• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün326
mod_vvisit_counterDünən5078
mod_vvisit_counterBu həftə10858
mod_vvisit_counterBu ay41921
mod_vvisit_counterÜmumi2509186

Tarix: 26 Apr., 2024

Naxçıvanda 7 mindən çox müəllimin əmək haqqısı sentyabrın 1-dən 20 faiz artırılacaq

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasından irəli gələn vəzifələrin icrası ilə bağlı kollegiya iclasında Təhsil naziri Rəhman Məmmədov bildirib ki, təhsil müəssisələrinin maddi-tədris bazasının möhkəmləndirilməsi sahəsində işlər 2019-cu ildə də davam etdirilib. Ötən müddət ərzində Şərur rayon Kərimbəyli və Ordubad rayon Dəstə kənd tam orta məktəbləri üçün binalar tikilərək və ya əsaslı şəkildə yenidənqurularaq istifadəyə verilib. Hazırda Naxçıvan şəhərində 5 və 12 nömrəli, Şərur rayonunda Muğanlı, Muğancıq Mehrab, Xələc, Yeni Havuş, Babək rayonunda Kültəpə və Gülşənabad, Ordubad rayonunda Vənənd, Kəngərli rayonunda Böyükdüz, Şahbuz rayonunda Türkeş kənd tam orta məktəbləri üçün binaların tikintisi və ya yenidənqurulması davam etdirilir.

Təhsil naziri qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında” 20 iyun 2019-cu il tarixli Sərəncamı ilə bu kateqoriyadan olan 7 mindən çox müəllimin əmək haqqısı sentyabrın 1-dən 20 faiz artırılacaqdır. Eyni zamanda “Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 24 iyun 2019-cu il tarixli Sərəncamı ilə təhsil, idman və incəsənət sahəsində fərqlənən 3 şagird Ali Məclis Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülüb, onların adı Gənc İstedadların “Qızıl kitabı”na yazılıb. 793 tələbənin ümumtəhsil məktəblərində pedaqoji təcrübə keçməsinə şərait yaradılıb, kadr hazırlığının yaxşılaşdırılması məqsədilə ali təhsil müəssisələrinə 200-ə yaxın dərslik və metodiki vəsait hədiyyə edilib, “Startap Naxçıvan” çərçivəsində tələbələrlə maarifləndirici söhbətlər aparılıb, dərsliklərin müzakirəsində tələbələrin iştirakı təmin edilib, “Sabahın müəllimi” layihəsinin icrasına başlanılıb.
Şahmat dərsini tədris edən müəllimlərin Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada keçirilən attestasiya imtahanlarında iştirakı təmin edilib, attestasiyadan keçən müəllimlərin praktik biliklərinin qiymətləndirilməsi həyata keçirilib, Şahmat Federasiyası ilə birgə imtahanlarda uğurlu nəticə əldə etmiş 401 müəllimə sertifikat verilib.
Keçirilən muxtar respublika və respublika fənn olimpiadalarında nəticələri uğurlu olan 51 şagird muxtar respublika, 25 şagird isə respublika fənn olimpiadalarının qalibi olub. Tədris ilinin nəticələrinə uyğun olaraq tam orta təhsil səviyyəsi üzrə məzunlardan 13-ü qızıl, 16-sı gümüş medala, 45-i isə fərqlənmə attestatına, ümumi orta təhsil səviyyəsi üzrə isə 69 məzun fərqlənmə attestatına layiq görülüb.
Təhsil naziri 2019-cu ilin birinci yarımili ərzində buraxılan nöqsanlardan, onların aradan qaldırılması məqsədilə həyata keçirilən tədbirlərdən və qarşıda duran vəzifələrdən də danışıb.
Sonra məruzə ətrafında çıxışlar olub.
Kollegiya iclasına Naxçıvan Muxtar Respublikasının Təhsil naziri yekun vuraraq bildirib ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasının qarşıya qoyduğu vəzifələrin icrası, əldə olunan nailiyyətlərin bundan sonra da davamlı olması üçün səylərini artıracaqdır.



 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg