• 1 6.jpg
  • 1.jpg
  • 3 li mekteb.jpg
  • 003.jpg
  • 5 nom9.jpg
  • 005.jpg
  • 20.jpg
  • 22.jpg
  • 24.jpg
  • 25.jpg
  • 26.jpg
  • 27.jpg
  • 28.jpg
  • 111.jpg
  • 112.jpg
  • 112u.jpg
  • 152.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 603.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1013
mod_vvisit_counterDünən1222
mod_vvisit_counterBu həftə10156
mod_vvisit_counterBu ay41618
mod_vvisit_counterÜmumi1234391

Tarix: 25 İyun, 2022

"Pedaqoji fikir tarixindən" kitabı təhsil ictimaiyyəti üçün dəyərli mənbədir

Muxtar respublikamızda təhsil dövlət qayğısı ilə əhatə olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində təhsil müəssisələrinin infrastrukturu yenilənmiş, şagirdlərin təhsil alması üçün zəruri şərait yaradılmışdır. Bununla yanaşı təhsil müəssisələrinin kitabxana fondları zənginləşdirilmiş, elektron katoloq yaradılmış, kitabxanalara 3 milyona yaxın dərslik, 600 mindən çox latın qrafikası ilə çap olunmuş bədii ədəbiyyat verilmişdir.

Ardını oxu...

“Pedaqoji fikir tarixindən” kitabının təqdimatı keçirilib

Şəhər və Rayon Təhsil şöbələrinin müdirləri, məktəb direktorları, müəllimlər və hami ixtisaslarda təhsil alan tələbələrin iştirakı ilə “Pedaqoji  fikir tarixindən” kitabının təqdimatı keçirilib. Tədbir Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində baş tutub.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov təqdimatda qeyd edib ki, “Pedaqoji fikir tarixindən” kitabı 10 min tirajla nəşr edilib. Onun 8 mindən çoxu muxtar respublika ümumtəhsil məktəblərinin müəllimləri və məktəb kitabxanalarına verilib. Elmi-pedaqoji əhəmiyyəti, yeni nəslin təlim-tərbiyəsində rolu nəzərə alınaraq kitab Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Oxunması zəruri olan kitabların Siyahısı”na əlavə edilib.
Bildirilib ki, yeni nəşrdə tərbiyə, təhsil, təlim problemləri, ayrı-ayrı görkəmli maarifpərvər şəxsiyyətlərin, elm xadimlərinin, ziyalıların pedaqoji xidmətləri və görüşləri yer alıb. Həmçinin ayrı-ayrı dövrlərdə təhsil məsələlərini və maarifləndiricilik missiyasını yerinə yetirən şəxslərin fəaliyyəti ümumiləşdirilib, yaşanmış tarixin elmi-pedaqoji mənzərəsi öz əksini tapıb.
Sonra mövzu ətrafında  çıxışlar dinlənilib.
Sonda Naxçıvan Dövlət Texniki Kollecinin tələbələri tərəfindən “Pedaqoji fikir tarixindən” kitabından görkəmli pedaqoqlara aid seçmələr oxunub, Məhəmməd Tağı Sidqiyə həsr olunan “Xalqın müəllimi” sənədli filminə baxış olub.


“Pedaqoji fikir tarixindən” kitabı oxunması zəruri olan kitabların siyahısına daxil edilib

“Pedaqoji fikir tarixindən” kitabı oxunması zəruri olan kitabların siyahısına daxil edilib.
"Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu tərəfindən hazırlanmış “Pedaqoji fikir tarixindən” kitabı “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində 10 min nüsxə nəşr olunaraq Naxçıvan Muxtar Respublikasının Təhsil və Mədəniyyət nazirliklərinin tabeliyində olan kitabxanalara, Ali Məclisin Naxçıvanşünaslıq Mərkəzinə, Naxçıvan Muxtar Respublika Kitabxanasına, elm, ali, orta ixtisas təhsili müəssisələrinin və ümumtəhsil məktəblərinin kitabxanalarına və pedaqoji heyətinə verilmişdir.
Elmi-pedaqoji əhəmiyyəti, yeni nəslin təlim-tərbiyəsində, eləcə də gənc nəsildə vətənpərvərliyin formalaşmasında mühüm rolu nəzərə alınaraq “Pedaqoji fikir tarixindən” kitabı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Oxunması zəruri olan kitabların siyahısı”na əlavə edilmişdir".

Ali Məclisin Sədri Sərəncam imzaladı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov aprelin 3-də Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
"Müasir dövrdə təhsil cəmiyyətin inkişafını təmin edən aparıcı istiqamət kimi davamlı olaraq yeniləşmə, ən son texnologiyalardan istifadə yolu ilə mütərəqqi ideyaların, bilik və bacarıqların tətbiqi xarakterini alır. Aparılan islahatlar kadr hazırlığına müasir yanaşma və eyni zamanda vətəndaşın müasir cəmiyyətə hərtərəfli inteqrasiyasını təmin edir.
Naxçıvan Muxtar Respublikasında da son illərdə təhsilin davamlı inkişafını təmin edən sərəncamların qəbul edilməsi, güclü təhsil infrastrukturunun, maddi-texniki bazanın yaradılması, yüksək ixtisaslı kadr hazırlığını təmin edən dövlət proqramlarının, layihələrin uğurlu tətbiqi təhsilin beynəlxalq standartlar səviyyəsinə uyğunlaşmasına təkan verir.

Ardını oxu...


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg