• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1058
mod_vvisit_counterDünən908
mod_vvisit_counterBu həftə3939
mod_vvisit_counterBu ay36271
mod_vvisit_counterÜmumi2503536

Tarix: 24 Apr., 2024

“Mütaliə aylığı” çərçivəsində “Sürətli oxu”dərnəyinin üzvləri arasında müsabiqə keçirilib

Bununla bağlı keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının aparıcı məsləhətçisi Qumaş Abdullayeva və Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin direktoru Ceyran Alməmmədova bildiriblər ki, Ümummilli lider Heydər Əliyev bütün sahələrlə yanaşı təhsilin də inkişafına böyük diqqət və qayğı göstərib. Məhz Azərbaycan təhsilinin inkişaf mərhələləri ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasında da ulu öndərin müəllifi olduğu təhsil strategiyası ölkə başçısı tərəfindən uğurla həyata keçirilir. Uşaqların asudə vaxtlarının səmərəli təşkili, onların istedad və bacarqlarının üzə çıxarılması üçün Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində də  dövlətimizin qayğısı sayəsində hərtərəfli şərait yaradılıb. Bildirilib ki, 2019-cu ildə “İnnovativ dərnəklər” layihəsi əsasında mərkəzdə 14 adda yeni innovativ dərnək yaradılıb. Hazırda innovativ dərnəklərin sayı 22-yə çatdırılıb. Uşaq və gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların yaradıcılıq qabiliyyətlərinin və istedadlarının üzə çıxarılması üçün dərnəklər lazımi avadanlıqlarla təmin edilib və nümunəvi tədris şəraiti yaradılıb. Yaradılan innovativ dərnəklərdən biri də şagirdlərin geniş söz ehtiyatı, axıcı öyrənmə, sürətli oxuma və qavrama, xəyal qurma, inşa yazma və hekayə qurma və s. bacarıqlarının formalaşmasında böyük rolu olan “Sürətli oxu” dərnəyidir. Uşaqların bilik və bacarıqlarının aşkarlanması və daha da təkmilləşdirilməsində böyük rol oynayan “Sürətli oxu” dərnəyi mərkəzin İnnovasiyalar və uşaqların inkişafı şöbəsinin tərkibində fəaliyyət göstərir. Dərnək həftədə hər qrupda 12 dərnək üzvü olmaqla 2 qrup üzrə 4 gün tədris olunur. 7-12 yaş uşaqlar üçün nəzərdə tutulan “Sürətli oxu” dərnəyinin təlim sisteminin müddəti 6-8 aydır. Tədris ilinin sonunda tədris proqramını mənimsəyən dərnək üzvləri sevərək kitab oxumaq, oxuduqlarını yaddaşa ala bilmək, xəyal gücü və göz bucağını inkişaf etdirmək, öz hekayələrini yazma, yarımçıq hekayə tamamlamaq, söz ehtiyatını artırmaq, oxuduqlarını öz sözləri ilə ifadə edə bilmək, beyin xəritəsi ilə oxuya bilmək və sairə kimi vərdişlər qazanırlar.
Dərnək uşaqların kitaba olan marağının artırılmasında, mənəvi dünyasının zənginləşdirilməsində və yetkin şəxsiyyət kimi formalaşdırılmasında, dünyagörüşünün və bilik dairəsinin genişləndirilməsində bədii təxəyyülünün, məntiqi təfəkkürünün inkişaf etdirilməsində, oxu vərdişinin formalaşdırılmasında, eyni zamanda asudə vaxtlarının səmərəli təşkilində mühüm rol oynayır. Qeyd olunanlar nəzərə alınaraq aprelin 13-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mütaliə aylığı” çərçivəsində Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin “Sürətli oxu” dərnəyinin üzvləri arasında müsabiqə keçirilib.
Müsabiqə 3 mərhələdə təşkil edilib. Dərnək üzvləri I mərhələdə Nizami Gəncəvinin “Kərpic kəsən qocanın hekayəsi”ni, II mərhələdə “Hərənin öz imzası” adlı hekayəsini, III mərhələdə isə  “Effektiv öyrənmə”-elmi mətnini oxuyaraq verilən sualları cavablandırıblar. Müsabiqənin şərtlərinə görə seçilən mətnləri oxumaq üçün dərnək üzvlərinə I mərhələdə 5 dəqiqə, II mərhələdə               5 dəqiqə, III mərhələdə isə 15 dəqiqə vaxt verilib. Sonra dərnək üzvləri oxuduqları hekayə və əsərlərin qısa məzmununu izah ediblər.
Müsabiqənin sonunda qaliblər hər mərhələ üzrə oxuma sürəti və anlama qabiliyyətinə görə münsiflər heyəti tərəfindən müəyyən edilib. Beləliklə, nəticələrə görə I yerə Cəfərli Oruc Cəfər oğlu, II yerə Novruzova Günay Rəfael qızı, III yerə Bayramova Türkanə Elnur qızı, həvəsləndirici yerlərə isə Orucova Yağmur Novruz qızı, Əlizadə Elçin Məhərrəm oğlu və Cəfərov Mətin Zəfər oğlu layiq görülüb.
Qaliblər Təhsil Nazirliyinin diplomu ilə mükafatlandırılıblar.

 


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg