• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün318
mod_vvisit_counterDünən5078
mod_vvisit_counterBu həftə10850
mod_vvisit_counterBu ay41913
mod_vvisit_counterÜmumi2509178

Tarix: 26 Apr., 2024

Muxtar respublika məktəbləri arasında ilk dəfə “Dram müsabiqəsi” keçirildi

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən aprel ayı ümumtəhsil müəssisələrində “Mütaliə aylığı” elan olunmuş və bununla bağlı Tədbirlər Planı təsdiq edilmişdir.
Tədbirlər Planında nəzərdə tutulan tədbirlərdən biri də “Pedaqoji fikir tarixindən” və Azərbaycan yazıçılarının dram əsərlərindən seçmələrin şagirdlər tərəfindən səhnələşdirilməsi və “Dram müsabiqəsi”nin keçirilməsidir.

Aprelin 16-da “Dram müsabiqəsi”nin şəhər və rayon mərhələsi keçirilmiş, müsabiqədə hər bir məktəb 1 dram əsəri ilə iştirak etmişdir.      149 məktəb üzrə 946 şagirdin iştirak etdiyi şəhər və rayon mərhələsində hər rayon(şəhər) üzrə I yerin qalibi olmuş məktəbin və Təhsil Nazirliyinə birbaşa tabe məktəblərin şagirdləri muxtar respublika mərhələsində iştirak etmək hüququ qazanmışlar.Aprelin 24-də Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində dram müsabiqəsinin muxtar respublika mərhələsi keçirilmişdir. Tədbirdə çıxış edən təhsil nazirinin müavini Heyran Əhmədova şagirdlərin formalaşmasında mütaliənin mühüm əhəmiyyətə malik olmasından danışmış, şagirdlərin mütaliəsi işinin təşkilindəki təcrübədə sınaqdan çıxmış ənənələri bərpa etməyin, onların mütaliəyə həvəsini daha da gücləndirməyin və mütaliə vərdişlərinin inkişaf etdirilməsinin təhsil sahəsində prioritet istiqamətlərdən biri olduğunu vurğulamışdır. “Mütaliə aylığı” çərçivəsində şagirdlər tərəfindən həyata keçirilən görkəmli Azərbaycan yazıçılarının dram əsərlərindən parçaların səhnələşdirilməsi şagirdlərin həmin əsərləri sadəcə oxuyub tanış olmaları deyil, hətta bunun canlı iştirakçısına çevrilməklə mövzunu fəal şəkildə mənimsəmələrinə və onların ədəbiyyata olan marağının artırılmasına, eyni zamanda şagirdlərdə yaradıcı təfəkkürün inkişafına şərait yaradır.

 

Bildirilmişdir ki, dram əsərlərinin səhnələşdirilməsi şagirdlərdə nitqin inkişafında, onların cəmiyyətdə özünü müstəqil şəkildə düzgün ifadə etməsində və istedadlı şagirdlərin üzə çıxarılmasında mühüm rol oynayır.
Müsabiqədə şagirdlər tərəfindən hazırlanmış səhnəciklər təqdim edilmişdir. İlk dəfə keçirilən “Dram Müsabiqəsi” münsiflər heyəti tərəfindən böyük rəğbətlə qarşılanmış, bu cür müsabiqələrin keçirilməsinin şagirdlərin həm teatr sənətinə, həm də ədəbiyyata maraqlarının artmasında, istedadlı şagirdlərin üzə çıxarılmasında böyük rol oynadığını qeyd etmişlər. Səhnəciklər Xalq artistləri Kamran Quliyev, Rza Xudiyev, Rövşən Hüseynov və Azərbaycan Respublikasının Əməkdar artisti Tofiq Seyidov tərəfindən qiymətləndirilmiş, I yerin qalibi Ordubad rayon Əndəmic kənd tam orta məktəbin şagirdləri, II yerin qalibi Şərur rayon Mahmudkənd tam orta məktəbin şagirdləri, III yerin qalibi Kəngərli rayon Qarabağlar kənd 1 nömrəli tam orta məktəbin şagirdləri olmuşdur. Qaliblər 30 aprel 2019-cu il tarixdə “Mütaliə aylığı”nın yekun tədbirində diplom və hədiyyələrlə mükafatlandırılacaq.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg