• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1036
mod_vvisit_counterDünən699
mod_vvisit_counterBu həftə4215
mod_vvisit_counterBu ay32593
mod_vvisit_counterÜmumi2463082

Tarix: 28 Mart, 2024

9 Noyabr-Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilmişdir

Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində 9 Noyabr-Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə aparıcılar bildirdi ki, Azərbaycanın üçrəngli milli bayrağı həm də müstəqilliyimizi təcəssüm etdirən rəsmi dövlət rəzmlərindən biridir. Ümummilli lider Heydər Əliyev tərəfindən ilk dəfə Naxçıvan Muxtar Respublikasında 1990-cı il noyabrın 17-də Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı muxtar respublikanın Dövlət Bayrağı kimi rəsmən təsdiq edildi.

Ulu Öndərimizə böyük ehtiramın və onun işıqlı yoluna sədaqətin növbəti nümunəsi kimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı haqqında” 2014-cü il noyabrın 17-də imzaladığı Sərəncama əsasən, hər il noyabrın 17-si qədim diyarda Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir. Bu bayram günündə iftixar hissi keçirir, sevinirik ki, dövlət bayrağımız dünyanın bütün qitələrində mötəbər tədbirlərdə, dünyanın müxtəlif ölkələrində keçirilən idman yarışlarında əzəmətlə, vüqarla dalğalanır, bizim varlığımızı, qüdrətimizi, gücümüzü bütün dünyaya nümayiş etdirir, üçrəngli milli bayrağımızın dalğalanması harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının qəlbində qürur hissi doğurur.

Sonra Bayraq Günü ilə əlaqədar slayd nümayiş etdirilmiş və tədbir konsert proqramı ilə davam etdirilmişdir.

Tədbirin bədii hissəsində Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin “Əlvan çiçəklər” mahnı və rəqs ansamblının üzvlərinin ifa etdikləri mahnılar və milli rəqslər tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg