• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün222
mod_vvisit_counterDünən1452
mod_vvisit_counterBu həftə6751
mod_vvisit_counterBu ay30580
mod_vvisit_counterÜmumi2497845

Tarix: 20 Apr., 2024

“Nəzəri bilikləri təcrübi əsaslarla öyrənək” mövzusunda seminar keçirilib

16 yanvar 2020-ci il tarixdə Kəngərli Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Yurdçu kənd tam orta məktəbində kimya, fizika, biologiya fənn müəllimlərinin, eləcə də laborantların iştirakı ilə “Nəzəri bilikləri təcrübi əsaslarla öyrənək” mövzusunda seminar keçirilib.

Seminarın keçirilməsində əsas məqsəd kimya, fizika və biologiya fənlərinin tədrisi prosesində müasir təlim texnologiyalarından istifadə, dərsin planlaşdırılması, qiymətləndirmədə müxtəlif üsul və vasitələrdən istifadə zamanı müəllimlərin qarşılaşdıqları problemlərin həlli yollarının müəyyənləşdirilməsi və dərs prosesinin təşkilində yüksək nəticələrin əldə olunmasından ibarətdir.

Ardını oxu...

Şahmat üzrə növbəti interaktiv dərs keçirilmişdir

İntellektual idman növü kimi şahmatın inkişafına muxtar respublikamızda ciddi diqqət yetirilir. Bu məqsədlə şəhər və rayonlarda şahmat məktəbləri tikilərək istifadəyə verilib, həmin məktəblərin maddi-texniki bazası gücləndirilib. Eyni zamanda müasir informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunmuş şahmat məktəblərində  interaktiv dərslərin təşkili üçün hər cür şərait yaradılıb.

Ümumtəhsil məktəblərində şahmat dərslərinin tədrisi səviyyəsinin artırılması, uşaq-gənclər şahmat məktəblərinin fəaliyyətinin gücləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Təhsil Nazirliyi Şahmat Federasiyası ilə birlikdə mütəmadi olaraq şahmat məşğələləri də təşkil edir.

Ardını oxu...

20 Yanvar qəhrəmanlıq dastanıdır


20 Yanvar faciəsi baş verəndə mən dünyaya gəlməmişdim. Amma xalqımızın unutmadığı bu tarix biz şagirdlərin yaddaşından silinmir və silinməyəcək.  Hər il məktəbizimdə həmin günün bir saatı  20 Yanvar faciəsinə həsr olunur. Və bu günün tarixi bizə izah olunur. Bu gün xalqımızın qəhrəmanlıq dastanı kimi qürur günümüzdür. Ulu öndər Heydər babanın qəzetdən oxuduğum bu sitatını olduğu kimi qeyd edirəm: “20 Yanvar gününü xatırlayarkən hər birimiz eyni zamanda böyük iftixar hissi keçiririk. Çünki xalqımız həmin təcavüz qarşısında özünün əyilməzliyini, sarsılmazlığını bütün dünyaya sübut etdi. Şəhidi olan xalq qəhrəman xalqdır. Biz şəhidlərimizin qəm-qüssəsini çəkirik, ancaq onların şəhidliyə getməsi ilə fəxr edirik. Çünki onlar Vətən, ana torpaq, millət, Azərbaycan yolunda həlak olublar”.

Ardını oxu...

Kəngərlidə “20 Yanvar tariximizin şərəf və qəhrəmanlıq salnaməsidir” adlı tədbir keçirilib

15 yanvar 2020-ci il tarixdə Kəngərli Rayon Təhsil Şöbəsinin və Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Mədəniyyət Sarayında “20 Yanvar tariximizin şərəf və qəhrəmanlıq salnaməsidir” adlı tədbir keçirilib. Tədbirin iştirakçıları əvvəlcə 20 Yanvar faciəsinə həsr olunmuş sərgiyə baxıblar.

Tədbirdə Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyi uğrunda canından keçmiş vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Kəngərli Rayon Təhsil Şöbəsinin müdiri Emin Məmmədxanlı və Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Sevda Quliyeva çıxış edərək bildiriblər ki, 20 Yanvar hadisələri Azərbaycan xalqının müstəqillik tarixində mühüm əhəmiyyət kəsb edir.

Ardını oxu...


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg