• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün563
mod_vvisit_counterDünən1452
mod_vvisit_counterBu həftə7092
mod_vvisit_counterBu ay30921
mod_vvisit_counterÜmumi2498186

Tarix: 20 Apr., 2024

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olmaq məqsədilə muxtar respublikada səfərdə olublar

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirovun  rəhbərlik etdiyi  nümayəndə heyəti  səfər çərçivəsində  Naxçıvan şəhər Kimya Biologiya Təmayüllü Liseydə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədovla görüşüblər.
Görüşdə təhsil naziri Rəhman Məmmədov qonaqların diqqətinə çatdırıb ki, Naxçıvan Muxtar Respublikasında da ulu öndərin müəllifi olduğu təhsil strategiyası ölkə başçısı tərəfindən  uğurla həyata keçirilir. Müstəqillik illərində muxtar respublikada 200-dən çox təhsil müəssisəsi üçün binalar tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. Həmçinin təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilmiş, məktəblər ən müasir informasiya texnologiyaları ilə, o cümlədən 6 minə yaxın  kompüter və 700-dən artıq  elektron lövhələrlə, zəngin kitabxana fondu ilə təchiz olunmuşdur. Qeyd olunub ki, 2020-2021-ci tədris ilindən ümumtəhsil məktəblərində STEAM təhsil metodundan istifadə olunur, 156 məktəbdə STEAM kabinələri yaradılıb. Vurğulanıb ki, ölkə başçısı tərəfindən təhsilə göstərilən diqqət və qayğı öz nəticəsini vermiş, ötən tədris ilində də ümumtəhsil məktəblərini Heydər Əliyev adına Hərbi Lisey də daxil olmaqla, 2990 məzun bitirmiş, onlardan
2159-u, yaxud 76 faizi ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmuşdur. Yüksək nəticə göstərən məzunlarda keyfiyyət göstəriciləri yaxşılaşmış, 600-700 arası bal toplayan məzunların sayı ötən ilə nisbətdə 36 faiz artmışdır. Yüksək nəticə göstərən 100 məktəbdən 71-i ucqar kənd məktəbləri olmuşdur.
Rəhman Məmmədov nazirliyə tabe məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələri və digər müəssisələr    haqqında da qonaqlara geniş məlumat verib.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov bildirib ki, dövlət başçısının təhsil sahəsinə göstərdiyi diqqət və qayğı nəticəsində icra edilən Dövlət Proqramları təhsilimizin keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymasına və yüksək nəticələrin əldə olunmasına xidmət edir.
Diqqətə çatdırıb ki, səfərdə  məqsəd muxtar respublikadakı təhsil müəssisələrinin fəaliyyəti ilə yaxından tanış olmaq  və qarışılıqlı  fəaliyyət əsasında əməkdaşlığı genişləndirməklə  ölkəmizdə təhsilin  inkişafına  nail olmaqdır.
Tədbirdən sonra qonaqlar Naxçıvan şəhər Kimya Biologiya Təmayüllü Liseyin, Naxçıvan şəhər Şahmat Mərkəzinin, yeni qurulan STEAM Təlim- Tədris Mərkəzinin  fəaliyyətləri və burada yaradılan müasir tədris şəraiti ilə tanış olublar. Müəssisələr haqqında qonaqlara geniş məlumatlar verilib.
Səfər çərçivəsində qonaqlar həmçinin Ordubad Rayonunun Dəstə, Ordubad şəhər 3 nömrəli   tam orta məktəblərində, Ordubad şəhər  internat tam orta məktəbində, Körpələr evi- uşaq bağçasında,  Culfa şəhər 3 nömrəli tam orta məktəbdə yaradılan müasir tədris şəraiti, STEAM kabinələri, laboratoriyalar,  kompüter otaqları və digər tədris vasitələri ilə tanış olublar.  Qonaqlar həmçinin  Şərur, Babək, Kəngərli, Sədərək,  Şahbuz  rayonlarında  və Naxçıvan şəhərində olan  ümumtəhsil məktəblərinin, Naxçıvan Qızlar Liseyinin, Naxçıvan Dövlət  Texniki Kollecinin və digər məktəbdənkənar və məktəbəqədər   təhsil müəssisələrinin fəaliyyətləri  ilə dətanış oldular.
Təhsil Nazirliyinin əməkdaşları ilə də görüşən qonaqlar, birgə fəaliyyət planları haqqında   müzakirələr də  aparıblar.

 


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg