Sədərək rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Sədərək kənd 1 nömrəli tam orta məktəbində açıq dərs keçirildi. 19 dekabr 2019 – cu il tarixdə 1 nömrəli tam orta məktəbin İngilis dili müəllimi Qarayeva Məhnurə Ramiz qızı XI sinifdə “Customus differ” (Adətlər fərqlənir) mövzusunda açıq dərs tədris etdi. Dərs məktəbin elektron lövhə sinfində yeni təlim metodlarına və buraxılış imtahanlarının dinləmə bölməsinə uyğun hazırlanmış slayd dərslikdən istifadə olunaraq tədris olundu.