• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün407
mod_vvisit_counterDünən1747
mod_vvisit_counterBu həftə2154
mod_vvisit_counterBu ay17975
mod_vvisit_counterÜmumi2779975

Tarix: 08 Okt., 2024

“Oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva” mövzusunda interaktiv dərs keçirilib

Heydər Əliyev Muzeyindən muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün Azərbaycan oftalmologiya elmini beynəlxalq aləmdə tanıdan görkəmli alim, tibb elmləri doktoru, akademik Zərifə Əliyevanın anadan olmasının 100-cü ildönümü münasibətilə interaktiv dərs keçirilib.
“Oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva” mövzusunda dərsi Naxçıvan Şəhər 6 nömrəli tam orta məktəbin tarix müəllimi Azad Şirzadov aparıb.
İnteraktiv dərsdə şagirdlərin diqqətinə çatdırılıb ki, zəhmətsevərliyi, səmimiliyi, yüksək intellekti ilə insanların rəğbətini qazanan  akademik Zərifə Əliyevanın şəxsiyyətində doğma vətənə, xalqa bağlılıq və başqa yüksək mənəvi keyfiyyətlər öz təcəssümünü tapmışdı. Peşə istiqamətini həkimlik ixtisası üzrə müəyyənləşdirən gənc Zərifə gələcək taleyini tibb elminə həsr etməyi qarşısına məqsəd qoymuş, Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsində təhsil almış, oftalmologiya peşəsinə yiyələnmək üçün Moskvada təhsilini davam etdirmişdir. Təhsilini başa vurduqdan sonra Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, professor, görmə orqanlarının peşə patologiyası laboratoriyasının müdiri, oftalmologiya kafedrasının müdiri vəzifələrində çalışmışdır.
Qeyd olunub ki, görkəmli alim 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifi kimi tarixə düşüb. Zərifə xanım Əliyeva yüksəkixtisaslı kadrların hazırlanmasına da böyük əmək sərf edib. Onun birbaşa rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib. Görkəmli alim tələbələrinə zəngin həyat təcrübəsi öyrədib, onlara diqqət və qayğı ilə yanaşıb. Apardığı elmi tədqiqatların sosial əhəmiyyəti, özünün ictimai fəallığı, pedaqoji istedadı, çoxillik elmi-tədqiqat işlərində böyük xidmətləri layiqincə qiymətləndirilərək 1983-cü ildə Zərifə xanım Əliyeva Azərbaycan Elmlər Akademiyasının akademiki seçilib. Oftalmoloq-alim xidmətlərinə görə orden və medallarla təltif olunub, Azərbaycanın “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.
Qeyd olunub ki, akademik Zərifə Əliyevanın qazandığı elmi uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. İstedadlı alim oftalmologiyanın aktual mövzuları üzrə çoxprofilli tədqiqatlar apararaq dəyərli elmi-tədqiqat əsərləri ərsəyə gətirmişdir. Apardığı tədqiqatların gedişində "Göz yaşının axmasının fiziologiyası", "Gözün və görmə sinir yolunun yaşla əlaqədar dəyişiklikləri", "Gözün hidrodinamik sisteminin anatomik fizioloji təbiəti", “Gözün hidro-dinamik sisteminin anatomo-fizioloji xarakteristikası”, “Yaşla bağlı gözün əsəb yollarının dəyişməsi” kimi onlarla elmi məqalə və monoqrafiyalar çap etdirmişdir.
Vurğulayıb ki, böyük alimin həyatı, vətəninə, xalqına sədaqəti, elmə xidməti, sahib olduğu insani məziyyətlər gənc nəsil üçün əsl örnəkdir.
İnteraktiv dərs muxtar respublikanın 200-ə yaxın ümumtəhsil məktəbinin şagirdləri tərəfindən dinlənilib.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg