• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün82
mod_vvisit_counterDünən997
mod_vvisit_counterBu həftə5783
mod_vvisit_counterBu ay28988
mod_vvisit_counterÜmumi2496253

Tarix: 19 Apr., 2024

Yeni yaradılan STEAM Təlim-Tədris Mərkəzi yüksəkixtisaslı mütəxəssislərinin hazırlanmasına öz töhfəsini verəcək

Müasir dünya reallıqları gələcəkdə yüksəkixtisaslı mütəxəssislərin yetişməsi üçün təhsilin də  qarşısında mühüm vəzifələr qoyur. Yəni, bu günün məzunları müasir tələblərə cavab verən, əmək bazarında özünü doğruldan şəxslər olmalıdır. Bu sahədə ölkəmizdə mühüm tədbirlərhəyata keçirilir. Ölkə başçısı cənab İlham Əliyevin bütün sahələrlə yanaşı, təhsil sahəsinə göstərdiyi diqqət və qayğı nəticəsində təhsilimizin keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymasına və yüksək nəticələrin əldə olunmasına xidmət edir.
Naxçıvan Muxtar Respublikasında da ulu öndərin müəllifi olduğu təhsil strategiyası ölkə başçısı tərəfindən  uğurla həyata keçirilir. Müstəqillik illərində muxtar respublikada 200-dən çox təhsil müəssisəsi üçün binalar tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. Həmçinin təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilmiş, məktəblər ən müasir informasiya texnologiyaları ilə, o cümlədən kompüter və elektron lövhələrlə, zəngin kitabxana fondu ilə təchiz olunmuşdur. 2020-2021-ci tədris ilindən ümumtəhsil məktəblərində STEAM təhsil metodundan istifadə olunur ki, artıq muxtar respublika məktəbliləri ənənəvi yanaşmadan fərqli olaraq, STEAM təhsili ilə praktik məşğələlər vasitəsilə robototexnika, 3D modelləşdirmə və çap, proqramlaşdırma, nano və neyro texnologiyalar, mühəndislik və dizaynerlik üzrə bilik və bacarıqlar qazanır, mühəndislik səriştələri əldə edirlər.  Onu da qeyd edək ki, STEAM - elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın birləşməsi nəticəsində yeni ideyaların reallaşdırılması, cəmiyyətdə müxtəlif problemlərin həllinə kömək edə biləcək təhsil yanaşmasıdır. Bu günə kimi Naxçıvan Muxar Respublikası Təhsil Nazirliyinə tabe 156 ümumtəhsil məktəbində STEAM kabinələri yaradılaraq zəruri avadanlıqlarla- kompüterlərlə, 3D printer və elektron lövhələrlə, mikrobit, arduino, STEAM üçün öyrədici elektron komponentlərlə təmin  olunub. Nazirlik tərəfindən STEAM üzrə tədrisin təşkili məqsədilə məktəblərin dərsliklərlə və ədəbiyyatlarla təminatı diqqətdə saxlanılır, xarici ədəbiyyatlar Azərbaycan dilinə tərcümə olunur. Ümumilikdə ümumtəhsil məktəblərinə STEAM təhsil metoduna aid   2 minə yaxın kitab verilib.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin əməkdaşları, eləcə də beynəlxalq təlimçilər tərəfindən ümumtəhsil məktəblərinin 400-ə yaxın müəlliminə və pedaqoji profilli ixtisaslarda təhsil alan tələbələrə STEAM metodologiyasına aid təlimlər keçirilmiş, STEAM təhsil metodunun tətbiqi üçün STEAM tədris proqramı və tədris vəsaitləri hazırlanmışdır.
Ötən müddət ərzində Naxçıvanda ilk dəfə “STEAM təhsili: reallıqlar və perspektivlər” mövzusunda beynəlxalq elmi-praktik konfrans, “STEAM təhsil festivalı” keçirilib.
Heydər Əliyev adına tam orta məktəbdə yaradılan  “STEAM Tədris Mərkəzi”ndən  hər ay muxtar respublikanın ümumtəhsil məktəblərinin VI və VII siniflərində təhsil alan şagirdlər üçün STEAM təhsili ilə bağlı interaktiv dərslər təşkil olunur. Həmçinin  Muxtar Respublika məktəblilərinin iştirakı ilə STEAM layihələri əsasında müxtəlif kateqoriyalar üzrə müsabiqələr keçirilir.
Muxtar respublikada STEAM təhsil metodu sahəsində görülən işlər artıq  öz bəhrəsini verir, şagirdlər ölkə səviyyəli müsabiqələrdə muxtar respublikanı uğurla təmsil edirlər.
STEAM təhsil metodunu daha da genişləndirmək, şagirdlərin   gələcəyin mütəxəssisləri kimi yetişməsinə şərait yaratmaq məqsədilə Naxçıvan şəhərində STEAM Təlim-Tədris Mərkəzi də yaradılıb. Mərkəzdə müasir dizaynda CNC lazer- Texnologiya, Kodlaşdırma, Dron, 3D printer, Kimya-Biologiya, mühəndislik, proqramlaşdırma, STEAM, elm otaqları yaradılıb. Mərkəzdə xidməti otaqlar və layihələrin nümayişi üçün sərgi salonu da nəzərdə tutulub. Mərkəz zəruri avadanlıqlarla, müxtəlif modellərdə və ölçülərdə 3D printer, CNC-lazer, tədris əsaslı robotlar və elektron komponentlər, emalatxana və tədris ləvazimatları, elektron lövhə və kompüterlərlə  təmin olunub.
Murad Babayev-Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının Tədris- İnnovasiya sektorunun müdiri- Mərkəzdə Təhsil Nazirliyinin Tədbirlər Planına əsasən ilk mərhələdə məktəblərdə təhsil alan istedadlı və bacarıqlı şagirdlərdən ibarət şagird bankı yaradılacaq. STEAM dərslərinin tədrisi üçün 2 illik dərs proqramları hazırlanacaq. Daha sonra proqrama uyğun olaraq şagirdlər dərsdən sonra mərkəzə cəlb ediləcək. STEAM dərsləri 3D çap, microbit və arduino ilə proqramlaşdırma, elektrik mühəndisliyi, robotexnika, CNC lazer kəsiciləri, pilotsuz uçuş aparatları (tədris dronları) üçün hazırlanmış tədris proqramı üzrə təşkil olunacaq. Burada şagirdlər həm proqram əsasında, həm də öz ideyaları ilə texnoloji layihələr reallaşdıra biləcək, elmi araşdırmalar aparacaq, prototiplər yaradacaq, robot modelləri quracaq və onları məhsula çevirəcəklər. Tədris layihəsi ilkin olaraq 6 və 7-ci sinifləri əhatə edəcək.
Qeyd edək ki, mərkəzdə məktəblilər XXI əsr bacarıqlarını- kreativliyi, əməkdaşlığın inkişaf etdirilməsini, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə qabiliyyətlərini yüksəldəcəklər. Uşaqlar real həyat problemləri ilə qarşılaşdıqda, STEAM metodu vasitəsilə onun rahatlıqla ən uyğun həlli yollarını tapmağa çalışacaq və yaradıcı yanaşmalarını nümayiş etdirəcəklər.
Mərkəzin yaradılmasında məqsəd şagirdlərin potensialını və maraqlarını cəmiyyətə xidmət işinə yönəltmək, onları öyrənməyə həvəsləndirməkdir. STEAM tədris üsulu müasir dövrdə ölkənin sosial-iqtisadi inkişafında çox böyük əhəmiyyətə malikdir. Belə ki, uşaqlar bu metod vasitəsilə elmin digər sahələri ilə yanaşı, beyinlərinin məhsulunu ortaya qoya biləcək, gələcəyin mütəxəssisləri kimi yetişəcək və ölkənin inkişafına töhfələrini verəcəklər.
Bu Mərkəzin yaradılması dövlətimiz tərəfindən ölkəmizdə təhsil sahəsində yeniliklərin tətbiqinə, təhsilin müasir tələblər səviyyəsində inkişaf etdirilməsinə, gənc nəslin yeni ideyalarının reallaşdırılmasına göstərilən diqqətin və verilən əhəmiyyətin əyani təzahürüdür.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg