• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1399
mod_vvisit_counterDünən1157
mod_vvisit_counterBu həftə5735
mod_vvisit_counterBu ay34113
mod_vvisit_counterÜmumi2464602

Tarix: 29 Mart, 2024

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubleyinə həsr olunmuş inşa yazı müsabiqəsi keçirilib

Mayın 3-də Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə muxtar respublika ümumtəhsil məktəblərinin şagirdləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubleyinə  həsr olunmuş “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” mövzusunda inşa yazı müsabiqəsi keçirilib. Müsabiqənin keçirilməsində məqsəd ulu öndər Heydər Əliyev irsinin gənc nəslə öyrədilməsi, məktəblilərə Vətənə sevgi və məhəbbət hislərinin aşılanması, onların asudə vaxtlarının səmərəli təşkil olunması, gənc nəslin tarixi köklərimizə bağlı olaraq vətənpərvərlik ruhunda tərbiyələndirilməsinin təmin edilməsi olub. Müsabiqəni giriş sözü ilə təhsil nazirinin müavini Heyran Əhmədova açaraq ümummilli lider Heydər Əliyevin zəngin həyat yolu, çoxşaxəli fəaliyyəti barədə məlumat verib. Ulu öndərin Azərbaycan tarixində misilsiz rol oynadığını vurğulayan Heyran Əhmədova bildirib ki, müstəqilliyimizin möhkəmləndirilməsi, ictimai-siyasi sabitliyin bərpası, müxtəlif sahələrin, o cümlədən təhsilimizin inkişaf tarixi məhz Heydər Əliyevin adı ilə bağlıdır.
Ümumilikdə 50-də artıq  məktəblinin iştirak etdiyi müsabiqədə şagirdlər 2 saat ərzində Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında inşa yazıblar.
Müsabiqə iştirakçılarının yazı işləri münsiflər heyəti tərəfindən yoxlanılaraq qiymətləndirilib. Nəticələrə uyğun olaraq inşa yazı müsabiqəsində Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbin şagirdi   Nuray Cəfərli I yerə, Naxçıvan Qarnizonu tam orta məktəbinin şagirdi  Nərmin  Həmzəzadə,  Babək rayon Güznüt kənd tam orta məktəbinin şagirdi  Leylan Niyazova   II yerlərə, Heydər Əliyev adına tam orta məktəbin şagirdi  Asya Əliyeva, Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyin şagirdi   Dərya Tağızadə, Kəngərli rayon Yurdçu kənd tam orta məktəbinin şagiridi Günay Abbasova isə III yerlərə layiq görülüblər.
İnşa yazı müsabiqəsinin qalibləri Təhsil Nazirliyinin diplomları ilə mükafatlandırılıblar.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg