• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1654
mod_vvisit_counterDünən1157
mod_vvisit_counterBu həftə5990
mod_vvisit_counterBu ay34368
mod_vvisit_counterÜmumi2464857

Tarix: 29 Mart, 2024

Ağbulaq İstirahət Mərkəzində “Yay məktəbi”

Artıq 9 aylıq tədris ili başa çatıb və bütün ümumtəhsil məktəblərində uşaqların yay tətili başlayıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə Ağbulaq istirahət mərkəzində gənclər üçün “Yay məktəbi” təşkil olunmuşdur. 9 ay dayanmadan dərs oxuyan, imtahanlara hazırlaşan məktəblilər yay tətilini səmərəli keçirmək və yorğunluğu haradasa dincəlməklə üstlərindən atmaq istəyirlər. Bu məqsədlə məktəblilərin yay tətili günlərinin səmərəli, maraqlı və əyləncəli olması üçün Ağbulaq istirahət mərkəzində təşkil edilən “Yay məktəbi” hər il olduğu kimi bu il də şagidlər tərəfindən xüsusi rəğbətlə qarşılanmışdır.

Yay məktəbi” şagirdlərə yay istirahəti dövründə keyfiyyətli təhsil imkanları yaratmaq və əyləncəli proqramlar təşkil etməklə intellektual və sosial aktiv gənclərin formalaşdırılması üçün böyük əhəmiyyətə malikdir. İstirahət zamanı maarifləndirici tədbirlər, kino və sənədli filmlərin nümayişi, müxtəlif idman, şahmat və bilik yarışları, rəsm müsabiqəsi, əyləncəli konsert proqramları, “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan ədəbiyyat nümunələrinin mütaliəsi və müzakirəsinin təşkili, “Tariximiz-irsimiz” mövzusunda diskussiya və muhazirələr, muxtar respublikamızın əsrarəngiz təbiətini, fauna və florasını tanıtmaq və ekoloji bilikləri artırmaq üçün müxtəlif gəzintilər həyata keçirilir.

Şagirdlərin “Yay məktəbi”nin yekununa həsr olunmuş tədbirdə iştirak edən Təhsil nazirinin müavini Heyran Əhmədova muxtar respublikamızda təhsilə göstərilən dövlət qayğısından, bu cür təşkil olunan “Yay məktəbi”nin uşaqların inkişafına, dünya görüşünün artırılmasına müsbət təsirlərindən danışmış, qədim diyarımız Naxçıvanın əsrarəngiz təbiətini tanımağı və sevməyi, təbiətə yaxın olmağı, onun gözəlliklərini duymağı, şagirdlərin intellekt səviyyələrinin artması üçün mühüm əhəmiyyətə malik olduğunu vurğulamışdır. Bildirilmişdir ki, yay tətili günlərini səmərəli və maraqlı keçirmək şagirdlərdə yüksək əhval-ruhiyyə yaradır. Çünki onlar tətil və yaxşı istirahət sayəsində daxili rahatlıq hissi əldə edir və növbəti dərs ilinə daha həvəslə, maraqla və yüksək enerji ilə başlamağa hazır olurlar.

“Yay məktəbi”ndə təşkil olunan müsabiqə və yarışlarda fərqlənən şagirdlərə yekunda Təhsil Nazirliyi tərəfindən diplomlar təqdim olundu.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg