• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün813
mod_vvisit_counterDünən1093
mod_vvisit_counterBu həftə1906
mod_vvisit_counterBu ay25735
mod_vvisit_counterÜmumi2493000

Tarix: 16 Apr., 2024

23 aprel - Milli Suverenlik və Uşaq Bayramı Günü Naxçıvanda qeyd edilib

Naxçıvan şəhərindəki "Gənclik” Mərkəzində Türkiyə Respublikasının Naxçıvandakı Baş Konsulluğunun, Naxçıvan Muxtar Respublikasının təhsil, eləcə də gənclər və idman nazirliklərinin, "Günəş" akademiyasının təşkilatçılığı ilə Türkiyənin 23 aprel - Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə tədbir keçirilib.
Azərbaycan xalqının Ümummilli Lideri, uşaqlara xalqımızın gələcəyi kimi hərtərəfli qayğı göstərməsi ilə də əbədiyaşarlıq qazanan dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 100 illiyi ərəfəsində keçirilən tədbirdə Əvvəlcə Azərbaycan və Türkiyə respublikalarının Dövlət himnləri səsləndirilib. Sonra hər iki xalqın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda qurban gedən şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. "Günəş" akademiyasının direktoru Ulduz Əliyeva tədbiri giriş sözü ilə açıb. Türkiyə Respublikası Xarici İşlər Nazirliyinin 23 aprel - Milli Suverenlik və Uşaq Bayramı Günü ilə bağlı hazırladığı videoçarx nümayiş olunub.
Tədbirdə Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya, baş konsulun köməkçisi Serpil Unal 23 aprel - Milli Suverenlik və Uşaq Bayramı Gününün yaranma tarixindən, qardaş ölkədə uşaqların cəmiyyətin gələcək layiqli vətəndaşı kimi formalaşdırılması istiqamətində görülən tədbirlərdən danışıblar.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov, gənclər və idman naziri Ramil Hacı Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı müstəqil Azərbaycanın dövlət uşaq siyasətindən və bu siyasətin bu gün də dövlətin əsas prioritetlərindən biri olmasından, muxtar respublikada uşaqların mənəvi-psixoloji, fiziki və intellektual inkişafı ilə əlaqədar atılan məqsədyönlü addımlardan danışıblar.
"Günəş❞ Akademiyasının uşaqlarının hazırladığı ədəbi-bədii kompozisiya, əlvan musiqi çələngi, Araz Doğa Sporları və Kültür Klubu Dərnəyinin təqdim etdiyi folklor nümunələri uşaqların iştirakı ilə keçirilən tədbirə xoş bayram ovqatı bəxş edib.

 


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg