• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün340
mod_vvisit_counterDünən997
mod_vvisit_counterBu həftə5417
mod_vvisit_counterBu ay29246
mod_vvisit_counterÜmumi2496511

Tarix: 19 Apr., 2024

Universitetlərə sınaq imtahanlarının keçirilmə vaxtı

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin bakalavriatura səviyyəsi üzrə sınaq imtahanlarının vaxtını açıqlayıb.

Fevralın 16-da ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq istəyənlər üçün qəbul imtahanı modelinə uyğun sınaq imtahanı (I-IV ixtisas qrupları üzrə, II mərhələ) keçiriləcək.

"Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlar kütləvi xarakter daşıdığı üçün tədbirlərin qrafiki bir neçə dövlət orqanı ilə birgə müzakirə olunur, razılaşdırılır və yekun qərar qəbul olunduqdan sonra ictimaiyyətə elan olunur.

Digər imtahanların da qrafiki müəyyən olunduqdan sonra KİV-də məlumat veriləcək və Mərkəzin saytının “təqvim” bölməsinə əlavə ediləcək.

Buraxılış imtahanları bu tarixlərdə keçiriləcək

 

Dövlət İmtahan Mərkəzi buraxılış imtahanlarının vaxtını açıqlayıb. Bakı şəhəri və bölgələr üzrə ümumi (9 illik) orta təhsil bazasında təhsilalanlar üçün buraxılış imtahanlarının  birinci mərhələsi mart (1, 9, 15, 29 mart) ayında keçiriləcək. Qeyd edək ki,  əvvəlki illərin məzunlarının kolleclərə qəbul imtahanınları da eyni tarixdə keçiriləcək.

Culfa Rayonunda "20 Yanvar-Azərbaycan xalqının qəhrəmanlıq salnaməsidir" devizi altında şahmat yarışı keçirilmişdir


Yarış Naxçıvan Muxtar Respublika Şahmat Federasiyasının Culfa Rayon bölməsi, Culfa Rayon Təhsil Şöbəsinin  təşkilatçılığı ilə birgə keçirilmişdir. Yarışda Culfa rayon Təhsil Şöbəsinin müdiri M.Əliyev çıxış edərək bildirmişdir ki, Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan  20 Yanvar faciəsindən 30 il ötür. 30 il əvvəl Azərbaycan xalqına qarşı törədilmiş cinayət əslində bəşəriyyətə, insanlığa, humanizmə qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır. O, qeyd etdi ki, Vətən yolunda, torpaq uğrunda şəhidlik əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsidir. Ulu öndər Heydər Əliyev demişdir: "20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnəkdir.

Azərbaycanın bugünkü nəsli də,gələcək nəsilləri də bu şəhidlərin qəhrəmanlığından nümunə götürəcəklər." O yarış iştirakçılarına uğurlar arzuladı.

Yarışın qalibləri təşkilatçılar tərəfindən diplom ilə təltif olundular.

Sədərək rayonunda şahmat üzrə rayon birinciliyi keçirildi

16 yanvar 2019-cu il tarixdə Sədərək rayon Şahmat məktəbində Sədərək RayonTəhsil Şöbəsinin, Gənclər və İdman İdarəsinin, Naxçıvan Muxtar Respublika  Şahmat Federasiyasının Sədərək Rayon Bölməsinin və Yeni Azərbaycan Partiyasının  Sədərək Rayon Təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə yeniyetmə və gənclərdə vətəndaşlıq və vətənpərvərlik hislərinin yüksəldilməsi məqsədilə şahmat üzrə rayon birinciliyi keçirilib. Yarışda qızlar arasında Kazımova Fatimə I yerin, Heydərova Sevda II yerin,oğlanlar arasında Hüseynov Səid I yerin, Əliyev İsmayl və Əlizadə Yusif müvafiq olaraq II və III yerin sahibi olmuşlar.

Qaliblər təşkilatçılar tərəfindən diplomlarla təltif edilmişlər.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg