• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1471
mod_vvisit_counterDünən1157
mod_vvisit_counterBu həftə5807
mod_vvisit_counterBu ay34185
mod_vvisit_counterÜmumi2464674

Tarix: 29 Mart, 2024

Naxçıvan məktəblisinin layihəsi Moskvada uğur qazanıb

 

AMEA-nın Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində elmə marağı olan 50 şagird bölmə alimləri tərəfindən hamiliyə götürülərək fərdi və kollektiv şəkildə tədqiqatlara cəlb ediliblər. Bölmənin Təbii Ehtiyatlar İnstitutunun Hidrogeologiya və mineral sular laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Fizzə Məmmədovanın rəhbərliyi altında Naxçıvan Qızlar Liseyinin IX-cu sinif şagirdi Nuray Məmmədovanın “Naxçıvan Muxtar Respublikasının bəzi yeraltı sularının minerallığının təyini” adlı layihəsi Moskvada keçirilən Məktəblilərin VIII Beynəlxalq Elmi-tədqiqat və yaradıcılıq “Elmə start” müsabiqəsində yoxlamadan uğurla keçib. Layihənin “Mənim elmi işim” adlı 3 səhifəlik xülasəsi “Elmə start” müsabiqəsinin elektron ünvanında yerləşdirilib. (https://school-science.ru/8/20/42623)

Qeyd edək ki, müsabiqənin yekun tədbiri mart ayının 1-dən 3-dək Moskva şəhərində müsabiqə iştirakçıları və layihə rəhbərlərinin iştirakı ilə keçiriləcək, qaliblər diplomlarla mükafatlandırılacaq.

Eksternat qaydasında imtahan keçirilmişdir

Yanvarın 15-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi  tərəfindən eksternat qaydada aralıq imtahanı keçirilmişdir. İmtahanda müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil səviyyəsini başa vura bilməyən və həmin səviyyə üzrə buraxılış imtahanı verərək attestat almaq istəyən namizədlər iştirak etmişdir.

Sərbəst (eksternat) təhsilalma forması əsasında müstəqil hazırlaşıb ümumi orta və ya tam orta təhsil üzrə buraxılış imtahanlarında iştirak etmək istəyən şəxslərin 01 noyabr 2019-cu il tarixdən 10 yanvar 2020-ci il tarixədək Təhsil Nazirliyində sənəd qəbulu aparılmışdır. Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbdə keçirilən imtahanlarda ümumi orta təhsil bazasından 161, tam orta təhsil bazası üzrə isə 318 olmaqla, ümumilikdə 479 nəfər iştirak etmişdir.

Ardını oxu...

“Naxçıvan Muxtar Respublikası müstəqillik illərində” mövzusunda interaktiv açıq dərs keçirilib

AMEA-nın Naxçıvan Bölməsində muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün “Naxçıvan Muxtar Respublikası müstəqillik illərində (1995-2019-cu illər)” mövzusunda interaktiv açıq dərs keçirilib.

Bölmənin sədri, akademik İsmayıl Hacıyevin apardığı dərsdə şagirdlərə Naxçıvan Muxtar Respublikasında 1995-2019-cu illərdə geniş vüsət alan tikinti, quruculuq, abadlıq və digər sahələrdə aparılan işlər barədə ətraflı məlumat verilib.

Ardını oxu...

Şagirdlər üçün “İnkişaf edən Naxçıvan” filmi nümayiş olunub

Naxçıvanın tarixi və əldə etdiyi inkişafın şagirdlərə aşılanması məqsədilə hazırda ümumtəhsil məktəblərində dərsdənkənar məşğələ kimi “Naxçıvan tarixi” dərsi tədris olunur, bu sahədə müxtəlif səpkili tədbirlər həyata keçirilir. Növbəti belə tədbir yanvarın 14-də Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin hazırladığı “İnkişaf edən Naxçıvan” filminin nümayişi olmuşdur. Filmin nümayişində Naxçıvan şəhər ümumtəhsil məktəblərinin və məktəbdənkənar tərbiyə müəssisələrinin müəllim və şagird kollektivi iştirak etmişdir.

Ardını oxu...


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg