• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün225
mod_vvisit_counterDünən997
mod_vvisit_counterBu həftə5926
mod_vvisit_counterBu ay29131
mod_vvisit_counterÜmumi2496396

Tarix: 19 Apr., 2024

“Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında voleybol yarışı keçirilmişdir

 

Ordubad Rayon Təhsil Şöbəsi, Gənclər və İdman İdarəsi və Uşaq-Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında Ordubad rayonunda fəaliyyət göstərən tam orta ümumtəhsil məktəblərinin şagirdləri arasında voleybol üzrə rayon birincilik keçirilmişdir.

Yarış başlamazdan əvvəl Ordubad Rayon Gənclər və İdman İdarəsinin rəisi Hacı Sadiqov, Uşaq-Gənclər İdman Məktəbinin direktoru Elşən Əliyev yarış iştirakçılarına zərərli vərdişlərin insan orqanizmi və sağlamlığı üçün nə qədər təhlükəli olduğu haqqında geniş məlumat vermişlər. Daha sonra yarışa start verilmişdir.

Ardını oxu...

Eynəli bəy Sultanovun “Məqalələr” kitabının müzakirəsi keçirilmişdir

Culfa şəhər 2 nömrəli tam orta məktəbdə oxunması zəruri olan kitablar siyahısında yer alan Eynəli bəy Sultanovun “Məqalələr” kitabının müzakirəsi keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Səyyarə Ağayeva Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitablar”dan bəhs etmiş, bu siyahıda yer alan hər kitabın gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, dünyagörüşünün formalaşması, həmçinin mütaliə mədəniyyətinin aşılanması baxımından mühüm əhəmiyyət daşıdığını qeyd etmişdir. 1866-1935-ci illərdə yaşamış, yazıçı-publisist, tərcüməçi, folklorşünas, bədii və teatr tənqidçisi, hüquqşünas, ictimai xadim kimi fəaliyyət göstərən Eynəli bəy Sultanovun “Məqalələr” kitabının da bu mənada müsbət rolundan bəhs etmişdir.

Ardını oxu...

“Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq “devizi altında voleybol yarışı keçirilmişdir

“Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq “devizi altında Sədərək rayon Gənclər və İdman İdarəsinin, Sədərək rayon Təhsil Şöbəsinin, Sədərək rayon Uşaq Gənclər İdman məktəbinin,Şərur rayon Gənclər və İdman İdarəsinin və Şərur rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Sədərək rayon 1 nömrəli tam orta məktəbində Sədərək Uşaq Gənclər İdman məktəbinin və Şərur rayon Uşaq Gənclər İdman məktəbinin​ oğlan və qız komandaları arasında voleybol üzrə yoldaşlıq görüşü keçirilmişdir.

Yarışda 36 məktəbli iştirak etmişdir.​ Oğlanlar arasında gedən mübarizədə Sədərək rayon, qızlar arasında gedən mübarizədə isə Şərur rayon komandası yarışın qalibi olmuşdur.

Qaliblər təşkilatçılar tərəfindən diplomlarla mükafatlandırılmışlar.

Culfa Rayonunda Tempo turnir keçirilmişdir

"Naxçıvan Muxtar Respublikası-96" devizi altında Culfa Rayon Uşaq Gənclər Şahmat İdman Məktəbində Naxçıvan Muxtar Respublikasının yaranmasının 96-cı ildönümünə həsr olunmuş Tempo turnir keçirilmişdir. Turnir Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Culfa Rayon bölməsi, Culfa Rayon Təhsil Şöbəsi, Culfa Rayon Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyasının Culfa Rayon Təşkilatı ilə birgə keçirilmişdir. Yarışda rayon ümumitəhsil məktəblərinin oğlan və qız şahmatçı şagirdləri və Culfa rayon sakinləri iştirak etmişlər. Yarışda 42 şahmatçı iştirak etmişdir.

İlk 10 yerin qaliblərinə təşkilatçılar tərəfindən  diplom və pul mükafatı verilmişdir.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg