• 1 6.jpg
  • 1.jpg
  • 3 li mekteb.jpg
  • 003.jpg
  • 5 nom9.jpg
  • 005.jpg
  • 20.jpg
  • 22.jpg
  • 24.jpg
  • 25.jpg
  • 26.jpg
  • 27.jpg
  • 28.jpg
  • 111.jpg
  • 112.jpg
  • 112u.jpg
  • 152.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 603.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün743
mod_vvisit_counterDünən1293
mod_vvisit_counterBu həftə6338
mod_vvisit_counterBu ay16039
mod_vvisit_counterÜmumi835658

Tarix: 16 Okt., 2021

XI sinif şagirdlərinin “Son zəng” tədbirləri keçirilib.

Ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasının da tam orta təhsil məktəblərində XI sinif şagirdlərinin “Son zəng” tədbirləri keçirilib.  Məlumat üçün bildirək ki, bu tədris ilində muxtar respublikanın adıçəkilən təhsil müəssisələrindən 2803 nəfər məzun olub.Naxçıvan  şəhərindəki  Heydər Əliyev adına tam orta məktəbdə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Məmməd Qəribov muxtar respublikada təhsilin inkişafına göstərilən qayğıdan və bu sahədə qazanılan nailiyyətlərdən danışıb, sonda məzunları təbrik edib və onlara ali məktəblərə qəbul imtahanlarının II mərhələsində uğurlar arzulayıb. 
Digər məktəblərdə keçirilən tədbirlərdə də məzunlara müstəqil həyatda xoş arzular ifadə olunub, onlara dövlətçiliyimizin, müstəqilliyimizin qorunmasında, inkişafında fəal həyat mövqeyi nümayiş etdirmək tövsiyə edilib. Məzunlar bu yolda bütün səy və bacarıqlarını sərf edəcəklərinə söz veriblər. Tədbirlərdə şeirlər bədii qiraət olunub, mahnılar səsləndirilib.

Məktəblilərimiz Rus dili olimpiadasının qalibi olmuşlar.

04 may 2018-ci il tarixdə Rusiyanın Azərbaycandakı Səfirliyi və “Rossotrudnicestva” Agentliyinin Azərbaycandakı Nümayəndəliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Rusdilli təhsil müəssisələrinin  müəllim Assosiasiyası tərəfindən Naxçıvan şəhərində təşkil olunan Rus dili və ədəbiyyatı üzrə X Respublika Olimpiadasının regional turunun nəticələri açıqlanmışdır.

06 iyun 2018-ci il tarixdə Bakı Slavyan Universitetində Respublika Olimpiadasının qalibləri elan olunmaqla mükafatlandırılması həyata keçirilmişdir. Qaliblər arasında Naxçıvan Muxtar Respublikasından olan 7 iştirakçı da vardır.

Uzaqlığı və iştirakçıların Naxçıvandan Bakıya gedişinin çətinliyini nəzərə alaraq, Olimpiada qaliblərinə diplom və mükafatların  təqdim  olunması məqsədilə yeni dərs ilində Naxçıvan şəhərində ayrıca bir tədbirin keçirilməsi nəzərdə tutulmuşdur.

Olimpiada qaliblərini təbrik edir, təhsillərində uğurlar arzulayırıq.

İnşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılmışlar.

 

25 may-08 iyun 2018-ci il tarixlərində Naxçıvan Muxtar Respublikası  Təhsil Nazirliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə “Ümummilli Lider Heydər Əliyev ideyalarında Qurtuluşa gedən yol” mövzusunda inşa yazı müsabiqəsi keçirilmişdir. Müsabiqədə muxtar respublika ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri iştirak etmişlər. Rayon mərhələlərinin qalibi olmuş müəlliflərin inşa yazıları müsabiqəyə təqdim edilmişdir. Müsabiqənin muxtar respublika mərhələsinin qalibləri 12 iyun 2018-ci il tarixdə təşkilatçılar tərəfindən  diplom və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg