək Rayon Təhsil şöbəsinin müdiri Malik İsmayılov çıxış edərək bildirmişdir ki, keçirilən sınaq test imtahanları nəticəsinə əsasən məktəbin IV-VII-VIII-IX-X-XI sinifləri yaxşı nəticə göstərmiş. Amma V və VI siniflər zəif nəticə göstərmişdir. Bununla  əlaqədar olaraq məktəbin V-VI siniflərinin fənn müəllimlərinə xəbardarlıq elan edilmiş və tapşırılmışdır ki, həmin siniflərdə dərslərin tədrisi diqqətdə saxlanılsın, növbəti keçiriləcək test sınaq imtahanında şagirdlərin yüksək nəticə göstərmələri üçün mütəmadi olaraq şagirdlərlə çalışsınlar.

Ardını oxu...

Muzey günləri çərçivəsində Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiya təşkil olunub

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamına əsasən, muzeylərin ziyarət olunması tarixi irsimizin öyrənilməsi baxımından əhəmiyyətli və əlamətdar hadisədir. 28 dekabr 2019-cu il tarixdə Kəngərli Rayon Təhsil Şöbəsinin kollektivi Kəngərli rayonunda fəaliyyət göstərən Tarix-Diyarşünaslıq Muzeyini ziyarət edib. Muzeylə tanışlıq zamanı muzeyin bələdçisi Ülkər Əhmədova məlumat verib ki, Kəngərli rayonu 2004-cü ildə yaradılıb.

Ardını oxu...

Kəngərli rayonunun Böyükdüz kəndi inkişafın yeni mərhələsində

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan davamlı inkişaf dövrünü yaşayır. Həyata keçirilən uğurlu sosial-iqtisadi islahatlar və aparılan quruculuq işləri ölkəmizdəki sabitliyi, inkişafı və ən əsası dövlət-xalq birliyini möhkəmləndirir. İnsanların rifahına hesablanmış kompleks islahatlar Heydər Əliyev siyasi xəttinin bəhrəsi kimi xalqımızın həmrəyliyini daha da gücləndirir. Naxçıvan Muxtar Respublikasında da yaşayış məntəqələri müasir görkəmə qovuşub, insanların rahat yaşayışı təmin edilib.

Dekabrın 28-də - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində Kəngərli rayonunun Böyükdüz kəndində yeni sosial obyektlər istifadəyə verilib.

Ardını oxu...


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg